Fransanın Azərbaycana qarşı çirkin mövqeyi: Deputat qarayaxma kampaniyasının səbəblərini AÇIQLADI

Fransanın Azərbaycana qarşı çirkin mövqeyi: Deputat qarayaxma kampaniyasının səbəblərini AÇIQLADI"Fransanın və bu ölkənin uğursuz Prezidenti Emmanuel Makronun ölkəmizin ərazi bütövlüyünün təmin olunması ilə nəticələnən 44 günlük müharibənin ilk günlərindən Azərbaycana qarşı həyata keçirilən qərəz, böhtan və qarayaxma kampaniyasının ön sırasında yer almasının çoxsaylı səbəbləri var".
Bu fikirləri azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli ötən gün Fransanın Azərbaycandakı səfiri Ann Buayonun XİN-ə çağırılmasına münasibət bildirərkən söyləyib.
Deputat Fransanın Azərbaycana qarşı son illər çirkin və neqativ mövqeyə söykənməsinin səbəblərini açıqlayıb:
"Əsas səbəb Fransanın, artıq ömrünü başa vurmuş Makron qədər uğursuz Minsk qrupu çərçivəsində həyata keçirmək istədiyi planın – Azərbaycan ərazilərinin işğalının qondarma mexanizmlər, yaxud aralıq statusu tətbiq etməklə tam ilhaqına nail olunması, ilhaqın zaman keçdikcə legitimləşdirilməsi, Azərbaycan dövlətinin və xalqının təslimçi sülhə məcbur edilməsi məqsədinin Ali Baş Komandanın strateji zəkası və qətiyyəti, əsgər və zabitlərimizin rəşadəti nəticəsində iflasa uğraması, Fransa və makronkimilərin Cənubi Qafqazda həyata keçirmək istədikləri layihənin tarixin arxivinə gömülməsidir.
Başqa bir səbəb, Azərbaycanın Fransanın və onun yedək təsisatlarının təzyiq və təhdidlərinə qarşı prinsipial və güzəştsiz mövqe sərgiləməsi, Fransanın davam etməkdə olan neomüstəmləkəçilik siyasətini bütün dünyada ifşa etməsi, Parisin istismarçı təzyiqləri altında əzilən koloniyaların Azərbaycanın qətiyyətlə müdafiə etdiyi ədalət prinsiplərinin doğurduğu geniş rezonansdan ruhlanaraq, öz haqlarını qətiyyətlə müdafiəsinə qalxmaları və bu prosesin getdikcə daha geniş vüsət almasıdır. 
Azərbaycanın qətiyyətli və ədalətli mövqeyi Fransanın nəinki Cənubi Qafqaza doğru "atılan" qanlı iştahının qarşısını kəsib, hətta Parisin ayırıcı xətlərini Mərkəzi Asiyaya transfer etmək cəhdlərini də buxovlayıb. Makronu daha da qəzəbləndirən, "gözlərini hədəqədən çıxaran" əsas amil isə Fransanın və onun yedək təsisatlarının, hibrid informasiya təxribatı resurslarının, proksilərinin Azərbaycana qarşı apardıqları kampaniyaların nəticə verməməsi, ölkəmizin mövqeyinə hər hansı bir təsir göstərməməsidir".
Mikayıl Mirzəzadə

Siyasi       Tarix: 22 noyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək

Son zamanlarda Türkiyə ilə Azərbaycan arasında nifaq yaratmağa çalışanlar haqqında bu gərginliyə səbəb olan ilk işarələr göründüyü andan – təxminən bir aydır ictimaiyyəti məlumatlandırmağa, xəbərdar etməyə və atılmalı ola

ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei

ABŞ-ın aralıq seçkilərinin nəticələri Vaşinqtonun İrana qarşı düşmənçiliyini dəyişdirməyəcək. axaraz-a istinadən xəbər verir ki, bu barədə İranın ali rəhbəri Müctəba Xameneinin adından yayılan açıqlamada bildirilib. "Partiy

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli

Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib - FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Vyetnama işgüzar səfəri çərçivəsində ölkə Prezidenti və Kommunist Partiyasının Baş katibi To Lam, Prezident Administrasiyasının rəhbər

Ramiz Mehdiyevin qızından atası haqda etiraf: Həmin sənəd…

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqda və məhkəmə prosesində onun ailə üzvləri də dindiriliblər. -ya istinadən xəbər verir ki, Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva ifadəsind

Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. KONKRET.azxəbər verir ki, təbrik məktubunda deyilir:

Müxalifət Netanyahuya qarşı birləşir – Mühüm görüş

İsraildə müxalifət blokuna daxil olan partiyaların liderləri – Qadi Ayzenkot, Naftali Bennett, Yair Lapid, Aviqdor Liberman və Yair Qolan Knessetə seçkilərdən sonra ilk dəfə görüş keçirəcəklər. KONKRET.azxəbər verir ki, b

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində keçirilən Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib. xəbər verir ki, bu barədə Azərbayca


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən canlı son xəbər hava haqqinda cəbhədən yeni xəbərlər