Ermənistanı nə gözləyir? — 5 aprel görüşünün gizli tərəfləri…

Ermənistanı nə gözləyir? — 5 aprel görüşünün gizli tərəfləri…Ermənistan-Avropa İttifaqı-ABŞ formatında keçirilən Brüssel görüşündə İrəvana maliyyə yardımın edilməsi qərara alındı. Rəsmi açıqlamaya görə, Avropa İttifaqı Ermənistana 270 milyon avro, ABŞ isə 65 milyon dollar pul ayıracaq. Bu yardım 4 il ərzində davam edəcək. Belə görünür ki, görüş Qərbin təqdim etdiyi kimi iqtisadi məqsəd daşıyıb. Halbuki, görüşdən öncə yayılan məlumatlar Brüsseldə Aİ və ABŞ-ın Ermənistanla hərbi pakt imzalayacağı yönündə idi. 
Sual yaranır: Brüsseldə nə baş verdi?
Rəsmi açıqlamalar hər şeyin iqtisadi dəstəkdən ibarət olduğunu göstərsə də, burada xüsusi bir məqam var: məsələ təkcə maliyyə yardımının edilməsi olsaydı, o zaman bu qədər həngaməyə nə ehtiyac var idi? 
Əgər məsələ doğrudan da yalnız bir neçə yüz milyon avronun ayrılmasından ibarət idisə, bu formatda görüşün keçirilməsi şübhələr yol açır. Onsuz da hər il Aİ və ABŞ-dan Ermənistana müəyyən məbləğdə yardımlar ayrılır, bu dəfə də eyni addım atıla, doğrudan da məsələ iqtisadi dəstəkdirsə, bu yardımların miqdarı artırıla bilərdi.
Bu məqamlar hər şeyin rəsmi açıqlamada deyilən kimi olmadığını göstərir. Bəllidir ki, görüşdə Ermənistanla Qərb arasında hərbi paktın imzalanması müzakirə olunub, sadəcə olaraq, bu planlar bir neçə yüz milyon avroluq yardımla gizlədilir. 
"Politiko" saytının təqdim etdiyi sənədlər bunu təsdiq edir. Bu sənədlər görüş ərəfəsində Ermənistanın Aİ və ABŞ-a Azərbaycanın silahlanmasına dair "sənədlər" təqdim edib. Bu, Ermənistana lazım olan silah-sursatın təmin edilməsi məqsədi daşıyır. 
Brüssel görüşündən bəhs edən sayt yazır ki, Ermənistan hökuməti Rusiya ilə əlaqələri kəsməyə çalışır. Şübhəsiz ki, 5 aprel görüşündə hərbi hədəflər əsas gündəm olub, iştirakçılar bunu "iqtisadi gündəm"lə gizlətməyə çalışsalar da. 
Ermənistanın Qərb tərəfindən nəzarətə götürülməsi və bu ölkə üzərindən Cənubi Qafqaza müdaxilə etmək planı əvvəldən mövcud olub. Bu planı iki mərhələyə ayırmaq olar.
Birinci mərhələdə Ermənistanın Gürcüstan üzərindən Qara dənizə çıxışını təmin etmək idi. Tbilisidə baş verən inqilab ssenariləri də bu plana daxildir.
İkinci mərhələ Ermənistanın tamamilə Qərb tərəfindən nəzarətə götürülməsidir. 44 günlük müharibədən sonra Qərb ikinci planının praktiki olaraq işə salıb. 
Təsadüfi deyil ki, ABŞ-ın regionda ən böyük səfirliyi Ermənistandadır, bu diplomatik korpusun 2 min nəfər əməkdaşı var. Bununla yanaşı, amerikalı hərbi instruktorlar, Pentaqonun nəzarət etdiyi xüsusi hərbiləşdirilmiş strukturlar Ermənistanda fəaliyyət göstərir.
Brüssel görüşü də bu planın genişləndirilməsinə hesablanmışdı və məlumdur ki, hər şeyi "iqtisadi yardım" adı altında gizlədən Qərb Ermənistanın silahlandırılmasını müxtəlif formalarda davam etdirəcək. 
Göründüyü kimi, 5 aprel görüşü ilə Ermənistan Qərbdən asılı vəziyyətə düşdü. Bu o deməkdir ki, İrəvan Qərbin diktəsi ilə hərəkət edəcək. Baş verənlər fonunda tarixi "Sevr" müqaviləsi yada düşür. Bir əsr öncə ermənilər müxtəlif vədlər qarşılığında Osmanlıya qarşı müharibəyə girdi. Lakin həm məğlub oldular, həm də onlara verilən vədlər yerinə yetirilmədi. İndi də analoj hal yaşanır. Özünü tələyə salan Ermənistan bir əsr sonra da qonşu ölkələrə qarşı istifə edilir.
Bütün bunlar Ermənistanın da Ukrayna, Suriya, Livan kimi ölkələrin taleyi ilə üzləşəcəyini deməyə əsas verir. Çünki Emənistan üçün ən yaxşı təhlükəsizlik modeli Azərbaycanın təklif etdiyi sülh modeli olsa da, İrəvan bundan imtina edərək, Qərbdən "mədət umur". Bu da Ermənistan üçün ağır nəticələrə gətirib çıxaracaq, ciddi problemlər yaradacaq. / azxeber.com

