Energetika sahəsində əməkdaşlıq üzrə iclas gələn il Bakıda keçiriləcək - FOTO

Energetika sahəsində əməkdaşlıq üzrə iclas gələn il Bakıda keçiriləcək - FOTOYanvarın 30-da Kiyevdə "Ukrayna-Azərbaycan" dəyirmi masası və "Energetika sahəsində əməkdaşlıq üzrə Azərbaycan-Ukrayna İşçi Qrupu"nun növbəti iclası keçirilib.
Milli.Az Energetika nazirliyinə istinadən bildirir ki, Azərbaycan nümayəndə heyəti əvvəlcə Kiyevdə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Sonra hər iki ölkənin müxtəlif sahələr üzrə ixtisaslaşmış 20 şirkətinin iştirakı ilə dəyirmi masa keçirilib. Dəyirmi masada çıxışında Energetika naziri, komissiyanın həmsədri Pərviz Şahbazov ötən ilin dekabrında Ukrayna Prezidenti Vladimir Zelenskinin ölkəmizə səfərinin və 200-ə yaxın şirkətin iştirakı ilə keçirilmiş biznes forumun iqtisadi əlaqələrimizin inkişafı və şirkətlərin qarşılıqlı investisiya layihələrində iştirakı üçün təkan verdiyini qeyd edib.
"Azərbaycan və Ukrayna arasında dostluğa əsaslanan siyasi münasibətlərin hazırkı səviyyəsi iqtisadi əlaqələrin uğurlu inkişafı üçün də təməl yaradır. Ukrayna indiyə kimi Azərbaycan iqtisadiyyatına 25,4 milyon ABŞ dolları, Azərbaycan isə Ukrayna iqtisadiyyatına 1,1 milyard ABŞ dolları həcmində investisiya yatırıb. Bugünkü toplantı bu göstəricilərin daha da artırılmasına töhfə verəcək".
Ukraynanın İnfrastruktur naziri, komissiyanın həmsədri Vladislav Krikli də Azərbaycan ilə Ukrayna arasında siyasi və iqtisadi sahələrdə dinamik əməkdaşlığın davam etdiyini söyləyib. O bildirib ki, hər iki ölkə enerji, sənaye, kənd təsərrüfatı sahələrində birgə layihələrin reallaşmasında maraqlıdır: "Azərbaycan nümayəndə heyəti Kiyev şəhərindən öncə Odessada olub və orada neft emalı zavoduna baxış keçirilib. Düşünürəm ki, Azərbaycan neft və qaz məhsullarının Ukrayna üzərindən daşınması üçün alternativ yollardan istifadə edə bilər. Azərbaycan şirkətləri yol infrastrukturunun qurulmasında böyük təcrübəyə malikdir. Ona görə də Azərbaycan şirkətlərini Ukrayna yollarının yenidən qurulmasında iştirak etməyə çağırıram".
Tədbirdə ölkəmizdə biznes mühitinin daha da yaxşılaşdırılması üçün Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli islahatlar kursu barədə məlumatlar verilib. Ukraynada investisiyayönümlü əməkdaşlıq təklifləri ətrafında müzakirələr aparılıb.
Sonra hər iki ölkənin energetika nazirləri Pərviz Şahbazov və Aleksey Orjelin iştirakı ilə "Energetika sahəsində əməkdaşlıq üzrə Azərbaycan-Ukrayna İşçi Qrupu"nun növbəti iclası keçirilib. Energetika naziri Pərviz Şahbazov Azərbaycanın qlobal enerji təhlükəsizliyinin təminatında müasir rolu və Azərbaycan-Ukrayna enerji əməkdaşlığının inkişafı ilə əlaqədar yeni imkanlar barədə fikirlərini bölüşüb. Bildirilib ki, son 3 ildə Ukraynaya 1,9 milyon tondan çox Azərbaycan nefti nəql olunub. Eyni zamanda bu müddət ərzində "SOCAR Trading SA" şirkəti tərəfindən Ukrayna istiqamətində müxtəlif mənşəli xam neft və neft-qaz məhsulları təchiz edilib. "SOCAR Energy Ukraine" şirkətinin 300 milyon ABŞ dollarından çox investisiya yatırması və şirkətin geniş fəaliyyəti müsbət məqamlar kimi qeyd olunub. "Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Ukraynanın Energetika və Ətraf Mühitin Mühafizəsi Nazirliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu"nun imzalanmasının enerji əməkdaşlığının gələcək inkişafına müsbət təsir edəcəyi vurğulanıb.
Ukraynanın Energetika və Ətraf Mühitin Mühafizəsi naziri Aleksey Orjel isə Azərbaycanla enerji sahəsində əməkdaşlıq üçün potensial istiqamətlərdən bəhs edib. Aleksey Orjel bildirib ki, Ukrayna tərəfi Azərbaycan şirkətlərinin enerji sahəsinə investisiya qoyuluşunda maraqlıdır. Azərbaycanın neft-qaz məhsulları da Ukrayna vasitəsilə Avropa bazarlarına çıxarıla bilər.
İclasın yekunlarına dair Protokol imzalanıb və İşçi Qrupunun növbəti iclasının 2021-ci ildə Bakıda keçirilməsinə qərar verilib.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 31 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

