Gün girməyən evə həkim girər - Azərbaycan əhalisinin gün düşməyən otaq sevgisi

Gün girməyən evə həkim girər - Azərbaycan əhalisinin gün düşməyən otaq sevgisiBu atalar sözünü yeni kəşf etdik: Böyük elmi, tibbi mənası var. Sağlamlığın düsturudur. Müasir alimlərin yüzlərlə elmi tədqiqatların nəticəsində gəldikləri fikri qədim atalarımız elə müşahidələri əsasında deyib.
"Gün girməyən evə niyə həkim girər?".
Çünki gün görməyən evdə yaşayan insan xəstə olar.
Gün şüası, işığı almayan insan isə indi əsrin bəlası olan xəstəliklərə tutular. Bu xəstəliklərə səbəb isə insanda D vitamin çatışmamasıdır. Çünki D vitamini qidadan da çox, yalnız və yalnız gün işığı, şüası ilə bədəndə sintez olunur.
D vitamin defisiti hazırda Azərbaycanda qlobal səviyyədə problemə çevrilib. Çünki insanlar evlərində alaqaranlıq şərait yaradır, otaqların pəncərəsi olmasa da yaşayır, kölgəliyi sevir və ümumiyyətlə, sutka ərzində gün işığı almırlar. Xüsusən uşaqlar, məktəblillər bütün günü evdə, qapalı otaqlarda gününü keçirib böyüyür.
Həkimlər, alimlər az qala hər gün vaxtında bu çatışmazlıqla mübarizə aparmağa bizi səsləyir. Çünki D vitamin əskikliyinin erkən menopauza, süf vəzi xərçəngi,diabet, xərçəng, demensiya, Parkinson, vaxtından əvvəl qəfil ölümlərin səbəbkarı olduğu artıq elmi-tibbi baxımdan sübut olunub.  D vitamini isə
Milli.Az medicina.az-a istinadən bildirir ki, D vitamin çatışmadıqda, əsasən aşağıdakı xəstəliklər yaranır.
Zökəm
Zökəm adətən qış aylarında günəşə həsrət qaldığımız dövrdə tüğyan edir. D vitamini çatışmazlığı orqanizmin zökəm və infeksiyalara yoluxma riskini artırır.
Yüksək qan təzyiqi
Aparılan tədqiqatlara görə, yüksək təzyiqdən əziyyət çəkən insanların qəbul etdikləri dərman siyahısına D vitaminini əlavə etməklə, onların səhhətində yaxşılığa doğru dəyişiklik müşahidə olunub. Bununla yanaşı həmin şəxslərin qanında laxtalanma yaxşılaşıb, eləcə də damar qıcıqlanmaları azalıb.
Xərçəng
D vitamini çatışmazlığı xərçəng xəstəliyinin süd vəzi, yumurtalıq və mədəaltı vəzi kimi bir neçə növü ilə əlaqədardır. Tədqiqatların nəticələrinə görə, orqanizmdə yetərincə D vitamini olan insanlar bu dəhşətli xəstəliyə qarşı daha davamlı olurlar.
Karies, ağız boşluğu və dişlərin digər xəstəlikləri
Günəş işığı çatışmazlığı birbaşa D vitamininin çatışmazlığına yol açır, bu isə dişlərin daha həssas olmasına səbəb olur, karies və digər ağız boşluğu xəstəliklərinə məruz qalmasına gətirib çıxarır. Çoxsaylı tədqiqatlar sübut edir ki, D vitamininin orqanizmdə yetərli dərəcədə olması dişlərin kalsium tərkibini yaxşılaşdırır, əks halda isə kariesin inkişaf riski artır.
İBS (bağırsaq xəstəlikləri)
ABŞ, Hindistan və Avropada aparılmış tədqiqatlar nəticəsində həzm prosesində yaranan Kron, İBC, kolit xorası kimi problemlər ilə D vitamini çatışmazlığı arasında əlaqə aşkar edilib. Tədqiqatın nəticələrinə görə, günəş işığının az olduğu ərazilərdə yaşayan insanlar İBS xəstəliyinə daha çox məruz qalırlar.
2-ci dərəcəli diabet
D vitamini səviyyəsini optimal diapazonda saxlamaqla, siz 2-ci dərəcəli diabetdən qorunmuş olursunuz.  
Revmatoid artrid
Kanadada aparılan tədqiqatın nəticələri isə D vitamini çatışmazlığı nəticəsində revmatoid artridin yarandığını göstərib. Belə ki, orqanizmində D vitamini çatışmazlığı olan xəstələr əzələ ağrılarından daha çox əziyyət çəkirlər. Əgər daima əzələ ağrısından əziyyət çəkirsinizsə, D vitamininin səviyyəsini yoxladın.
Astma
Astmanın əsas səbəbi elm tərəfindən müəyyən edilməsə də, bəzi tədqiqatlara görə, respirator xəstəliklər D vitamini çatışmazlığı ilə əlaqədardır.
Məlumatlarda bildirilir ki, D vitamini qəbul etdikdə, uşaqlarda astma simptomlarının ağır təsiri və nəfəs yollarında qıcıqlanma azalır.
Bu səbəbdən də, xüsusən günəşli günlərdə açıq havada daha çox olmanızı tövsiyə edirik. D vitamini preparatanı qəbul etməyi düşünürsüzsə, mütləq həkimlə məsləhətləşin. Bu vitaminin çatışmazlığı yalnız qan təhlilləri nəticəsində müəyyən edilir.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 01 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