Siyasi       Tarix: 07 aprel 2024
f Paylaş

Oxşar xəbərlər

Krım təcrid olunur? – Rusiya üçün təhlükəli ssenari

Rusiya tərəfindən ilhaq edilmiş Krım yarımadası və Sevastopolda fövqəladə vəziyyətin elan olunması Rusiya–Ukrayna müharibəsinin gedişində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Xüsusilə enerji və yanacaq infrastrukturun

Rusiya Moldovaya NOTA VERDİ

Moldova səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb. Bildirilib ki, səfirə Moldovanın Vyana Konvensiyasını kobud şəkildə pozması səbəbindən verbal nota təqdim edilib

Ukraynadan Rusiyaya ŞOK ZƏRBƏ

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın Vladimir vilayətində yerləşən strateji əhəmiyyətli hərbi obyektə zərbə endirildiyini açıqlayıb. xəbər verir ki, hücumun hədəfi Qus-Xrustalnı rayonunda yerləşən "Vladimir"

Qalibaf Azərbaycandadır - FOTO

İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf Azərbaycana işgüzar səfərə gəlib. Milli Məclisdən -a verilən məlumata görə, səfər çərçivəsində İran İslam Şurası Məclisinin sədri Bakıda keçiriləcə

Gələn həftə AB ilə bu xəbəri elan edəcəyik - Paşinyan

Ermənistan və Avropa Birliyi gələn həftə Ermənistan kənd təsərrüfatı məhsullarının AB-yə idxal prosedurunun sadələşdiriləcəyini elan edəcəklər. xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan brifinqdə bildiri

Ərdoğan: NATO sammitində Trampla təkbətək görüş ehtimalı yüksəkdir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ lideri Donald Tramp arasında təkbətək görüş planlaşdırılır. Bu barədə Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib. "NATO sammitində Donald Trampla təkbətə

İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovla danışdı

Prezident İlham Əliyevlə Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov arasında telefon danışığı olub. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb

SEPAH-a casusluq edən Türkiyə vətəndaşı saxlanıldı - Görün nələr törədib

Monteneqro polisi və ABŞ Federal Təhqiqat Bürosunun (FBI) birgə əməliyyatı nəticəsində Kotor kurort şəhərində 39 yaşlı İran və Türkiyə vətəndaşı saxlanılıb. xəbər verir ki, hüquq-mühafizə orqanlarının məlumatına görə, saxlanıla

Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı aparılıb. xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb. Telefo


son xeberler azerbaycan xeberleri yeni xeberler xeberler xabar az son xəbərlər azərbaycanda cəbhədən görüntülər