"Ərazi bütövlüyü" nağılı və Suriya: Artıq belə bir ölkə yoxdur

"Xilası mümkün olmayan, yəni parçalanmağa məhkum olan, yəni ərazi-coğrafi və mərkəzi bütövlüyünü itirməyə məhkum olan, Qaf dağının o tərəfində olan Suriya mənzərəsi sizcə necə görünür?".
KONKRET.azxəbər verir ki, bu sözləri türk yazar Orhan Bursalı öz yazısında vurğulayıb.
O, daha sonra fikilərini belə davam etdirib: "Əsəd hakimiyyətdə olanda da vəziyyət aşağı-yuxarı eyni idi, lakin Dəməşqdə miyolduyan bir pişik var idi, xalqının bütün etibarını itirmiş, ölkəsinə mane olmaqdansa, öz taxtını hər şeydən üstün tutan korrupsioner nifrət doğuran bir idarə üsulu seçmişdi.
Ankaradan "Bölünməsinə imkan verməyəcəyik" sözləri eşidilir, amma Suriya artıq yoxdur. Heç bir gücün bu ölkəni öz bütövlüyündə dirçəltmək imkanı yoxdur. HTŞ 30 və ya 40 sünni fundamentalist qruplardan ibarət strukturdur. Onlar arasında maraqların toqquşmasının necə yaranacağını bilmirik. Dəməşqi ələ keçirməklə ölkəni tutmaq eyni deyil.
Bəli, onların lideri var. O deyir ki, ölkənin parçalandığını bilə-bilə bütün icmaların bir yerdə yaşamasına şərait yaradacaq bir sistem quracaqlar. Onların arasında ikinci dərəcəli rəhbərlərdən bəziləri şəriət ölkəsindən danışırlar.
ABŞ və Türkiyə ÜZ-ÜZƏ
Şimalda ABŞ-ın dəstəyi ilə kürd strukturu var.
Onun yanında Ankaranın strukturlaşdırdığı və vəkil kimi istifadə etdiyi FSA və ya Suriya Milli Ordusu təşkilatı var.
ABŞ-ın dəstəklədiyi PKK-YPG quruluşu Ankaranın və MTN-nin əzəli düşmənidir.
Amerika qəzetlərinin yazdığına görə, döyüş təyyarələrimiz YPG mövqelərini bombalayıb.
Amerikanın xarici işlər nazirinin təcili Ankaraya gəlməsinin səbəbi də budur: Belə görünür ki, iki NATO ölkəsi Suriyada öz müvəkkilləri ilə döyüşür.
Hamı Suriya ərazisinə mümkün qədər nəzarət etmək istəyir. Ankara həm də özünə təhlükə olaraq gördüyü PKK-YPG strukturunu geri çəkmək, sahədəki vəkilliyi ilə Dəməşqə təsir və nəzarətə sahib olmaq istəyir.
Bu baxımdan Ankaradakı görüş önəmlidir.
Amerikalılar öz PKK strukturlarını qorumaq istəyirlərsə, vəziyyət ağırdır.
Belə olan halda, İsrailin zəif məqamda Suriyanı işğal etməyə cəhd etməsi, Kolan təpələrini tamamilə ələ keçirməsi, 400-dən çox hərbi obyekti bombalaması yaramaz dövlətin mövcudluğunu sübut etdi.
Suriyanın hansı qurumundan danışacağıq?
Bugünkü mənzərəyə baxdığımızda inteqrasiyası mümkün olmayan, vətəndaş müharibələrinə açıq Suriya ərazisi var.
Üstəlik, hələlik biz periferiya daxilində və xaricində dövlətlərin mümkün müdaxilələrindən danışmırıq".
Günel Mikayılova,
KONKRET.az

Siyasi       Tarix: 13 dekabr 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan XİN Fələstini Milli Günü münasibətilə təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Fələstini Milli Günü münasibətilə təbrik edib. xəbər verir ki, bu barədə nazirliyin "X" sosial şəbəkə hesabında paylaşım edilib. "Fələstin xalqını və hökumətini Mill

Azərbaycan sabitliyin ciddi amilidir - Şimali Makedoniyanın Prezidenti

Azərbaycan sabitliyin ciddi amilidir, 2028-ci ildə Avropa Siyasi Birliyinin (ASB) sammitinin ölkədə keçirilməsi isə Bakıya göstərilən etimadı, onun regional və beynəlxalq proseslərdəki rolunun tanındığını nümayiş etdirir

Azərbaycan ABŞ ilə aqrar sahədə əməkdaşlığı genişləndirəcək

Azərbaycan və ABŞ kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edib. Bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir. Bununla bağlı müzakirələr kənd təsərrüfatı naziri Məcnu

Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem ilə görüşüb. xəbər verir ki, əvvəlcə "Azərbaycan Respublikas

Paşinyan Türkiyədən sonra bu ölkəyə gedir

Ermənistanın Baş naziri Nikol Paşinyan 12-13 noyabr tarixlərində İrlandiya Respublikasında işgüzar səfərdə olacaq. xəbər verir ki, bunu erməni Baş nazirin mətbuat katibi Melaniya Harutyunyan deyib. Paşinyan Dublində 9-c

Qantz Netanyahunu əvəz edəcək? İsraildə hakimiyyət savaşı

İsraildə keçirilən seçkilərdən sonra ölkədə hakimiyyətin formalaşdırılması ilə bağlı siyasi proseslər diqqət mərkəzinə düşüb. Seçkilərdə Benyamin Netanyahunun rəhbərlik etdiyi "Likud" partiyası 53 mandat qazans

İlham Əliyev və ailəsi COP31 Liderlər Sammitində iştirak edir

Noyabrın 11-də Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti keçirilib. xəbər verir ki, Azərbaycan Respublikasının Prezident

İlham Əliyev 'Avropa Siyasi Birliyi'nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantıla

Makron: Ukraynaya yardım Fransa və bütün Avropanın müdafiəsi deməkdir

Ukraynaya dəstək Fransa və Avropanın təhlükəsizliyi üçün birbaşa əhəmiyyət kəsb edir. KONKRET.azxəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makronun "X" sosial şəbəkəsində ölkə vətəndaşlarına müraciətind


son xeberler yeni xeberler azerbaycan xeberleri valyuta məzənnələri son xeberler az xeberler bu gun beynelxalq bank mezenne