Ermənistan Azərbaycanla sərhədə yenidən qoşun yığır - yeni müharibə ola bilərmi?

Ermənistan Azərbaycanla sərhədə yenidən qoşun yığır - yeni müharibə ola bilərmi?"Ermənistan olduqca təhlükəli oyunun içindədir. Vətən Müharibəsindən keçən zaman kəsiyində baxmayaraq ki, Azərbaycan Silahlı Qüvvələri tərəfindən ağır və sarsıdıcı zərbə aldı, yenə də erməni milli xüsusiyyətlərinin ən eybəcər formalarına - hiyləgərliyə, sözünün sahibi olmamağa söykənən Ermənistanın hazırkı hakimiyyəti Azərbaycanın və Türkiyənin onun təhlil etmiş olduğu sülh sazişindən ən müxtəlif şəkildə imtina etməyə başladı".
Bu sözləri azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı son günlər Ermənistanın Azərbaycanla sərhədboyu ərazilərə zirehli texnika və hərbçilərini cəlb etməsindən danışarkən deyib.
Ermənistan Azərbaycanla sərhədə yenidən qoşun yığır - yeni müharibə ola bilərmi?Deputatın fikrincə, Ermənistan attığı bu cür çirkin və mənasız addımlarına görə ABŞ-yə, Qərbə, xüsusən də Fransaya çox arxayındır:
"Təbii ki, Ermənistan stimullaşdırıcı, həvəsləndirici addımlar atılmasına ara vermir. Sabah uzun müddətdən bəri hazırlanan ABŞ, Avropanın bəzi dövlətləri və Ermənistanın iştirakıyla üçtərəfli görüş keçiriləcək. Görək oradan hansı nəticələr üzə çıxacaq. Mənim gümanıma görə, bu görüş Ermənistanı stimullaşdıracaq, bundan istifadə edən Avropa İttifaqının Fransa cinahı təsisatında ölən ölkələr Ermənistanı silahlandıracaq. Ona maddi və mənəvi yardım göstərəcək. Bu ölkənin problemlərinin həlli üçün əllərindən gələni edəcəklər. Bütün bu yardımlar və dəstəklər bir daha Ermənistanın Azərbaycanla münasibətlərinin normallaşmamasına, sülh sazişinin təxirə salınmasına, revanşizmin Ermənistanda daha da güclənməsinə habellə yeni müharibə üçün zəmin şərait yaradılmasına yönəlib. Nəzərə alsaq ki, bu gün Ermənistan həm Hindistan, həm Fransa, həm də İran tərəfindən silahlandırılır. Bu hal getdikcə artacaq. Ona görə də düşünürəm ki, nə qədər bu vandal ölkə olacaqsa, biz barmağımızı tətikdən çəkməməliyik və Ermənistanın törətdiyi təxribatlara böyük qətiyyətlə və əzmlə cavab verməliyik. 
İndiki durumda eskalasiya gözlənilir. Ermənistan mövcud olan sınıq-salxaq ordusunu Azərbaycanla sərhədboyu ərazilərə cəmləyir. Yenidən təxribatların baş verməsi istisna olunmur. Həmin təxribatlara qarşı Azərbaycan Silahlı Qüvvələrinin cavabı şəksizdir. Çünki dövlətimiz məsuliyyətli və ləyaqətli ölkədir. Vəziyyətin kifayət qədər kritik olduğu bəllidir".
Yaranan xaotik vəziyyətlə əlaqədar azxeber.com-a danışan siyasi şərhçi Elçin Mirzəbəyli bildirib ki, Ermənistan Azərbaycanla sərhəddə hərbi texnikanın və şəxsi heyətin cəmləşməsini "orduya yeni cəlb olunmuş sürücülərin təlim yürüşü" kimi təqdim etməyə çalışır: 
Ermənistan Azərbaycanla sərhədə yenidən qoşun yığır - yeni müharibə ola bilərmi?"Ermənistan Azərbaycanla sərhəddə hərbi texnikanın və şəxsi heyətin cəmləşməsini "orduya yeni cəlb olunmuş sürücülərin təlim yürüşü" kimi təqdim etməyə çalışsa da, bu, rəsmi İrəvanın növbəti yalanından başqa bir şey deyil: "Əgər söhbət həqiqətən də "təlim yürüşü"ndən gedirsə, o zaman bunun üçün Ermənistanın digər ərazilərində də yer tapmaq olardı. Maraqlıdır, nədən Ermənistan, məsələn, İranla sərhəddə "təlim yürüşü" keçirmir? "Təlim yürüşü" üçün Azərbaycanla həmsərhəd bölgə xüsusi olaraq müəyyənləşdirilib? Görünüdüyü kimi, İrəvanın iddialarının hər zaman olduğu kimi məntiqi izahı yoxdur.
Avropa İttifaqının Ermənistandakı artıq hərbiləşdirilmiş missiyasının müşahidəçilərinin, hətta Ermənistanın təqdimatında yer alan "təlim yürüşü" iddiasını da təkzib etmələri maraq doğurur: "Missiyanın müşahidəçilərinin açıqlamasında qeyd olunur ki, Ermənistan-Azərbaycan sərhədində hər hansı bir hərəkətlilik baş verməyib. Ermənistanın "təlim yürüşü" kimi təqdim etdiyi faktı isə rəsmi İrəvanın növbəti təxribatı kimi də qiymətləndirmək olar. İrəvan Qərbin ötürdüyü iki əsas tezisi – "Azərbaycanın müharibəyə hazırlaşdığı"nı, "Ermənsitanın isə müdafiəyə ehtiyacı olduğu"nu bu qəbildən olan təxribat xarakterli addımlarla təsdiqləməyə, aprelin 5-də Brüsseldə keçiriləcək görüşdə ABŞ və Avropa İttifaqı ilə imzalamağı hədəflədiyi "hərbi pakt"ın zəruriliyini sübuta yetirməyə, bunun üçün süni bəhanələr yaratmağa çalışır".
Politoloq əlavə edib ki, Ermənistanın havadarları və ona dəstək olan ölkələr bölgədə süni gərginlik yaratmaqla prosesi pozmağa çalışırlar:
"Mövcud mənzərə onu deməyə əsas verir ki, Qərb paytaxtlarında Cənubi Qafqazda davamlı sülhün əldə olunacağı ilə bağlı ciddi narahatlıqlar var və onlar nəyin bahasına olursa olsun, bölgədə süni gərginlik yaratmaqla prosesi pozmağa çalışırlar. Bunu Azərbaycan vasitəsilə edə bilmədikləri üçün də özünə başqa bir qütbün "forpostu" donunu biçməyə çalışan Ermənistanı qarşıdurmaya təhrik etməklə gerçəkləşdirmək istəyirlər.
Qərb türk və müsəlman dünyasının bətnində, bütövlükdə isə Qərbi və Mərkəzi Asiyanın geostrateji əhəmiyyətə malik keçid nöqtəsində "Böyük Ermənistan" adlı qarayara yaratmaq iddiasından əl çəkməyib. Amma unudurlar ki, məkan, təxminən eyni olsa da, zaman həmin zaman deyil və tarixi reallıqlar proseslərin tamamilə əks istiqamətdə cərəyan edə biləcəyini düşünməyə daha çox əsas verir".
Mikayıl Mirzəzadə
Yazı Medianın İnkişafı Agentliyinin "Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük "Vətən Müharibəsi"ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması" mövzusunda dərc edilib.
Ermənistan Azərbaycanla sərhədə yenidən qoşun yığır - yeni müharibə ola bilərmi?

