Hamının içdiyi məşhur dərman kişi sonsuzluğu yaradır - Alimlər AŞKARLADI

Hamının içdiyi məşhur dərman kişi sonsuzluğu yaradır - Alimlər AŞKARLADIParasetamolun yüksək dozaları bədəndə toplana və kişilərdə aktiv sperma sayını azaldan toksik təsir göstərə bilər.
KONKRET.az xəbər verir ki, bu barədə "Daily Mail" Londondakı Brunel Universitetinin alimlərinin işinə istinadən məlumat yayıb.
Tədqiqatlar getdikcə daha çox təsdiqləyir ki, dünyada kişilərdə sperma sayı durmadan azalır. Bir nəsildə bu rəqəm 60% azalıb. 2000-ci ilə qədər elm adamları kişilərin məhsuldarlığının ildə 1% azaldığını bildirsələr də, son vaxtlar bu göstərici iki dəfə artıb.
Britaniyalı həkimlər qeyd edirlər ki, gənc kişilər yaşlı nəslin nümayəndələrinə nisbətən demək olar ki, üç dəfə daha çox sonsuzluq problemi ilə üzləşirlər. Bu, demoqrafiyada özünü göstərir.
Brunel Universitetinin alimlərinin fikrincə, zəif kişi məhsuldarlığının təəccüblü səbəbi məşhur ağrıkəsici parasetamolun istifadəsi ola bilər. Təxminən min kişi üzərində aparılan araşdırmalardan birində bütün iştirakçıların sidikdə parasetamol konsentrasiyası məqbul səviyyələri aşıb.
Tədqiqatçılar, hormonal sistemi pozan digər kimyəvi maddələrlə birləşdirildikdə, parasetamolun bədəndə toplana biləcəyini və sperma sayını azaldaraq uzunmüddətli zəhərli təsir göstərə biləcəyini irəli sürüblər. Laboratoriya təcrübələri bu əlaqəni təsdiqləyib ki, parasetamol verilmiş və fetal testis toxuması ilə transplantasiya edilmiş siçanlarda testosteron istehsalında azalma müşahidə edilir.
Digər məşhur ağrıkəsici "ibuprofen" də kişilərin məhsuldarlığının azalması ilə əlaqələndirilir. Tədqiqatlar göstərir ki, testosteron səviyyəsini aşağı sala və sperma istehsalına mane ola bilər. Ancaq bütün həkimlər dərmanların kişi sonsuzluğunda əsas günahkar olduğuna inanmırlar. /BAKU.WS

Sağlamlıq       Tarix: 09 aprel 2025
f Paylaş

Oxşar xəbərlər

Qrip və viruslar yayılır: Özümüzü necə qoruyaq? – Həkimdən AÇIQLAMA

Havaların soyuması ilə ölkədə bir sıra yolxucu respirator viruslara yoluxma halları da artır. Bu isə cəmiyyətdə narahatlıqların yaranmasına səbəb olur. Bəzən insanlar qrip və digər bu kimi virusları o qədər kəskin keçirirlə

Payızda bu təhlükə hər kəsi gözləyir? - Professor səbəbləri açıqladı

Payız aylarında havaların soyuması, günəşli günlərin azalması və mövsümi xəstəliklərin yayılması sağlamlığın qorunmasını daha da aktuallaşdırır. Bu dövrdə bir çox insan orqanizmdə vitamin və mineral çatışmazlığını müəyyənləşdirmək

Şirniyyat və kərə yağında gizli təhlükə? – Diqqətli olun

Palma yağı bizi zəhərləyir? Azərbaycanda bu yağın kərə yağı və şirniyyatların tərkibinə qatılması ilə bağlı müzakirələr səngimir. Bəs palma yağı həqiqətən təhlükəlidirmi, yoxsa əsas problem onun hansı formada istifadə olunmasındadır?

Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar

Baş ağrısından tutmuş soyuqdəyməyə qədər bir çox insan narahatlıq hiss edən kimi dərmana üz tutur. Bəziləri həkim məsləhəti olmadan aptekdən aldığı preparatları günlərlə, hətta aylarla qəbul etsə də, gözlədiyi nəticəni əld

Meyvə alarkən bu məqama diqqət edin – Sağlamlığınız təhlükədədir

Meyvə və tərəvəzlər sağlam qidalanmanın əsasını təşkil etsə də, mövsümündə yetişməyən məhsulların istehlakı ilə bağlı suallar tez-tez gündəmə gəlir. Xüsusilə istixanalarda yetişdirilən və xaricdən gətirilən məhsulların tərkibi

Qızılca ilə bağlı son vəziyyət açıqlandı

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. KONKRET.azxəbər verir ki

"Aquşa" ilə bağlı xoşagəlməz fakt - XƏBƏRDARLIQ

Uşaqlar üçün nəzərdə tutulan populyar süd məhsulunun körpələr üçün potensial təhlükəli olduğu üzə çıxıb. "Baza" Telegram kanalına istinadən xəbər verir ki, söhbət tərkibində normadan artıq kalsium aşkar edilən "Aquşa"

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama

İsti vannada cəmi 30 dəqiqə keçirmək qan təzyiqinin azalmasına və damarların genişlənməsinə kömək edə bilər. Yeni araşdırmada bu təsirin bəzi göstəricilər üzrə orta intensivlikli fiziki məşqlərdən daha güclü olduğu müəyyə

Payızda immuniteti zəiflədən amillər – Özünüzü necə qorumalısınız?

Payızda havaların soyuması, temperaturun tez-tez dəyişməsi və günəşli saatların azalması soyuqdəymə və qrip kimi xəstəliklərin yayılma riskini artırır. Bu dövrdə orqanizmin müdafiə sistemini qorumaq üçün düzgün qidalanmaq


azerbaycan xeberleri yeni xeberler son xeberler en sonxeber krimnal xeber son xeberler bu gun bugunun xeberleri