"Fransa beynəlxalq ictimaiyyəti çaşdırır"

BMT Təhlükəsizlik Şurasının 2024-cü il aprelin 19-da keçirilən iclasında Fransa nümayəndələrinin Azərbaycan və Ermənistan arasındakı münasibətlərə dair bəyanatları əsassız və yanlışdır.
KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyevin təşkilatın Baş katibi Antonio Quterreşə ünvanladığı məktubda deyilir.
Məktubda qeyd edilib ki, Fransa nümayəndələrinin şərhləri iki ölkənin sərhədlərin delimitasiyası məsələsində mühüm irəliləyiş əldə etdikləri bir günə təsadüf edir.
Y.Əliyev bildirib ki, Baş katib Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası üzrə Dövlət Komissiyaları arasında aprelin 19-da əldə edilmiş razılaşmaları alqışlayıb və qalan sahələr üzrə işlərin davam etdirilməsinə və münasibətlərin tam normallaşması üçün bütün ikitərəfli məsələlərin həllinə çağırıb.
"Fransa Cənubi Qafqazdakı vəziyyət və proseslərlə bağlı beynəlxalq ictimaiyyəti çaşdırmamalı, regionda sabitliyi pozan fəaliyyətə son qoymalı, Azərbaycanın daxili işlərinə qarışmaqdan çəkinməlidir. Azərbaycan müharibənin fəsadlarının aradan qaldırılması, münaqişələrin qarşısının alınmasını təşviq etmək, konkret nəticələrə yönəlmiş normallaşma prosesinin təşviqi və regionda davamlı sülhün bərqərar olması istiqamətində səylərini davam etdirməyə sadiqdir və qətiyyətlidir", – Azərbaycanın BMT-dəki daimi nümayəndəsinin məktubunda qeyd edilib. (Report)

Siyasi       Tarix: 15 may 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Tramp: "ABŞ husilərlə daimi əlaqə saxlayır"

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Yəmənin üsyançı "Ənsar Allah" husi hərəkatı ilə daimi əlaqə saxladığını bildirib. "Fox News" telekanalına istinadən xəbər verir ki, bu barədə telekanalın efirind

ABŞ İran liderlərinə viza verdi – Bu münasibətlərə təsir edəcək?

ABŞ Prezidenti Donald Tramp administrasiyası İran Prezidenti Məsud Pezeşkian və xarici işlər naziri Abbas Arakçının Nyu Yorkda keçiriləcək BMT Baş Assambleyasının Yüksək Səviyyəli Həftəsində iştirak etmələri üçün vizalar

TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa

Türk Dövlətləri Təşkilatının (TDT) təhlükəsizlik gündəliyinin son illərdə sürətlə genişlənməsi artıq ayrı-ayrı görüşlərin və siyasi bəyanatların çərçivəsindən çıxaraq, təşkilatın gələcək institusional inkişafının əsas istiqamətlərində

İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

İsrail Səfirliyi Azərbaycanı 20 sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib. İsrailin Azərbaycandakı səfirliyi bu barədə X-da paylaşım edib. "Arzu edirik ki, bu mühüm milli bayram Azərbaycan xalqına davaml

BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. Dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbayca

Zakir Həsənov Pakistana başsağlığı verdi

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Quru Qoşunlarının Komandanı – Müdafiə Qüvvələrinin rəisi Feldmarşal Seyid Asim Munirə başsağlığ

Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

Pakistan Xarici İşlər Nazirliyi Azərbaycanı 20 sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib. xəbər verir ki, Pakistan Xarici İşlər Nazirliyi bu barədə X-da paylaşım edib. "Azərbaycan Respublikasının Hökumətin

Ceyhun Bayramov Nyu Yorka getdi 

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-ın Nyu York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, b

Politoloq: "Azərbaycan TDT-ni strateji əməkdaşlıq mexanizmi kimi nəzərdən keçirir

Sentyabrın 17-də Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib. Görüş zamanı TDT-nin beynəlxalq nüfuzunun artırılması, enerji və nəqliyyat layihələrini


son xeberler yeni xeberler azerbaycan xeberleri xəbər en son xeberler bu gun kriminal xeberler valyuta mezennesi