General əmlaklarını niyə satışa çıxarıb?

General əmlaklarını niyə satışa çıxarıb?"Adı "Tərtər işi"ndə hallanan general Rasim Əliyev sahib olduğu əmlakın böyük bir qismini satışa çıxarıb. Satışa çıxarılan mülklər içərisində Bakı kəndlərində hektarlarla torpaq sahəsi, üç villa, xırda və orta ölçülü onlarla obyekt var".
KONKRET.az xəbər verir ki, bu barədə Dia-az.info-ya göndərilən məlumatda qeyd olunur.
Xəbəri verən qaynaq daha sonra bildirir: "Xeyli müddətdir ki, "Tərtər işi"nə görə məhkəmə prosesinə şahid qismində cəlb olunan, zərərçəkənlər və onların yaxınlarının ittihamına məruz qalan generalın sahib olduğu əmlakları satışa çıxarması onu tanıyanlar tərəfindən birmənalı qarşılanmayıb. Bəzi şəxslər hesab edir ki, general bununla adına olan əmlakların uzun siyahısından qurtulmağa, özünün "kasıb və təvazökar" obrazını yaratmağa çalışır. Görünür, general əmlakı ilə bağlı hansısa təftişin aparıla biləcəyindən ehtiyat edir. İkinci səbəb kimi isə generalın ölkəni tərk edə biləcəyi ehtimal olunur. Ola bilsin ki, Rasim Əliyevin məhkəmə proseslərinə davamlı dəvət edilməsi, məhkəmə zamanı zərərçəkənlərin onun ünvanına səsləndirdiyi ittihamlar generalı bərk narahat edib. Bu səbəbdən də generalın əmlakını sataraq ölkəni tərk edə biləcəyi istisna olunmur.
Xatırladaq ki, general Rasim Əliyev Tərtər prosesləri zamanı Müdafiə Nazirliyinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi – Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini vəzifəsini daşıyıb. General rəsmi şəkildə məsuliyyətə cəlb edilməsə də, zərərçəkənlər baş verən neqativ olaylarda onun rolunun kifayət qədər böyük olduğu qənaətindədir".
"Bakı" Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov "Yeni Müsavat"a deyib ki, Azərbaycanda məmurların vəzifədən gedəndən sonra mal-mülklərini satması adi hala çevrilib: "Çünki əksər məmurlar həm də biznesmendir. Vəzifədə olduqları müddətdə bizneslərini genişləndirmək naminə ən müxtəlif adamları işlədir, işlər gördürür və pulların verməkdən yayınırlar. Və ya tikinti materialları, avadanlıqlar alıb pulunu vermirlər. Vəzifədə olanda mal sahibləri cınqırlarını çıxara bilmir, pullarını aktiv şəkildə tələb edə bilmirlər. Vəzifədən getdikdən sonra isə onlara hər tərəfdən hücumlar başlayır, hər kəs ona çatacaq pulu tələb edir. Bunlar da məcbur qalıb var-dövlətlərini satıb camaatın pulunu verməli olurlar. Bundan başqa məmurların bir çoxu Azərbaycanda milyonlar sahibi olandan sonra daha ölkəni bəyənmirlər. Böyük pullarını da vəzifədə olduqları müddətdə ölkədən çıxarıb xaricdə biznesə yatırırlar. Vəzifədən uzaqlandan sonra ölkədəki mal-mülklərini də satıb xaricə köçürlər".
Natiq Ələsgərov deyir ki, Azərbaycanda bizneslə məşğul olmayan az məmur var: "Antikorrupsiya həbsləri də göstərir ki, məmurlar ciddi şəkildə büdcə pullarını mənimsəməklə məşğul olurlar. Yəni antikorrupsiya həbsləri büdcə talamalarının qarşısını almır. Məmurların gəlir deklorasiyası yoxdur deyə, həbsə alındıqdan sonra onlardan kimsə var-dövlətlərinin mənbəyini soruşa da bilmir. Çünki belə bir qanun da yoxdur. Odur ki, büdcə oğurluqlarının miqyası da kiçilmir. Müdafiə Nazirliyindən oğurluqlara gəlincə, hazırda Bakı Hərbi Məhkəməsində general Nizami Məmmədovun məhkəməsi gedir. Məlum olur ki, Nizami Məmmədov başının dəstəsi ilə Müdafiə Nazirliyindən 140 milyon manat oğurlayıblar. Bu məsələlər geniş şəkildə araşdırılıb. Yeni həbsləri də istisna etmək olmaz".

Siyasi       Tarix: 16 may 2024
f Paylaş

Oxşar xəbərlər

KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan

Ermənistan artıq KTMT-də iştirak etməkdə maraqlı deyil. axaraz-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan deyib. "İstəyirəm ki, bundan sonra Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyin

Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

Prezident İlham Əliyev Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinteroya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:

Müxalifət Netanyahuya qarşı birləşir – Mühüm görüş

İsraildə müxalifət blokuna daxil olan partiyaların liderləri – Qadi Ayzenkot, Naftali Bennett, Yair Lapid, Aviqdor Liberman və Yair Qolan Knessetə seçkilərdən sonra ilk dəfə görüş keçirəcəklər. KONKRET.azxəbər verir ki, b

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara

Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsi və strukturu təsdiq edilib. Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin Aparatını

ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. xəbər verir ki, məktubda deyilir:. "Zati-aliləri. 8 Noyabr – Zəfər Günü münasibətilə Zati-aliniz

ABŞ-ın İranla bağlı NÜVƏ PLANI var? – Pərdəarxası məqamlar

ABŞ-ın noyabr ayında İrana nüvə zərbəsi endirə biləcəyi ilə bağlı iddialar beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq yaradıb. Xüsusilə Yaxın Şərqdə hərbi-siyasi gərginliyin artdığı bir vaxtda belə bir ssenarinin gündəmə gətirilməs

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"

ABŞ senatoru Ted Kruz Texas ştatında Demokratlar Partiyasının qazandığı tarixi qələbələri şərh edərək bildirib ki, seçicilərin bir hissəsi qəzəb və narazılıq səbəbindən Respublikaçılara səs verməyib. O, Texasın yenidən Respublikaçıları


azerbaycan xeberleri son xeberler yeni xeberler oxu.az xeberler bu gune olan xeberler xeber.az bu gun cəbhədən son məlumatlar