Kimlərə qarğıdalı yemək olmaz?

Qarğıdalı güclü enerji mənbəyi olmaqla yanaşı, tərkibindəki lif, B və C vitaminləri, həmçinin kalium və maqnezium kimi minerallar sayəsində həzmi yaxşılaşdırır, ürək-damar sistemini qoruyur və göz sağlamlığını dəstəkləyir

Yayılan virusla bağlı ÜST-dən açıqlama

"MV Hondius" kruiz laynerində hantavirusun yayılması ilə bağlı yaranan vəziyyət COVID-19 pandemiyasının başlanğıcı ilə bənzərlik təşkil etmir. xəbər verir ki, onun sözlərinə görə, hazırda infeksiyanın qlobal təhlük

Yayda kondisioner istifadə edənlərin diqqətinə: Bu səhv sağlamlığınıza zərər vurur

Yay aylarında havaların kəskin istiləşməsi ilə kondisionerlərdən istifadə demək olar ki, hər yerdə adi hala çevrilib. Evlərdə, ofislərdə, ticarət mərkəzlərində və digər qapalı məkanlarda sərin hava rahatlıq yaratsa da, bəz

Samuxda kütləvi zəhərlənmə

Samux rayonunda qidadan kütləvi zəhərlənmə hadisəsi baş verib. teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb. İlkin məlumata əsasən, zəhərlənmə əlamətləri ilə beş nəfər Gəncədə Abbas Səhhə

Yaponiyada 2028-ci ildən insanlara donuz böyrəyi köçürüləcək

Yapon startapı PorMedTec 2028-ci ildə genetik modifikasiya edilmiş donuz böyrəklərinin insanlara transplantasiyası üzrə ilk klinik sınaqlara başlamağı, 2029-cu ildə isə bu texnologiyanın şərti təsdiqi üçün müraciət etməy

Yayda çimməyin ölümcül riskləri barədə XƏBƏRDARLIQ

"İsti avqust sularında bakteriya və göbələklər sürətlə çoxalır. Qulaq kanalında qalan su isə infeksiyaların yaranması üçün əlverişli şərait yarada bilər". -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionis

Texnologiyanın görünməyən təhlükəsi: Bədənimiz niyə daha tez qocalır?

Texnologiyanın bizə bəxş etdiyi ən böyük lüks oturduğumuz yerdən hər şeyə çatmaq imkanıdır. Artıq uzun məsafələri qət etmədən, sadəcə bir tətbiq vasitəsilə istədiyimizə sahib oluruq. Bir kliklə gələn bu komfort həyatımız

Bu qidalar ishala səbəb ola bilər

Qəbizlik zamanı bağırsaqları hərəkətə gətirən qidalar tez-tez axtarılır. Liflə zəngin, bağırsaq hərəkətlərini sürətləndirən və həzm sistemini stimullaşdıran bəzi qidalar bu təsirə malikdir. KONKRET.azpravdaaz-a istinadə

Qan qrupunuz sənəddə belə yazılıb: Bəs xəstəxanada yenidən yoxlanıla bilərmi?

Qan köçürülməsi zamanı xəstənin qan qrupunun düzgün müəyyən edilməsi həyati əhəmiyyət daşıyır. Vətəndaşların şəxsiyyət vəsiqəsində qan qrupu barədə məlumat qeyd olunsa da, bu məlumatın tibbi prosedur zamanı nə dərəcədə əsa


azerbaycan xeberleri son xeberler yeni xeberler hava durumu azerbaycanda son xeberler metbuat xeberleri xeberler az