"Ermənistanın yeni alacağı silahlar bu halda Ordumuzun hədəfinə çevriləcək" - Ekspert açıqladı

Xəbər verildiyi kimi, Ermənistan Hindistandan 78 ədəd ATAGS artilleriya sisteminin alınması ilə bağlı danışıqlar aparır. "Indian Defence Research Wing"in (IDRW) məlumatına görə, bu razılaşma Ermənistan və Hindistan arasında artan müdafiə əməkdaşlığında növbəti mərhələdir.
Bildirilib ki, altı haubitsadan ibarət ilk partiya Ermənistanda, o cümlədən dağlıq ərazilərdə və düzənlikdə sınaqdan keçirilib. Sınaqlar uzaq məsafələrdə dəqiqliyi və yüksək etibarlılığı təsdiqləyib ki, bu da Ermənistan hakimiyyətini daha böyük həcmdə alış imkanlarını nəzərdən keçirməyə sövq edib.
Görəsən, sözügedən silahların özəllikləri nədən ibarətdir və Azərbaycan Ordusunun bölmələrinə hər hansı təhlükə yaratmaq gücündədirmi? Həmçinin Azərbaycan Silahlı Qüvvələrinin arsenalında sözügedən silahlara alternativ varmı?
Mövzu ilə bağlı KONKRET.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Ermənistan hücum silahları almaqla Vətən müharibəsində itirdiyi döyüş potensialını bərpa etməyə çalışır:
"Məlum olduğu kimi, Ermənistanın əsas silah ixracatçıları Fransa və Hindistandır. 55 mm-lik çapa və 52 kalibr lülə uzunluğuna malik ATAGS yedəkli haubitsalarını erməni tərəfi daha əvvəl əldə etmişdi. Belə ki, keçən il rəsmi İrəvan bunun 6 ədədini təhvil almışdı. Onun sınaqları başa çatdırıldı. Silahların ümumi sayı barədə müxtəlif iddialar səslənir, lakin rəsmi rəqəmlər yoxdur. Hesab edirəm ki, Ermənistan birdən-birə bu qədər sayda silah almaq gücündə deyil. Düşünürəm ki, Hindistan bu haubitsaları ya daxili qiymətlərə, yaxud yardım adı altında Ermənistana təhvil verə bilər. 40 km-dən artıq atış gücünə malik silahların Ermənistana Azərbaycan qarşı verildiyi məlumdur. Hindistanın rəsmi İravanı sözügedən artilleriya qurğuları ilə təmin etməsi doğru addım deyil. Onlar bunu Çin, Pakistan, Türkiyə və Azərbaycanın dostluq əlaqələri fonunda həyata keçirir. Birmanalı olaraq Ermənistan bölgədə müxtəlif ölkələrin maraqlarını təmin etmək üçün istifadə olunur".
Ekspert vurğulayıb ki, bu silahların alternativi Ordumuzun arsenalında da var:
"Azərbaycan Ordusunun arsenalında ATAGS sistemlərindən daha üstün vasitələr var. Ölkəmiz son bir ildə Serbiya ilə Çexiyadan 120 ədəd Nora B-52 və DITA özüyeriyən haubitsası sifariş edib. Bundan başqa, müxtəlif özüyerinə artilleriya qurğuları da ölkəmizin arsenalına daxil olub. Digər tərəfdən, D20, D30, D44 və M46 yedəkli sistemləri də Ermənistanın aldığı silahlardan geri qalmır. Erməni əsgəri yaxın keçmişdə Azərbaycan artilleriyasının gücünü öz dərisində hiss edib. Onların silahları Ordumuzun mövqelərin zərər yetirə biləcək qədər yaxınlaşdırılarsa, həmin qurğular hədəfə çevriləcək və sıradan çıxarılacaq".
Məlik Məlikov,
KONKRET.az

Siyasi       Tarix: 21 noyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı

Son zamanlar İran vətəndaşları və mediası tərəfindən Azərbaycan dövlətinin, xalqının və rəhbərliyinin ünvanına əsassız ittihamların, təhqiramiz ifadələrin, eləcə də qanunsuz çağırışların artdığı müşahidə olunur. Müxtəli

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit

Azərbaycan QHT-ləri İranın Azərbaycandakı Səfirliyinə imzaladıqları açıq məktubu təqdim edib

Bu gün bir qrup QHT nümayəndəsi İranın Azərbaycandakı Səfirliyinə gələrək Prezident Məsud Pezeşkiana oktyabrın 26-da ünvanladıqları Açıq Məktubu Səfirliyə təqdim ediblər. Səfirlik nümayəndələri sənədi qəbul ediblər. QHT təmsilçilər

İsrail qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi – KİV

İsrailin müdafiə qüvvələri İranın qəfil hücum ehtimalı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. xəbər verir ki, bu barədə İsrailin mediası məlumat yayıb. Bildirilib ki, ABŞ kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunu

Müxalifət Netanyahuya qarşı birləşir – Mühüm görüş

İsraildə müxalifət blokuna daxil olan partiyaların liderləri – Qadi Ayzenkot, Naftali Bennett, Yair Lapid, Aviqdor Liberman və Yair Qolan Knessetə seçkilərdən sonra ilk dəfə görüş keçirəcəklər. KONKRET.azxəbər verir ki, b

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli

Müharibə, nüvə zərbəsi, ərzaq böhranı: Azərbaycan bunlara hazır olmalıdır

Dünyanın 33 ölkəsində vətəndaşlara fövqəladə hallar üçün evdə ərzaq, içməli su və digər zəruri vasitələr saxlamaq tövsiyə edilir. ABŞ-dan Yaponiyaya, Avropadan Cənubi Amerikaya qədər yayılan bu çağırışların arxasında müharib

ABŞ demokratlarında parçalanma: Heyli Stivens niyə öz partiyasının namizədindən üz döndərdi?

Ceyms Kirçik "The Free Press" nəşrində yazır:. İki il əvvəl Miçiqan ştatından demokrat konqresmen Elissa Slotkin ABŞ Senatına namizədliyini irəli sürərkən keçmiş həmkarı, respublikaçı Liz Çeyninin dəstəyini qürurl


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən canlı son xəbər hava haqqinda cəbhədən yeni xəbərlər