Ermənistanın qorxunc planı – Yeni silahlarla Azərbaycana hücum planlaşdırılır?
Hazırda Hindistanın Ermənistanın "Pralay" raketlərinin tədarükü ilə bağlı müraciətinə baxdığı ilə bağlı xəbərlər yayılır. Məlumata görə, iyun ayından Ermənistan "Pralay" raketlərinin tədarükü ilə bağlı Hindistana müraciət edib.
Bu texnologiyayaları zərərsizləşdirmək üçün Azərbaycanda hərbi vasitələr varmı? 500 km mənzilli ballistik raketlərin alınmasında məqsəd nədir?
KONKRET.azxəbər verir ki, mövzu ilə bağlı danışan politoloq Turab Rzayev deyib ki, Azərbaycanın havadan mühafizə sistemi son illərdə xüsusilə gücləndirilib:
"Azərbaycanda Bakı, Mingəçevir su anbarı və digər strateji ərazilər Dəmir Günbəz sisteminə uyğun sistemlə mühafizə olunur. Eyni zamanda Azərbaycan Rusiyadan "S-300", "S-400"-lərin alınması ilə bağlı müqavilə imzalayıb, İsraildən havadan müdafiə sistemləri alıb. Azərbaycan bu raketləri "Havadan-havaya", "Yerdən-havaya" tipli raketlərlə də vura bilər. Müdafiə imkanlarımız genişdir. Bu raketlərin Ermənistana gəlib-gəlməyəcəyi dəqiq deyil. Sözügedən raketlər kifayət qədər uzunmənzillidir və ağır yük daşımağı bacarır. Onların ixracı ilə bağlı müəyyən məhdudiyyətlərin, qadağaların olması şərtdir".
Politoloqun sözlərinə görə, Ermənistan bu texnikaları Azərbaycanın strateji hədəflərini vurmaq məqsədi ilə alır:
"Bu strateji obyektlər də Bakıda yerləşir. Ermənistanda Rusiya istehsalı olan bəzi silahlar var ki, onlar qeyri-dəqiq olduğundan istədikləri nəticələri əldə edə bilmirlər. Hazırda Azərbaycanla balans yaratmaq üçün Ermənistan bu texnikaları alır. Azərbaycan bunun qarşısını almağa çalışmalıdır. Raketlər alınarsa, hərbi siyasi və strateji cəhəhdən müəyyən plan hazırlanmalıdır. Sülh müqaviləsi imzalamağa hazır olduğunu deyən Ermənistan əslində Azərbaycanın paytaxtını, siyasi, maliyyə, iqtisadi mərkəzini, neft infrastrukturunu , hərbi məntəqələrini hədəf altına alır"./Globalinfo.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
Xırdalanda 12 yaşlı qız itkin düşüb