Etibar Əliyev deputatlığa namizəd olmadı
VI çağırış Milli Məclisin deputatı Etibar Əliyev sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcək.
azxeber.com xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq onun özü məlumat verib.
O vurğulayıb ki, namizədliyini könüllü olaraq irəli sürməyib.
"Biz böyük Zəfər qazanmışıq və hər kəsin üzərinə çalışdığı sahədən asılı olmayaraq böyük məsuliyyət düşür. Mən öz üzərimə düşən məsuliyyətimi dərk edən adamam. Mənim əzəldən missiyam maarifçiliyin təbliğidir və bu istiqamətdə işlərimi daha intensiv şəkildə davam etdirəcəm. Bu seçkidə bütün layiqli namizədlərə uğurlar arzulayıram. Seçkidə səsimi ən layiqli namizədə verəcəm. Düşünürəm ki, VII çağırışın deputatları VI çağırışın deputatları kimi ölkəmizin inkişafı naminə mühüm qanunların qəbul olunmasında fəal iştirak edəcəklər. Bununla yanaşı onların ölkəmizin ictimai-siyasi həyatında fəal iştirakı barədə gözləntilərim böyükdür".
Qeyd edək ki, Etibar Əliyev 2020-ci ildə 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputat seçilib. O, VI çğaırış Milli Məclisin Gənclər və idman komitəsinin, Elm və təhsil komitəsinin üzvü, Azərbaycan-Albaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Belarus, Finlandiya, İsveç, Qazaxıstan, Norveç parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvü olub.

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Xırdalanda 12 yaşlı qız itkin düşüb
2027-ci ildə minlərlə ailənin həyatını dəyişəcək qərar