Əslində mövcud olmayan 5 xəstəlik – Amma həkimlərimiz diaqnoz qoyur

Əslində mövcud olmayan 5 xəstəlik – Amma həkimlərimiz diaqnoz qoyurBu xəstəliklər Amerika və Avropada tibbi baxımdan diaqnoz olunmur, qəbul edilmir, amma Azərbaycanda da daxil olmaqla MDB dövlətlərində hələ də həkimlərin axtardığı xəstəliklərdir.
Dünya Səhiyyə Təşkilatının xəstəliklər təsnifatında MKB-10-da vegetativ distoniya və uşaqlığın tonusu adlı xəstəlik yoxdur.
Milli.Az medicina.az-a istinadən əslində mövcud olmayan, amma bizdə həkimlərin bəzi oxşar simptomlar məcmusuna görə təyin etdikləri o 5 "xəstəliyi" təqdim edirik:
1.Vegetativ-damar distoniyası
Nevroloqlar bu diaqnozu çox sevir. Xəstə əsəbidir,yatmır, sinirləri sıxılır,qan dövranı pozulub, halsızdır, nevrozdur- deməli, vegetativ distoniyadır.
Damarların və sinirlərin tonusunun pozulması kimi xarakteristika olunan bu xəstəlikdə xəstədə səbəbi bilinməyən ağrılar gəzir, təzyiqi oynayır, təngənəfəs olur.
Digər səbəblər tapılmayanda həkimlər vegetativ pozulma diaqnozunu qoyur. Bu xəstəliyin mənası odur ki, xəstənin niyə belə olması məlum deyil, özü də sağala bilər, sağalmaya da bilər".
Daha dəqiq diaqnozu araşdırmağın dərdindən həkimlər hətta uşaqların da xəstəlik kitabçasına distoniya yazır.
Əslində isə xəstəni aritmioloq, kardioloq, endokrinoloq, nevroloq, qastroenteroloq dərindən yoxlamalıdır. Xüsusən yeniyetmələrdə bu simptomlar hormonal pozulmalardan qaynaqlana bilər.
2.Uşaqlığın tonusu
Tonus gərginlik, yığılma, darılma deməkdir. Uşaqlıq əzələli orqandır, əzələ isə təbii ki, yığılıb açılma xüsusiyyətinə malikdir, ona görə uşaqlığın əzələlərinin yığılması təbii haldır.
Dünya tibbində bu tutmalara Brekston- Hiks deyilir və plasenta kifayət qədər qanla təchiz olunur.
Əgər hamiləlikdə daim gərgin, yığılmış uşaqlıq problem yaradırsa, tonus diaqnoz deyil. Həkim buna səbəb olan pozulmanı tapmalıdır.
3.Disbakterioz
Bağırsaqların mikroflorasının pozulması, balansının dəyişməsi, zərərli bakteriyaların çoxalması çox adamda baş verir. Xüsusilə antibiotik, bir sıra dərmanların qəbulundan, rotavirusdan, zəhərlənmədən, stressdən, çirkli qidadan və s.
Bu zaman həzm pozulur, diareya, ishal, köp, iştahsızlıq yaranır.
Mikroflora bir müddət sonra öz-özünə də bərpa ola bilər, əgər xəstə düzgün, faydalı qidalansa, probiotik qəbul etsə. Əgər düzəlməsə, o zaman disbakterioz diaqnozu yox, daha dəqiq səbəblər və diaqnozlar tapılmalıdır. Xüsusən stress, əsəb və qorxu bağırsaqda belə pozulmalar yarada bilir.
Xaricdə disbakterioz adlı xəstəlik yoxdur.
4.İmmundefisit
Uşaqlara, yeniyetmələrə, tez-tez xəstələnənlərə, hər hansı ağır xəstəlik keçirənlərə immunitetin çatışmır, zəifdir kimi diaqnozlar qoyub, immundefisitə qarşı dərmanlar yazırlar. Əslində isə immunçatışmamazlığı ağır diaqnoz olub, SPİD kimi xəstəliklərdə yaranır və ya xəstədə anadangəlmə olur.
İmmunmodulyatorlar adı ilə satılan dərmanlar   isə qəbul olunmamalıdır.
5.Ostexondroz
Əslində, bu diaqnoz MRB-10 altında rəsmi olaraq var, amma ostexondroz  son zamanlar az qala hər yoldan keçənə qoyulacaq qədər geniş yayılmış diaqnoz deyil. Həkimlər də baş, boyun, bel ağrılarında ostexondroz deməyi sevir. Onun  isə müalicəsi qəlizdir.
Yaşlandıqca onsuz da insanın qığırdaq toxuması kirəclənir, amma bu hər kəsdə güclü ağrılar vermir. Ona görə yaşlı insana ostexondrozun var, get müalicə olun demək qeyri-peşəkarlıqdır. Əgər sizə sadəcə ağrınıza görə, ostexondrozdur deyib yola salırlarsa, o zaman ikinci bir mütəxəssis rəyinə görə başqa həkimə də gedin.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 01 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

