Ermənistandan kompensasiya ala biləcəyik? – Pənah Hüseyn və Orxan Amaşovdan iki FƏRQLİ MÖVQE

Ermənistandan kompensasiya ala biləcəyik? – Pənah Hüseyn və Orxan Amaşovdan iki FƏRQLİ MÖVQEOtuz illik işğal dövründə Ermənistan Azərbaycan ərazilərini talayıb, şəhər və kəndlərimiz yer üzündən silinib. Maddi-mədəni abidələrimiz dağıdılıb, inanc yerlərimiz təhqir olunub. Erməni vandalizmi  nəticəsində viran qalan yaşayış məskənləri indi xarabalığa çevrilib. İkinci Qarabağ müharibəsindən sonra ermənilərin dağıtdıqları şəhər və kəndlərimizə dəymiş maddi ziyan hesablanıb. Məlum olub ki, işğal illərində Azərbaycana milyardlarla dollar ziyan dəyib. Vurduğu zərəri ödəmək üçün Azərbaycan  Ermənistanı Beynəlxalq Ədalət Məhkəməsinə verib.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn bildirib ki, bu müraciətin özü Azərbaycanın mövqeyinə aydınlıq gətirir:
Ermənistandan kompensasiya ala biləcəyik? – Pənah Hüseyn və Orxan Amaşovdan iki FƏRQLİ MÖVQE"Bunun hüquqi əsasları var. Ərazilərimiz işğal altında qalıb və bunu Ermənistanın özü də etiraf edib. İstər dövlətə, istərsə də vətəndaşlara dəymiş ziyanın ödənilməsi müharibə qanunlarına uyğundur. Bu istiqamətdəki iş ardıcıl və sistematik şəkildə davam etdirilməlidir. Bu həm də müharibənin hüquqi müstəvidəki davamıdır. Biz bu cəbhədə də qalib gəlməliyik. Bir qayda olaraq ermənilər bu istiqamətdə həmişə öndə olublar. Amma mənə elə gəlir ki, Azərbaycan bu məsələ ilə bağlı uğur qazanacaq".
Digər həmsöhbətimiz, hüquqşünas Orxan Amaşov isə prosesin heç də asan olmadığını deyib və qeyd edib ki, hazırkı vəziyyətdə təzminat məsələsi o qədər də real görünmür:
Ermənistandan kompensasiya ala biləcəyik? – Pənah Hüseyn və Orxan Amaşovdan iki FƏRQLİ MÖVQE"Beynəlxalq praktikada bu cür iddialar olub. Amma həmin iddialar praktiki olaraq yalnız bir neçə dəfə uğurla yekunlaşıb. Bunlardan biri İkinci Dünya müharibəsindən sonra faşist Almaniyasına qarşı tətbiq edilən tədbirlər idi. Həmin dövrdə beynəlxalq iradə nümayiş olundu, böyük güclər birləşərək praktik nəticələr əldə etdilər. Digər nümunə isə İraqla bağlıdır. Orada da xüsusi mexanizm hazırlanmışdı".
Hüquqşünas deyib ki, mövcud praktikaya əsaslansaq, bizim təzminat iddialarımızın reallaşacağı inandırıcı görünmür:
"Burada ikili standartlar da öz sözünü deyəcək. Adətən bu kimi tədbirlərin reallaşması ortada qlobal iradə olanda həllini tapır. Bunun üçün mexanizm hazırlanır ki, həmin dövlətin qazancları təzminata yönləndirilsin. Ermənistanın belə bir iqtisadi imkanları yoxdur. Bu baxımdan da iddianın gerçəkləşəcəyini düşünmürəm. Amma bütün hallarda bu cür iddialar qaldırılmalı və mübarizə davam etdirilməlidir".
"Sülh müqaviləsi imzalanandan sonra bu iddiaların taleyi necə olacaq?" sualına isə O. Amaşovun cavabı belə olub:
"Avropa İnsan Hüquqları Məhkəməsində də, Beynəlxalq Ədalət Məhkəməsində də tərəflər arasında qarşılıqlı proseslər gedir. Onlar bizə, biz onlara qarşı iddialar qaldırmışıq. Ola bilsin ki, tərəflər qarşılıqlı şəkildə geri çəkiləcək. Amma təzminat məsələsində Azərbaycan axıra kimi gedəcək. Düzdür, ortada praktika var və son 50-60 ildə heç kim buna nail ola bilməyib. Amma burada söhbət həm də məsələnin dünyaya çatdırılmasından gedir. Axı qarşı tərəf də boş dayanmır. Biz də mübarizəmizi davam etdiririk. Həm də bizə qarşı ədalətsizlik baş verib. Erməni tərəfi işğal dövründə iqtisadi resurslarımızdan istifadə ediblər. Azərbaycanın suveren ərazilərində olan yataqlar istismar olunub. Bu da itirilmiş gəlirlər mövzusudur".
Bəzi ekspertlər hesab edirlər ki, qarşı tərəfin dəymiş ziyanı ödəməyə iqtisadi resursları kifayət etməsə, o zaman ərazi güzəştləri müzakirə edilə bilər. Hüquqşünas isə bu mövzuda da fərqli düşünür: "Bunu real saymıram. Qarşılıqlı danışıqlar əsnasında çox şeyə nail olmaq mümkündür. Məhkəmə yoluyla buna nail olmasaq, danışıqlarda öz mövqeyimizi, əlimizi gücləndirmək üçün bu məsələni gündəmə gətirib aktuallaşdırmaq lazımdır. Bununla da Ermənistanı təzyiq altında saxlamalıyıq. Ermənilərə çatdırılır ki, siz müəyyən güzəştə getsəniz, biz də bu iddiadan geri çəkilə bilərik. Bütün bunlar bağlı qapılar arxasındakı danışıqlarda müzakirə oluna bilər. Amma bu məhkəmə mövzusu deyil".
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 24 yanvar 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Hikmət Hacıyev və Almaniya səfiri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər

Azərbaycan və Almaniya ikitərəfli əməkdaşlığın inkişafı üçün geniş imkanlara malikdir. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

Pakistan Xarici İşlər Nazirliyi Azərbaycanı 20 sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib. xəbər verir ki, Pakistan Xarici İşlər Nazirliyi bu barədə X-da paylaşım edib. "Azərbaycan Respublikasının Hökumətin

Ölkələrimizdə əhalinin artması prosesi müşahidə olunur' - Prezident

"Əlbəttə ki, ölkələrimizin əhalisinin gənc və demoqrafik vəziyyətin müsbət olması da üstünlükdür. Çünki bir çox ölkələrdə əhalinin sürətlə azaldığını görürük". xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-y

Qarabağdakı antiterror əməliyyatından 3 il ötür

Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür. xəbər verir ki, lokal xarakterli antiterror tədbirlərindən bir neçə ay əvvəl Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahl

30 ildən sonra doğma torpaqlara dönüş: Böyük Qayıdış necə başladı?

30 il. Bir insan ömrünün böyük hissəsidir. Azərbaycanın isə son 30 ildən artıq tarixi asan keçməyib. Azərbaycan üçün bu illər yalnız bir müharibənin deyil, həm də ədalətin bərpası uğrunda aparılan uzun və çətin mübarizəni

Dövlət Suverenliyi Günü – Azərbaycanın dövlətçilik tarixinin mühüm səhifəsi

20 sentyabr Azərbaycanın yaxın tarixində dövlətçilik baxımından mühüm əhəmiyyət daşıyan günlərdən biridir. Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə hər il sentyabrın 20-si ölkəmizd

"Ermənilər olmayan yerdən özlərinə tarix düzəldiblər

"Azərbaycanlıların tarixi daha əsaslıdır, nəinki ermənilərin tarixi". xəbər verir ki, bunu Azərbaycan Respublikası Media və Yayım Şurasının təşkilatçılığı ilə keçirilən "Qafqaz Albaniyasının irsinə tarixi baxış"

Tramp: "ABŞ husilərlə daimi əlaqə saxlayır"

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Yəmənin üsyançı "Ənsar Allah" husi hərəkatı ilə daimi əlaqə saxladığını bildirib. "Fox News" telekanalına istinadən xəbər verir ki, bu barədə telekanalın efirind

ABŞ İran liderlərinə viza verdi – Bu münasibətlərə təsir edəcək?

ABŞ Prezidenti Donald Tramp administrasiyası İran Prezidenti Məsud Pezeşkian və xarici işlər naziri Abbas Arakçının Nyu Yorkda keçiriləcək BMT Baş Assambleyasının Yüksək Səviyyəli Həftəsində iştirak etmələri üçün vizalar


azerbaycan xeberleri yeni xeberler son xeberler idman xeberleri en son xeberler bu gun son xeberler bu gun metbuat xeberleri