Erməni KİV: "Paşinyan Brüsseldə istədiyini almadı, partiyası məyus oldu
Ermənistanın hakim Vətəndaş Sazişi Partiyası aprelin 5-də Brüsseldə baş naziri Nikol Paşinyan, ABŞ Dövlət katibi Antoni Blinken, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel arasında keçirilən görüşün nəticəsindən şoka düşüb.
Bu barədə Ermənistanın "Hraparak" nəşri yazıb.
Qeyd olunub ki, Paşinyan Brüsseldə istədiyini almayıb.
Məqalədə bildirilib ki, hakim partiya Avropa İttifaqı və ABŞ-dən milyardlarla dollar yardım gözləyirdi, ancaq növbəti dörd il üçün yalnız 350 milyon avro və qrant şəklində dəstək vəd edilib.
"Qərbin Ermənistanın mövcud hökumətinin "fədakarlıqlarını" qiymətləndirmədiyinə görə Vətəndaş Sazişi məyus olub. Dünən hakimiyyət dairələri bir-birinə təsəlli verirdilər. Onlar Nikol Paşinyanın hansısa gizli razılaşmaya nail olduğuna ümid edirlər. Buna görə Paşinyanla görüşü və məsələnin aydınlaşdırılmasını səbirsizliklə gözləyirlər", - nəşr yazıb. / azxeber.com
Turlar.az [newsid: 0-123300]

Metro və avtobusa tək ödəniş - Sistem nə vaxtdan işə düşüəcək?
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
"Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu
Dəfn pulu da artırılır
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi
Bu ölkə İranla sərhədə ordu yeritdi
İpoteka ilə hazır mənzil axtaranlar üçün hansı seçimlər var?
Təhsil xərclərinin artırılmasına çalışacağıq' - Sahil Babayev
Banka borcu olanlara bir yaxşı, bir pis xəbər – Yeni QAYDA
Nyu Cersi Trampa qarşı: Rus dizelini rədd etdi