Hacıyevin İsrail səfərinin PƏRDƏARXASI: Bakı vasitəçilik missiyasına qoşulur? - YENİ MƏQAMLAR

Hacıyevin İsrail səfərinin PƏRDƏARXASI: Bakı vasitəçilik missiyasına qoşulur? - YENİ MƏQAMLARAzərbaycan öz siyasi və iqtisadi çəkisinə görə dünyada fərqlənir. Ölkəmizin qalxan siyasi imici, Avropanın enerji təhlükəsizliyində oynadığı rol Azərbaycanın imkanlarını xeyli artırıb. İndi ölkəmiz dünyada baş verən hadisələrə də biganə qalmır və Azərbaycanın həmin münaqişə ocaqlarına göndərdiyi humanitar yardım yükləri dünyada böyük rəğbətlə qarşılanır. Azərbaycanın dəfələrlə Ukraynaya və Suriyaya göndərdiyi yardımlar ölkəmizin münaqişə ocaqlarındakı köməksiz insanlara humanitar dəstəyinin ifadəsidir. Bu, Azrəbaycanın xarici siyasətinin tərkib hissəsidir və ölkə başçısı İlham Əliyev bu istiqamətdə balanslaşdırılmış siyasətini davam etdirir. Yaxın Şərq münaqişəsinin tüğyan etdiyi bir vaxtda Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin İsrailə səfəri də bu qəbildən idi.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlamasında siyasi şərhçi Xəyal Bəşirov bildirib ki, Azərbaycanla İsrail arasında bir sıra istiqamətlərdə yüksək səviyyədə əməkdaşlıq mövcuddur:
Hacıyevin İsrail səfərinin PƏRDƏARXASI: Bakı vasitəçilik missiyasına qoşulur? - YENİ MƏQAMLAR"Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İsraildə bir sıra görüşlər keçirib. O cümlədən, İsrailin baş naziri Benyamin Netanyahu ilə də görüşüb. Azərbaycanla İsrail arasında münasibətlər hər birimizə bəllidir. İki dövlət münasibətləri yüksək səviyyədə davam etdirir. İsrail hələ keçmiş Qarabağ münaqişəsi mövcud olan dönəmdə də, Azrbaycanın beynəlxalq hüquqla ərazi bütövlüyünə, suvernliyinə həmişə dəstəyini nümayiş etdirib. Azərbaycan dövləti Yaxın Şərq münaqişəsinə həmişə ədalət prinsipi ilə yanaşıb. Əslində, Azərbaycanın mövqeyi beynəlxalq hüququn norma və prinsiplərinə, beynəlxalq hüquqi sənədlərə uyğundur. 1947-ci ildə BMT TŞ-nin qətnaməsinə görə iki dövlət prinsipi mövcuddur və Azərbaycan həmişə həmin qətnaməni əsas götürərək öz mövqeyini ortaya qoyub. Təbii ki, bu münasibət, bu əməkdaşlıq özünü doğruldub və Azərbaycanla İsrail arasında münasibətlər davam etdirilir. Hazırkı mərhələdə müzakirələrin aparılması qarşılıqlı təmaslar, İsrail dövlətinin də, xalqının da maraqlarına uyğundur. Hikmət Hacıyevin İsrailin Baş naziri ilə görüşündə Azərbaycan Prezidenti İlham Əliyevin mövqeyi birbaşa diqqətə çatdırılıb. İkitərəfli münasibətlər müzakirə olunub. Bütün bunlar Azərbaycanın artıq beynəlxalq səviyyədə baş verən proseslərdə söz demək səviyyəsinə qalxmasını təsdiq edir. Bu, Azərbaycanın artan nüfuzu, beynəlxalq imici ilə bağlıdır. Azərbaycanın bu mövqeyi gələcəkdə vasitəçilik missiyasını da ortaya qoya bilər.
Vəli Həsənoğlu,
KONKRET.az

Siyasi       Tarix: 23 fevral 2025
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

Sadır Japarovdan Azərbaycana təşəkkür mesajı

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki (TDT) sədirliyi dövrünü yüksək qiymətləndirib. KONKRET.azxəbər verir ki, Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşünd

Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı

Son zamanlar İran vətəndaşları və mediası tərəfindən Azərbaycan dövlətinin, xalqının və rəhbərliyinin ünvanına əsassız ittihamların, təhqiramiz ifadələrin, eləcə də qanunsuz çağırışların artdığı müşahidə olunur. Müxtəli

Ermənistanda Azərbaycan irsinə qarşı vandalizm: 734 qəbiristanlığın aqibəti açıqlandı

Qərbi Azərbaycanda azərbaycanlılara məxsus tarixi-mədəni irsin taleyi uzun illərdir narahatlıq doğuran məsələlərdən biridir. Həmin ərazilərdə yerləşən bir sıra tarixi abidələrin ermənilər tərəfindən dağıdıldığı, vandalizm

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək

Son zamanlarda Türkiyə ilə Azərbaycan arasında nifaq yaratmağa çalışanlar haqqında bu gərginliyə səbəb olan ilk işarələr göründüyü andan – təxminən bir aydır ictimaiyyəti məlumatlandırmağa, xəbərdar etməyə və atılmalı ola

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində keçirilən Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib. xəbər verir ki, bu barədə Azərbayca


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən ən son xəbər xeberler metbuat son xeberler 2026