"Fitch Ratings" İpoteka və Kredit Zəmanət Fondunun reytinqini təsdiq edib

"Fitch Ratings" İpoteka və Kredit Zəmanət Fondunun reytinqini təsdiq edibİpoteka və Kredit Zəmanət Fondunun (Fond) fəaliyyətinin "Fitch Ratings" Agentliyi (bundan sonra Agentlik) tərəfindən növbəti qiymətləndirilməsi həyata keçirilib.
Fonddan Trend-ə verilən məlumata görə, agentliyin qiymətləndirməsinə əsasən, Fondun uzunmüddətli xarici və yerli valyutada defolt reytinqi "BB+" səviyyəsində (proqnoz "stabil") təsdiq edilib.
Reytinqin "BB+" səviyyəsində (proqnoz "stabil") təsdiq olunması dövlət ilə Fond arasında güclü əlaqənin olması barədə "Fitch"in dəyişməz mövqeyini əks etdirir. Agentliyin "Hökumətlə əlaqəli qurumların reytinq meyarları"na əsasən, "Fitch", dövlətin Fonda dəstəyini çox yüksək qiymətləndirir. Dövlətlə Fond arasındakı əlaqənin güclü olması və dövlətin Fonda dəstəyini nəzərə alaraq, "Fitch" Fondun reytinqini ölkənin suveren reytinqinə bərabər olaraq müəyyənləşdirib.
Hüquqi status və idarəetmə çox güclü olaraq qiymətləndirilib. Fond qeyri-kommersiya publik hüquqi şəxsdir və dövlətə məxsusdur.
Dövlətin təşəbbüsü ilə Fondun mandatına ipoteka əməliyyatları ilə yanaşı, kiçik və orta sahibkarlığın dəstəklənməsi funksiyasının əlavə olunması Fondun dövlətin sosial-iqtisadi siyasətinin həyata keçirilməsində strateji əhəmiyyətini daha da artırıb.
Dövlətin Fonda dəstəyi güclü olaraq qiymətləndirilib.
Yarandığı gündən etibarən Fond davamlı olaraq dövlətdən müxtəlif növ dəstək alır. Bura illik kapital daxilolmaları, dövlətdən transferlər və Mərkəzi Bankın Fondun istiqrazlarına təkrar bazarda likvidlik dəstəyi daxildir. Fond, həmçinin, ucuz maliyyələşmə, 2019-cu ildən başlayaraq gəlir vergisindən azad edilmə və əməliyyatlardan əldə etdiyi mənfəətdən istifadə etmə kimi dolayı dəstəyə malikdir.
Həm əhalinin əlverişli şərtlərlə yaşayış sahələri ilə təmin edilməsi kimi ənənəvi seqmentini, həm də sahibkarların manatla aldıqları kreditlərə zəmanət və faiz subsidiyalarının verilməsi kimi yeni fəaliyyətini nəzərə alaraq "Fitch" orta müddətli dövrdə də Fondun dövlət tərəfindən aldığı dəstəyin davamlı olacağını güman edir.
Agentlik hesab edir ki, dövlətin mənzil siyasətində Fond strateji əhəmiyyətə malikdir. Fond respublikada güzəştli ipoteka kreditlərini verən yeganə dövlət qurumudur və bank sektorunun zəif olduğu bir şəraitdə güzəştli ipoteka kreditini təmin edən hər hansı başqa qurum yoxdur.
Milli mənzil təminatı siyasətinin həyata keçirilməsində dövlət agenti olan Fond, ipoteka bazarına ucuz maliyyə resurslarını yönəldir və bununla da ipoteka kreditlərini əhaliyə əlçatan edir.
Fond daxili istiqraz bazarının Maliyyə Nazirliyi və Mərkəzi Bankdan sonra üçüncü ən böyük iştirakçısıdır.
Əməliyyat profili
Fond dövlətin mənzil təminatı siyasətində əsas rol oynayır, çünki əhalinin yaşayış sahələrinə olan əlçatanlığını təmin etmək üçün uzunmüddətli ipoteka kreditlərinin bazar qiymətindən aşağı təklif olunması üçün mexanizm qurub. 2018-2019-cu illər ərzində Fond satmaq öhdəliyi ilə yaşayış sahələrinin kirayəyə verilməsi proqramının tətbiqi istiqamətində işlər həyata keçirib. Bu proqram ipoteka kreditlərinə müraciət edə bilməyən, ilkin ödəniş etməyə kifayət qədər vəsaiti olmayan əhali üçün nəzərdə tutulub və proqramın cari ildə tətbiqi planlaşdırılır.
Fond qeyri-kommersiya təşkilatı olmasına baxmayaraq, yaranandan bəri davamlı olaraq mənfəət əldə edib. Fondun hesablamalarına görə, 2019-cu il üçün kapitalın gəlirliliyi 3.8% və aktivlərin gəlirliliyi isə 1.9% olub.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 27 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

Kredit borcunu ödəyə bilməyənləri nə gözləyir? - Vəkildən açıqlama

Kredit öhdəliklərini vaxtında yerinə yetirə bilməyən vətəndaşlar bir sıra hüquqi və maliyyə problemləri ilə üzləşə bilərlər. İşsizlik, gəlirlərin azalması və gündəlik xərclərin artması bəzi vətəndaşların banklara olan borcların

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

Sahibkarların iştirakı ilə "44" bədii filminin xüsusi nümayişi keçirildi - FOTOLAR

Oktyabrın 28-də Marsol Group və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) təşkilatçılığı, sahibkarların iştirakı ilə 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərə həsr olunan "44" bədii filminin xüsus

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy

Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı

Müasir dövrdə nağd puldan istifadə getdikcə azalır, rəqəmsal ödənişlər və bank kartları isə gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilir. Bank kartları sürətli və rahat ödəniş imkanı yaratsa da, vətəndaşların maliyy


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən son durum sonxeber cəbhədən son xeber bugunun xeberleri