"Fransa yenə də vəhşi metodlarla xalqın iradəsini sındırmaq istəyir" - Deputat
"Yeni Kaledoniya Fransanın baş ağrısına çevrilməkdədir. Bu da səbəbsiz deyil. Köhnə zehniyyətlə bu ölkələri idarə etmək mümkün deyil. Əvvəlki müstəmləkə zehniyyəti ilə burda olan sərvətləri talayaraq hansısa xalqın rifahına təsir göstərən addımlar atılmaması Fransanın özünü çətin duruma qoyub"
Bu sözləri azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa Yeni Kaledoniyada baş verən iğtişaşlara cavab olaraq, Fransa hökumətinin ordunu adaya daxil etməsini şərh edərkən deyib.
Millət vəkili həmçinin bildirib ki, Fransa yeni bir situasiyaya hazır deyil:
"Bu müstəmləkə əleyhinə xalqların yeni bir savaşının başlanğıcıdır. Bu məsələlər elə-belə sakitliklə Fransa üçün bitməyəcək. Xalqlar müəyyən dərəcədə prosesləri daha aydın şəkildə öz maraqlarına uyğun çözməyə çalışırlar. Fransa müstəmləkəçi zehniyyətdə davranışını davam etdirir və yeni bir situasiyaya hazır deyil. Fransa yenə də vəhşi metodlarla xalqın iradəsini sındırmaq istəyir. Ancaq hər halda bu təsirsiz ötüşməyəcək. Əvvəl-axır Yeni Kaledoniyada müəyyən vəziyyətin ciddi dəyişməsinə səbəb olacaqdır. Çünki xalqın iradəsi qarşısında hansısa bir şəkildə məsələləri həll etmək mümkün deyil. Bu iradəyə də müstəmləkəçi - Fransa tabe olacaqdır".
Günel Hüseynli
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei
Metro və avtobusa tək ödəniş - Sistem nə vaxtdan işə düşüəcək?
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
"Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu
Dəfn pulu da artırılır
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi
BÖYÜKLƏR ÜÇÜN NAĞIL: Amerika öz imperiyası olmadan niyə yaşaya bilməz?
İpoteka ilə hazır mənzil axtaranlar üçün hansı seçimlər var?
Təhsil xərclərinin artırılmasına çalışacağıq' - Sahil Babayev