"Gilan Tekstil Park" qoruyucu kombinezonların istehsalına başladı, tibbi maska istehsalına hazırlıq görür - VİDEO

"Gilan Tekstil Park" qoruyucu kombinezonların istehsalına başladı, tibbi maska istehsalına hazırlıq görür - VİDEOKoronavirus pandemiyasının qarşısının alınması ilə bağlı Azərbaycanda həyata keçirilən bütün işləri daim diqqət mərkəzində saxlayan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əhalinin sağlamlığının qorunması məsələsinə hər zaman xüsusi həssaslıqla yanaşır. 2020-ci il aprelnin 6-da Sumqayıt Kimya Sənaye Parkında "Bakı Tekstil Fabriki" MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı, həmin mərasimdə dövlət başçısının söylədiyi dəyərli fikirlər bunun bariz nümunəsidir.
Milli.Az Trend-ə istinadən bildirir ki, ölkənin ən iri tekstil müəssisəsi olan "GİLAN TEKSTİL PARK" MMC qısa müddət ərzində istehsalat prosesində dəyişikliklər etmiş, tələb olunan xammalı almış, qoruyucu kombinezonların istehsalına başlamış, tibbi maskaların istehsalına isə növbəti həftə ərzində start verəcək. Bununla müəssisə ölkəmizdə COVİD-19 pandemiyası ilə mübarizəyə öz töhfəsini vermiş olacaq.
Fasiləsiz iş rejimində çalışan GİLAN TEKSTİL PARK-da həftəlik istehsal gücü 30.000 qoruyucu kombinezon və minimum 1.000.000 tibbi maska təşkil edəcək.
İstehsal olunan Tyvek® Klassik modelli qoruyucu kombinezonlar istifadəçiləri virus, infeksiya, zərərli maddələrdən və ya həssaslıq yarada bilən məhsullardan və proseslərdən qorumaq üçün nəzərdə tutulub.
Tibbi maskaların istehsalı üçqatlı texnologiya ilə həyata keçiriləcək. Nəticədə havada uçan müxtəlif kateqoriyalı və fərqli ölçülərdə virusları, infeksiyaları, o cümlədən tozu və digər çirkli hissəcikləri maskanın istehsalında istifadə olunan xüsusi materiallar üçqat birləşərək filtr edir və insan sağlamlığına ziyan vura biləcək elementləri maskada saxlayır.
İndiyə qədər daxili bazarda qoruyucu kombinezon və tibbi maskalara olan tələbat idxalın hesabına ödənilirdisə, dünyada COVİD-19 pandemiyası ilə əlaqədar tələbatın dəfələrlə artması səbəbindən xaricdə məhsulların böyük qıtlığı yaşanmışdır. Nəticə etibarilə həmin məhsullara olan ehtiyacın yerli istehsal hesabına ödənilməsi zərurətə çevrilmişdir. İstehsalı üçün tələb olunan xüsusi xammal və müasir avadanlıq Prezident İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumlarının dəstəyi ilə qısa müddətdə müəssisəyə gətirilmiş və istehsal xətti istifadəyə verilmək üzrədir.
Milli.Az 

/news.milli.az

İqtisadiyyat       Tarix: 14 aprel 2020
f Paylaş

Oxşar xəbərlər

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

Uşaqlar üçün "Kreativ sahibkar" proqramı başlayır

"Leonardo Art School" və "MiniBoss Business School" 8-13 yaş arasıuşaqlar "Kreativ sahibkar — yaradıcılıqdan biznesə" birgə təhsil proqramınınbaşladığını elan etdilər. Kreativ sahibkar — uşaqları

Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?

Bəzən şirkətdəhamı problemdən xəbərdar olur. Bir nəfərdən başqa — baş direktor. Məsələn,satışlar azalır, müştərilər narazıdır, mühüm layihə gecikir, əməkdaşlararasında ciddi narazılıq yaranıb. Şöbə rəhbərləri vəziyyəti bilir

"Crystal Group of Companies" ASC vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi

Son günlər bəzi media resurslarında "Crystal Group of Companies" ASC-nin külli miqdarda vergi borcunun olması ilə bağlı həqiqətə uyğun olmayan məlumatların yayılması şirkətin etirazına səbəb olub. "Crysta

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

Kredit borcunu ödəyə bilməyənləri nə gözləyir? - Vəkildən açıqlama

Kredit öhdəliklərini vaxtında yerinə yetirə bilməyən vətəndaşlar bir sıra hüquqi və maliyyə problemləri ilə üzləşə bilərlər. İşsizlik, gəlirlərin azalması və gündəlik xərclərin artması bəzi vətəndaşların banklara olan borcların

Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı

Müasir dövrdə nağd puldan istifadə getdikcə azalır, rəqəmsal ödənişlər və bank kartları isə gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilir. Bank kartları sürətli və rahat ödəniş imkanı yaratsa da, vətəndaşların maliyy


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən canlı sou xeberler son xeberler az cəbhədən xəbərlər