Fransa gec-tez haqq yoluna gələcək və Azərbaycana qarşı sərt davranışını dəyişəcək

Fransa gec-tez haqq yoluna gələcək və Azərbaycana qarşı sərt davranışını dəyişəcək"Çox təəssüflər olsun ki, Fransa, Makron hökuməti ilk gündən Azərbaycana qarşı qərəzli mövqe sərgiləməkdədir, xüsusilə də 44 günlük Vətən Müharibəsindən sonra Azərbaycanın zəfər çalması, torpaqların işğaldan azam etməsi Fransa tərəfindən qəbul edilmirdi və onlar Ermənistandan çox erməni mövqeyi sərgiləyərək Azərbaycanın qazandığı bu yeni reallığı qəbul etməməklə yanaşı, dünya dövlətlərini də Azərbaycana qarşı qaldırırdı. Biz elə ötən müddət ərzində dəfələrlə Fransa, Fransa parlamenti tərəfindən, eyni zamanda Avropa parlamenti tərəfindən Azərbaycana qarşı qəbul edilmiş qərəzli qətnamələrdə və sənədlərdə Fransa əlinin olduğunu və Makronun birbaşa göstərişi və istəyi nəticəsində bu yanaşmaların reallaşdığını sübüt etmişik və bunun məncə əlavə sübuta da ehtiyacı yoxdur".
Bu sözləri azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev Fransa-Azərbaycan münasibətlərindən danışarkən deyib.
Deputat qeyd edib ki, Fransa daha çox Azərbaycanın COP-29-a ev sahibliyi edəcəyi ilə bağlı xəbərlər yayıldıqdan sonra bu cür addımlar atır:
"COP-29-a Azərbaycanın ev sahibliyi edəcəyi ilə bağlı xəbərlər yayıldıqdan sonra da Makron hökuməti məhz Azərbaycanın COP-29-la bağlı həyata keçirdiyi tədbirlərə kölgə salmaq, Azərbaycanın imicinə zərbə vurmaq və Azərbaycanda baş tutmuş bu tədbirin əhəmiyyətini və Azərbaycanın oynadığı rolu azaltmaq niyyətini dəfələrlə sərgilədilər və açıq şəkildə Azərbaycana qarşı mübarizə aparmağa başladılar və çox təəssüflər olsun ki, Ermənistan-Azərbaycan münasibətləri normallaşması və biz sülhün əldə edilməsində də Fransanın maneçilik cəhdlərini dəfələrlə ifşa etmişik. Xüsusilə də Ermənistanın aktiv silahlandırılması, mən düşünürəm ki, Fransa tərəfinin aktiv silahlandırılması buna ən böyük səbəblərdən biridir.
Möhtərəm cənab Prezident İlham Əliyevin COP-29 çərçivəsində çıxışı zamanı Fransanın həyata keçirdiyi müstəmləkə siyasəti və ətraf mühitin çirkləndirilməsi ilə bağlı nüvə sınaqları məsələsinə toxunması çox cəsarətli və böyük iradə, güc tələb edən bir yanaşmaydı ki, Azərbaycan yalnız öz hüquqlarını, mövqeyini müdafiə etməklə, gücləndirməklə kifayətlənmir, eyni zamanda bir çox dünya liderlərinin deməyə çəkindiyi məsələləri ali tribunadan dilə gətirərək, həmin dövlətin kim olmağından, hansı gücə malik olmasından asılı olmayaraq həmin dövləti və hükuməti düz yola çağırır. Dəfələrlə biz Qoşulmama Hərəkatına Azərbaycanın sədrlik etdiyi zamanda cənab Prezidentin nitqindən buna bənzər çıxışlar, açıqlamalar və müraciətlərə şahidlik etmişik və cənab Prezidentin bu çıxışını gördüyünüz kimi, Makron hökuməti artıq həzm edə bilmir. Onlar öz etdikləri səhvi qəbul etmək, üzr istəmək, doğru yola düzəlmək əvəzinə görürsünüz ki, əfsuslar olsun ki, öz pis niyyətlərindən əl çəkməyərək Azərbaycana qarşı açıq mövqe sərgiləyirlər və Azərbaycana zərbə vurmaq istəyirlər.
Deputat hesab edir ki, Fransa gec-tez haqq yoluna gələcək və Azərbaycana qarşı sərt davranışını dəyişəcək:
"Lakin istənilən halda Azərbaycanın mövqeyi qətidir, ədalətli prinsiplər əsasındadır və Azərbaycanın mövqeyini dəstəkləyən dövlətlər, güc mərkəzləri var və Azərbaycan da qlobal məkanda söz sahibi olan dövlətlərdən biridir və cənab Prezidentin də oynadığı rol, onun sərgilədiyi uğurlu siyasət və qaldırdığı məsələlər də Azərbaycanın gücünə güc qatır. Biz inanırıq ki, Fransada haqq yoluna gələcəkdir və Fransa-Makron hökumətinin ömrü o qədər də uzun deyil. Fransada prosesləri doğru-düzgün qiymətləndirən və azacıq da olsa ədalət prizmasından məsələlərə yanaşa biləcək siyasətçilər var. Gec-tez bu siyasətçilər Makronun səhvlərini düzəldəcək və biz Fransa-Azərbaycan münasibətlərində yaxın gələcəkdə normallaşmanın şahidi ola biləcəyik".
Mikayıl Mirzəzadə

