"Əmək Məcəlləsi SSRİ dövründən qalıb" - RƏY + FOTO

"Əmək Məcəlləsi SSRİ dövründən qalıb" - RƏY + FOTO
Sosial şəbəkələrdə işdən çıxarılanlara orta aylıq əməkhaqqının 5 misli civarında kompensasiya ödənilməsi ilə bağlı müzakirələr var. Bəzi ekspertlər təklif edirlər ki, işdən çıxarılan şəxsə əməkhaqqının 5 misli civarında kompensasiya ödənilsin ki, iş tapana qədər özünü idarə edə bilsin.
Təəssüf ki, əksər müəssisələr müqavilə müddəti başa çatdıqda müqaviləyə xitam verir və kompensasiya ödəmirlər. Bəziləri düşünürlər ki, sahibkarlar əmək müqaviləsinin qəsdən qısa müddətə bağlayırlar. Müddət başa çatdıqdan sonra rahatlıqla işçini işdən uzaqlaşdırır və ona ödəniş belə etmirlər.
Bəs görəsən, bu məsələ necə tənzimlənməlidir?
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən Milli Məclisin deputatı Musa Quliyevin sözlərinə görə, təklifin reallığı müzakirələrdən bəlli olacaq:
"İstənilən əsaslandırılmış təklifi komitədə müzakirə edə bilərik. Normal təkliflərdir. Hazırda 3 misli məbləğində ödənilir. Rəqəmlər razılaşma əsasında olur. Lakin bundan öncə müzakirə olunmalı, dünya təcrübəsinə baxılmalıdır.
Kompensasiya 5-dən yuxarı da ola bilər. İmkanlar əsasında təyin edilir.
5-dən yuxarı da olur. Razılaşmaya baxılır. İmkanlar əsasında olur. Təklif kimi yaxşıdır. Lakin reallığı müzakirələrdən bəlli olacaq. Əsaslı olmalı, beynəlxalq təcrübə öyrənilməlidir. İki qanun "Əmək məcəlləsi", "Məşğulluq haqqında" və "İşsizlikdən sığorta haqqında" AR qanunları ilə tənzimlənir".
Hüquqşünas Əkrəm Həsənov qeyd edib ki, Əmək Məcəlləsi SSRİ dövründən qalıb:
"Bu problem Azərbaycanda ona görə var ki, Əmək Məcəlləsi faktiki olaraq SSRİ-dən qalıb. Guya ki, işçiləri müdafiə edirlər. Lakin tam əksidir. Əmək müqaviləsini istədikləri müddətdə bağlayırlar. Bu, düzgün deyil.
Əmək müqaviləsi ciddi səbəb olmadan müddətli bağlanılmamalıdır. Qanun dəyişilməlidir. Əgər işçi səbəbsiz işdən çıxarılırsa, o zaman 5-6 aylıq əməkhaqqı verilsin. Bu, həm işə götürənin xeyrinədir, həm də işçinin. Xarici ölkələrdə də belədir. Əmək Məcəlləsi isə işçini müdafiə etmir. Ziyan vurur".
Vəkil Emin Kiçikbəyov əlavə edib ki, Əmək müqaviləsini gücləndirmək lazımdır:
"Kompensasiya 5 faizlə tənzimlənsə, çox yaxşı olar. Şəxs işləyir bəzən ona vaxt verilmədən çıxarılır. Ona iş tapana qədər məvacib verilmir ki, özünü idarə edə bilsin. İşçini rahatlıqla işdən çıxarmaq düzgün deyil. Əmək müqaviləsinə ciddi nəzarət olunmalıdır. Ölkəmizdə düzgün əmək tənzimlənməsi getmir".
E.Kiçikbəyov Əmək Məcəlləsinə riayət olunmadığını söyləyib:
"Kompensasiya artırılsa belə, yenə eyni hallar baş verəcək. Göstərilən miqdar ödənilməyəcək. Çünki Qanunvericilikdə müəyyən edilmiş qanunlara əməl olunmur. Şəxsə əlavə iş vaxtları, məzuniyyət pulu verilmir. Bununla bağlı kifayət qədər şikayətlər var. Heç bir nəticə əldə olunmur. Artıq ümidsiz yanaşıram".
Nəzrin Vahid

Maraqlı       Tarix: 16 mart 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

İmtahandan əvvəl yaddaşı gücləndirən QİDALAR

İmtahandan əvvəl yaddaşı gücləndirən QİDALAR. Son elmi araşdırmalara görə, tərkibində yüksək şəkər olan şirniyyatlar müvəqqəti olaraq enerjini artırsa da, yekun nəticədə konsentrasiyanı azalda bilər. Yaddaş və konsentrasiyan

Duzlu qida sevənlərə xəbərdarlıq: Dəhşətli xəstəliyə səbəb olur

Duzlu qida sevənlərə xəbərdarlıq: Dəhşətli xəstəliyə səbəb olur. Vyana Tibb Universitetinin (Avstriya) alimləri qidaya duz əlavə etmək, həmçinin duzlu qidaların həddindən artıq istehlakı ilə mədə xərçənginə tutulma riskini

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO. Ötən gecə Günəşdə baş verən böyük partlayışdan sonra ortaya çıxan qütb parıltısı Avropa ölkələri ilə yanaşı Türkiyənin bir sıra bölgələrində də görünüb

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı. Elm adamları mədəyə cərrahi müdaxilə olmadan piylənmə ilə mübarizə aparmağın üsulunu tapıblar. Yeni metod mədənin yuxarı hissəsinin selikl

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA. "İdeal" valideyn olmaq istəyi emosional tükənməyə və uşağın davranışı üzərində nəzarətin daha da itirilməsinə səbəb olur. Bu barədə "MedicalXpress"

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO. ABŞ-də rüşvətdə ittiham olunan Nyu-Cersi ştatının ermənipərəst senatoru Bob Menendesin vəkili bütün günahları onun arvadının üzərin

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT. Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum"

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO. "WhatsApp" daha bir yeniliklə istifadəçiləri sevindirir. Belə ki, mesencerin "iOS" əməliyyat sisteminə malik cihazlar üçün versiyasında stikerlər yaratma

İki sifariş edin, bir çatdırılma haqqı ödəyin!

Wolt-un İkili Sifariş yeniliyini sizə təqdim edirik! Artıq sifariş etmək daha asan və daha sərfəlidir. İkili Sifariş ilə iki fərqli məkandan lazım olan hər şeyi bir saat və ya daha az müddətdə qapınıza çatdırırıq. Axşam yeməy


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən görüntülər sou xeberler kriminal xeber son xeber 2026