Əmlakınızı Kapital Bank-da sığortalayın!

Əmlakınızı Kapital Bank-da sığortalayın!Daima müştərilərinin rahatlığını düşünən Kapital Bank daha bir yenilik təqdim etdi. Artıq PAŞA Sığorta tərəfindən təqdim olunan Daşınmaz Əmlakın İcbari Sığortasını Kapital Bank-da həyata keçirmək mümkündür. Odur ki, müştərilər öz mülklərini bədbəxt hadisələrdən sığortalamaq üçün bankın Bakıdakı filiallarına müraciət edə bilərlər.
Daşınmaz əmlakın icbari sığortası əmlakın daşqın, yanğın, sel, zəlzələ, yer sürüşməsi, yanğın, ildırım düşməsi və digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Sığorta müddəti 1 il olmaqla yaşayış evləri və mənzillərin icbari sığortası üzrə təminat məbləği 25 000 AZN (25 000 AZN-dək dəyən zərərlər şərtsiz azadolma məbləği istisna olmaqla tam qarşılanır) təşkil edir. Sığorta haqqı Bakı şəhərində yerləşən daşınmaz əmlak üzrə 50 AZN-dir. Xidmət barədə ətraflı məlumat əldə etmək üçün: www.kapitalbank.az/emlaksigorta.
Qeyd edək ki, Daşınmaz Əmlakın İcbari sığorta haqqını BirKart-la 2 və ya 3 aya faizsiz taksitlə də həyata keçirmək olar. BirKart Cashback və BirKart Miles kartı sahibləri müvafiq olaraq birdəfəlik ödənişlər zamanı xərclərinin 4%-ni cashback olaraq balanslarına geri ala və istənilən aviabiletə dəyişilməsi mümkün olan əlavə millər qazanacaqlar.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. /news.milli.az

İqtisadiyyat       Tarix: 31 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

Çoxuşaqlı anaların pensiya yaşı dəyişir?

2026-cı il iyulun 1-dən Azərbaycanda qadınların ümumi pensiya yaşı 65-ə çatıb. Beş və daha çox uşağı olan analar isə qanunvericilikdə nəzərdə tutulan şərtlərlə pensiyaya beş il daha tez – 60 yaşında çıxa bilirlər. Bəs çoxuşaql

Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı

Azərbaycanda 2025-ci ildə muzdla işləyən qadınların orta aylıq nominal əməkhaqqı 874,6 manat, kişilərin isə 1 264 manat olub. xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamasına görə, qadınların orta əməkhaqqı kişiləri

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.58% artaraq 4.031 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.68% bahalaşaraq 54.31 AB

AZAL və "Sea Breeze" birgə lotereyanın 100 qalibini müəyyən etdi - FOTOLAR

 Azərbaycan Hava Yolları və "Sea Breeze"inbirgə təşkil etdiyi "Səma və Dəniz" lotereyasının əsas qalibi baş mükafatolaraq "Sea Breeze Resort" ərazisində yerləşən "Park Lane" yaşayı

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Alimentin artırılması boşanmaların sayına necə təsir edəcək?

2027-ci il yanvarın 1-dən Azərbaycanda alimentin minimum məbləğinin 260 manatdan 274 manata qaldırılması təklif olunur. Bu, "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsind

Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA

2025-ci ildə iqtisadi fəaliyyət növləri və cins üzrə orta aylıq nominal əməkhaqqına dair göstəricilər qadınlarla kişilərin qazancı arasında fərqlərin mövcud olduğunu göstərir. Məlumatlara əsasən, 2025-ci ildə qadınların ort

Kredit borcunu ödəyə bilməyənləri nə gözləyir? - Vəkildən açıqlama

Kredit öhdəliklərini vaxtında yerinə yetirə bilməyən vətəndaşlar bir sıra hüquqi və maliyyə problemləri ilə üzləşə bilərlər. İşsizlik, gəlirlərin azalması və gündəlik xərclərin artması bəzi vətəndaşların banklara olan borcların

Unibank məktəblilər üçün maliyyə savadlılığı təlimi keçirib

Tədbirin sonunda iştirakçılara sertifikat və hədiyyələr təqdim olunub. Unibank – Sənin Bankın!. /


yeni xeberler son xeberler azerbaycan xeberleri son.xeberler son xeberler 2026 cəbhədən yeni xəbərlər cəbhədən görüntülər