Çoxuşaqlı anaların pensiya yaşı dəyişir?

2026-cı il iyulun 1-dən Azərbaycanda qadınların ümumi pensiya yaşı 65-ə çatıb. Beş və daha çox uşağı olan analar isə qanunvericilikdə nəzərdə tutulan şərtlərlə pensiyaya beş il daha tez – 60 yaşında çıxa bilirlər. Bəs çoxuşaql

Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı

Azərbaycanda 2025-ci ildə muzdla işləyən qadınların orta aylıq nominal əməkhaqqı 874,6 manat, kişilərin isə 1 264 manat olub. xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamasına görə, qadınların orta əməkhaqqı kişiləri

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.58% artaraq 4.031 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.68% bahalaşaraq 54.31 AB

AZAL və "Sea Breeze" birgə lotereyanın 100 qalibini müəyyən etdi - FOTOLAR

 Azərbaycan Hava Yolları və "Sea Breeze"inbirgə təşkil etdiyi "Səma və Dəniz" lotereyasının əsas qalibi baş mükafatolaraq "Sea Breeze Resort" ərazisində yerləşən "Park Lane" yaşayı

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Alimentin artırılması boşanmaların sayına necə təsir edəcək?

2027-ci il yanvarın 1-dən Azərbaycanda alimentin minimum məbləğinin 260 manatdan 274 manata qaldırılması təklif olunur. Bu, "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsind

Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA

2025-ci ildə iqtisadi fəaliyyət növləri və cins üzrə orta aylıq nominal əməkhaqqına dair göstəricilər qadınlarla kişilərin qazancı arasında fərqlərin mövcud olduğunu göstərir. Məlumatlara əsasən, 2025-ci ildə qadınların ort

Kredit borcunu ödəyə bilməyənləri nə gözləyir? - Vəkildən açıqlama

Kredit öhdəliklərini vaxtında yerinə yetirə bilməyən vətəndaşlar bir sıra hüquqi və maliyyə problemləri ilə üzləşə bilərlər. İşsizlik, gəlirlərin azalması və gündəlik xərclərin artması bəzi vətəndaşların banklara olan borcların

Unibank məktəblilər üçün maliyyə savadlılığı təlimi keçirib

Tədbirin sonunda iştirakçılara sertifikat və hədiyyələr təqdim olunub. Unibank – Sənin Bankın!. /


yeni xeberler son xeberler azerbaycan xeberleri son.xeberler son xeberler 2026 cəbhədən yeni xəbərlər cəbhədən görüntülər