Kimlərə qarğıdalı yemək olmaz?

Qarğıdalı güclü enerji mənbəyi olmaqla yanaşı, tərkibindəki lif, B və C vitaminləri, həmçinin kalium və maqnezium kimi minerallar sayəsində həzmi yaxşılaşdırır, ürək-damar sistemini qoruyur və göz sağlamlığını dəstəkləyir

Yayılan virusla bağlı ÜST-dən açıqlama

"MV Hondius" kruiz laynerində hantavirusun yayılması ilə bağlı yaranan vəziyyət COVID-19 pandemiyasının başlanğıcı ilə bənzərlik təşkil etmir. xəbər verir ki, onun sözlərinə görə, hazırda infeksiyanın qlobal təhlük

Yayda kondisioner istifadə edənlərin diqqətinə: Bu səhv sağlamlığınıza zərər vurur

Yay aylarında havaların kəskin istiləşməsi ilə kondisionerlərdən istifadə demək olar ki, hər yerdə adi hala çevrilib. Evlərdə, ofislərdə, ticarət mərkəzlərində və digər qapalı məkanlarda sərin hava rahatlıq yaratsa da, bəz

Samuxda kütləvi zəhərlənmə

Samux rayonunda qidadan kütləvi zəhərlənmə hadisəsi baş verib. teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb. İlkin məlumata əsasən, zəhərlənmə əlamətləri ilə beş nəfər Gəncədə Abbas Səhhə

Yaponiyada 2028-ci ildən insanlara donuz böyrəyi köçürüləcək

Yapon startapı PorMedTec 2028-ci ildə genetik modifikasiya edilmiş donuz böyrəklərinin insanlara transplantasiyası üzrə ilk klinik sınaqlara başlamağı, 2029-cu ildə isə bu texnologiyanın şərti təsdiqi üçün müraciət etməy

Yayda çimməyin ölümcül riskləri barədə XƏBƏRDARLIQ

"İsti avqust sularında bakteriya və göbələklər sürətlə çoxalır. Qulaq kanalında qalan su isə infeksiyaların yaranması üçün əlverişli şərait yarada bilər". -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionis

Texnologiyanın görünməyən təhlükəsi: Bədənimiz niyə daha tez qocalır?

Texnologiyanın bizə bəxş etdiyi ən böyük lüks oturduğumuz yerdən hər şeyə çatmaq imkanıdır. Artıq uzun məsafələri qət etmədən, sadəcə bir tətbiq vasitəsilə istədiyimizə sahib oluruq. Bir kliklə gələn bu komfort həyatımız

Bu qidalar ishala səbəb ola bilər

Qəbizlik zamanı bağırsaqları hərəkətə gətirən qidalar tez-tez axtarılır. Liflə zəngin, bağırsaq hərəkətlərini sürətləndirən və həzm sistemini stimullaşdıran bəzi qidalar bu təsirə malikdir. KONKRET.azpravdaaz-a istinadə

Qan qrupunuz sənəddə belə yazılıb: Bəs xəstəxanada yenidən yoxlanıla bilərmi?

Qan köçürülməsi zamanı xəstənin qan qrupunun düzgün müəyyən edilməsi həyati əhəmiyyət daşıyır. Vətəndaşların şəxsiyyət vəsiqəsində qan qrupu barədə məlumat qeyd olunsa da, bu məlumatın tibbi prosedur zamanı nə dərəcədə əsa


azerbaycan xeberleri son xeberler yeni xeberler hava durumu azerbaycanda son xeberler metbuat xeberleri xeberler az