Ermənistanın ən zəif bəndi odur: Keşiş ümidinə qalanlarla bağlı YENİ MƏQAMLAR
"Ermənistanın keçmiş prezidenti Robert Köçəryan ildə bir və ya iki dəfə qış yuxusundan ayılaraq mətbuat konfransı keçirir və baş nazir Nikol Paşinyanın mövqelərinə zərbə vurmaq məqsədilə onun siyasətini tənqid edir. O, bu zaman Paşinyanın zəif bəndlərini müəyyənləşdirməyə çalışır. Köçəryanın mətbuat konfransında söylədikləri Nikol Paşinyanı narahat etmir. Çünki, Köçəryanın erməni cəmiyyətində nüfuzu yoxdur. Ermənistanın İkinci Qarabağ Müharibəsindəki məğlubiyyəti Köçəryanın və "silahdaşı" Serj Sərkisyanın olan-qalan reytinqini aşağı salıb".
KONKRET.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu səsləndirib
"Paşinyanın səsləndirmədiyi, eyni zamanda ermənilərin beynində dolaşan arqument təxminən belədir: "Belə güclü siyasətçi olduğunuzu deyirsizsə, erməniləri Azərbaycana qarşı üsyana sövq etdiyiniz və siyasi karyeranıza başladığınız Qarabağı qoruyardınız". Köçəryan və Sərkisyan kimilər on minlərlə insanın ölümünə rəvac verdilər, cinayətlər törətdilər, məqsədləri Qarabağı Ermənistana birləşdirmək idi, amma tam tərsi baş verdi. Arada iki müharibə oldu və nəticə Azərbaycanın xeyrinədir. Köçəryan son mətbuat konfransında etiraf edib ki, bundan sonra ermənilərin Qarabağa qayıdışı çətindir. Köçəryan və Sərkisyan Nikol Paşinyana müxalifəti gücləndirə bilmirlər, ümidləri yoldan keçən keşişlərə qalıb".
Müşviq Tofiqoğlu
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
Türk lirəsi tarixi minimuma düşdü
Azərbaycanı IMF-nin rəhbər orqanında Kristof Baumann-Kesten təmsil edəcək
"Sabah"ın oyunu bu hakimlərə tapşırıldı
"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qaytarıla bilməyən kreditlər bağlanacaq
Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində "Məhsul bayramı" keçirildi - FOTOLAR
İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?
Azərbaycanda əsgər 14 yaşlı qıza görə həbs edildi
Kredit götürüb xaricə qaçsaq nə olar?
Batrakovun transfer qiyməti açıqlandı