Siyasi       Tarix: 21 noyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı

Son zamanlar İran vətəndaşları və mediası tərəfindən Azərbaycan dövlətinin, xalqının və rəhbərliyinin ünvanına əsassız ittihamların, təhqiramiz ifadələrin, eləcə də qanunsuz çağırışların artdığı müşahidə olunur. Müxtəli

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit

Azərbaycan QHT-ləri İranın Azərbaycandakı Səfirliyinə imzaladıqları açıq məktubu təqdim edib

Bu gün bir qrup QHT nümayəndəsi İranın Azərbaycandakı Səfirliyinə gələrək Prezident Məsud Pezeşkiana oktyabrın 26-da ünvanladıqları Açıq Məktubu Səfirliyə təqdim ediblər. Səfirlik nümayəndələri sənədi qəbul ediblər. QHT təmsilçilər

İsrail qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi – KİV

İsrailin müdafiə qüvvələri İranın qəfil hücum ehtimalı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. xəbər verir ki, bu barədə İsrailin mediası məlumat yayıb. Bildirilib ki, ABŞ kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunu

Müxalifət Netanyahuya qarşı birləşir – Mühüm görüş

İsraildə müxalifət blokuna daxil olan partiyaların liderləri – Qadi Ayzenkot, Naftali Bennett, Yair Lapid, Aviqdor Liberman və Yair Qolan Knessetə seçkilərdən sonra ilk dəfə görüş keçirəcəklər. KONKRET.azxəbər verir ki, b

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli

Müharibə, nüvə zərbəsi, ərzaq böhranı: Azərbaycan bunlara hazır olmalıdır

Dünyanın 33 ölkəsində vətəndaşlara fövqəladə hallar üçün evdə ərzaq, içməli su və digər zəruri vasitələr saxlamaq tövsiyə edilir. ABŞ-dan Yaponiyaya, Avropadan Cənubi Amerikaya qədər yayılan bu çağırışların arxasında müharib

ABŞ demokratlarında parçalanma: Heyli Stivens niyə öz partiyasının namizədindən üz döndərdi?

Ceyms Kirçik "The Free Press" nəşrində yazır:. İki il əvvəl Miçiqan ştatından demokrat konqresmen Elissa Slotkin ABŞ Senatına namizədliyini irəli sürərkən keçmiş həmkarı, respublikaçı Liz Çeyninin dəstəyini qürurl


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən canlı son xəbər hava haqqinda cəbhədən yeni xəbərlər