Siyasi       Tarix: 06 aprel 2024
f Paylaş

Oxşar xəbərlər

Paşinyan: Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir

"Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir. Əgər o, Kərki olmasaydı, mən onu belə adlandırmazdım". KONKRET.azxəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. O, məsələnin hüquqi tərəfinə toxunara

ABŞ İran liderlərinə viza verdi – Bu münasibətlərə təsir edəcək?

ABŞ Prezidenti Donald Tramp administrasiyası İran Prezidenti Məsud Pezeşkian və xarici işlər naziri Abbas Arakçının Nyu Yorkda keçiriləcək BMT Baş Assambleyasının Yüksək Səviyyəli Həftəsində iştirak etmələri üçün vizalar

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

Azərbaycan tarixində elə günlər var ki, onların əhəmiyyəti yalnız təqvimlə ölçülmür. Bu tarixlər dövlətin keçdiyi yolun, xalqın iradəsinin və gələcəyə baxışının ifadəsinə çevrilir. 20 Sentyabr da məhz belə günlərdəndir. 2023-c

Qarabağdakı antiterror əməliyyatından 3 il ötür

Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür. xəbər verir ki, lokal xarakterli antiterror tədbirlərindən bir neçə ay əvvəl Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahl

Xruşşov Disneylendə getmək istəyirdi, amma... – Sovet liderinin Amerikada macəraları

"Mən artıq demişəm ki, "biz sizi basdıracağıq" sözlərini sizin məzarqazanlarınızın etdiyi kimi hərfi mənada başa düşmək lazım deyil… Söhbət cəmiyyətin sırf tarixi inkişafından gedir. Kapitalizm öz əsrini baş

Ramiz Mehdiyev və köməkçisi Eldar Əmirovun məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Hakim Murad Aslanovun sədrliy

XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pislədi

Fransanın Avropa və Xarici İşlər Nazirliyinin mətbuat katibinin 17 sentyabr tarixli açıqlamasında Azərbaycana səyahət xəbərdarlığını "özbaşına saxlanılma və ədalətsiz məhkəmə araşdırması riski" iddiaları ilə əsaslandırmağ

Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

Pakistan Xarici İşlər Nazirliyi Azərbaycanı 20 sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib. xəbər verir ki, Pakistan Xarici İşlər Nazirliyi bu barədə X-da paylaşım edib. "Azərbaycan Respublikasının Hökumətin

Politoloq: "Azərbaycan TDT-ni strateji əməkdaşlıq mexanizmi kimi nəzərdən keçirir

Sentyabrın 17-də Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib. Görüş zamanı TDT-nin beynəlxalq nüfuzunun artırılması, enerji və nəqliyyat layihələrini


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son xəbərlər valyuta mezennesi sonxəbərlər son.xeber