Günəşəbənzər ulduzun ətrafında iki ekzoplanet aşkar edilib

Günəşəbənzər ulduzun ətrafında iki ekzoplanet aşkar edilibGünəşəbənzər ulduzun ətrafında iki ekzoplanet aşkar edilib
Astronomlar təxminən 175 işıq ili uzaqlıqdakı günəşəbənzər ulduzun ətrafında fırlanan iki yeni ekzoplanet kəşf ediblər.
Şamaxı Astrofizika Rəsədxanasından verilən xəbərə görə, HIP 104045 b və HIP 104045 c olaraq qeyd olunan planetlər müvafiq olaraq Yupiterin analoqu və super-Neptun kimi təsnif edilir. Bu yeni kəşf haqqında məqalə arxiv serverinə yerləşdirilib.
San-Paulo Universitetinin astronomlar qrupu Avropa Cənub Rəsədxanasının (ESO) 3,6 metrlik teleskopunda yüksək dəqiqlikli (HARPS) spektroqrafından istifadə edərək günəşəbənzər HIP 104045 ulduzunu müşahidə ediblər. Solar Twin Planet Search (STPS) proqramı tərəfindən aparılan müşahidələr iki nəhəng planetin kəşfinə səbəb olub.
HIP 104045 b-nin kütləsi təxminən 0,5 Yupiter kütləsidir. Planetin ulduz ətrafında dolanma dövrü 2315 gün, ulduzdan məsafəsi 3,46 aastronomik vahiddir. Digər planetin kütləsi isə təxminən 0.136 Yupiterin kütləsinə bərəbərdir, planetin orbital dolanma dövrü isə 316 gündür.
Bu super-Neptun tipli ekzoplanetdir və ulduzdan ~0,92 astronomik vahid məsafədə yerləşir.
Qeyd edək ki, HIP 104045 ulduzunun kimyəvi tərkibi də Günəşinkinə çox yaxındır. Belə ki, ulduzun tərkibində odadavamlı və uçucu elementlərin miqdarı Günəşin digər əkizlərindən daha azdır. Məhz tərkibinə görə alimlər ilkin olaraq ulduzun planet sisteminin Günəş sisteminə bənzədiyini – daxili hissədə bərk səthi olan planetlər, xarici oblastda isə qaz nəhənglərinin yerləşdiyini düşünürdülər. Nəticə olaraq, ulduzun tərkibində odadavamlı elementlərin miqdarının cüzi artıqlığını, ulduzun hansısa qayalı planetin materiallarını udması ehtimalı ilə əlaqələndiriblər. / oxu.az

Maraqlı       Tarix: 15 mart 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

İmtahandan əvvəl yaddaşı gücləndirən QİDALAR

İmtahandan əvvəl yaddaşı gücləndirən QİDALAR. Son elmi araşdırmalara görə, tərkibində yüksək şəkər olan şirniyyatlar müvəqqəti olaraq enerjini artırsa da, yekun nəticədə konsentrasiyanı azalda bilər. Yaddaş və konsentrasiyan

Duzlu qida sevənlərə xəbərdarlıq: Dəhşətli xəstəliyə səbəb olur

Duzlu qida sevənlərə xəbərdarlıq: Dəhşətli xəstəliyə səbəb olur. Vyana Tibb Universitetinin (Avstriya) alimləri qidaya duz əlavə etmək, həmçinin duzlu qidaların həddindən artıq istehlakı ilə mədə xərçənginə tutulma riskini

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO. Ötən gecə Günəşdə baş verən böyük partlayışdan sonra ortaya çıxan qütb parıltısı Avropa ölkələri ilə yanaşı Türkiyənin bir sıra bölgələrində də görünüb

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı. Elm adamları mədəyə cərrahi müdaxilə olmadan piylənmə ilə mübarizə aparmağın üsulunu tapıblar. Yeni metod mədənin yuxarı hissəsinin selikl

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA. "İdeal" valideyn olmaq istəyi emosional tükənməyə və uşağın davranışı üzərində nəzarətin daha da itirilməsinə səbəb olur. Bu barədə "MedicalXpress"

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO. ABŞ-də rüşvətdə ittiham olunan Nyu-Cersi ştatının ermənipərəst senatoru Bob Menendesin vəkili bütün günahları onun arvadının üzərin

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT. Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum"

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO. "WhatsApp" daha bir yeniliklə istifadəçiləri sevindirir. Belə ki, mesencerin "iOS" əməliyyat sisteminə malik cihazlar üçün versiyasında stikerlər yaratma

İki sifariş edin, bir çatdırılma haqqı ödəyin!

Wolt-un İkili Sifariş yeniliyini sizə təqdim edirik! Artıq sifariş etmək daha asan və daha sərfəlidir. İkili Sifariş ilə iki fərqli məkandan lazım olan hər şeyi bir saat və ya daha az müddətdə qapınıza çatdırırıq. Axşam yeməy


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən görüntülər sou xeberler kriminal xeber son xeber 2026