Həbs edilən Gülşəndən açıqlama: "Bu görüntü aylar sonra təxribat məqsədilə tirajlanıb
Həbs edilən Gülşəndən açıqlama: "Bu görüntü aylar sonra təxribat məqsədilə tirajlanıb"
Türkiyəli müğənni Gülşən Çolakoğlu konsertində söylədiyi sözlərə görə həbs edilib.
Gülşən ifadəsində deyib ki, hadisə 30 aprel 2022-ci ildə Ataşehir konsertində baş verib.
"25 ildir sənətçiyəm. Musiqiçi həmkarlarım var. Bu qrupla konsertlərdə çıxış edirəm. Komandamda olan dostum Miraçın ləqəbi "imam"dır. Biz dostlarımızla bir-birimizə həmişə bu formada zarafatlar edirik.
Söhbət Miraçla mənim aramda olub, bu, mənim konsert iştirakçılarına və ya mediaya xitabən etdiyim söhbət olmayıb.
Bu qısa görüntü aylar sonra kim tərəfindən və nə məqsədilə tirajlanıb bilmirəm. Lakin hesab edirəm ki, bu, təxribat məqsədi daşıyır.
Mən bu çıxışı "İmam hatipçilər" və ya ölkəmizin bir hissəsini aşağılamaq, təhqir etmək məqsədi ilə deməmişəm. Mən ölkənin bütün dəyərlərinə və həssaslıqlarına hörmətlə yanaşıram", - deyə o bildirib.
Cinayət törətmək niyyətinin olmadığını bildirən Gülşən ona qarşı irəli sürülən ittihamı qəbul etməyib.
Xatırladaq ki, Gülşən "xalqı kin və düşmənçiliyə sövq etmək"dəittiham olunur.
Buna səbəb isə ifaçının musiqiçiyə dediyi sözlər olub. Onun səhnədə: "Daha əvvəl "İmam Hatip"də təhsil almışdı, əxlaqsızlığı bundandır", - dediyi görüntülər müzakirələrə səbəb olub və İmam Hatip liseyinin şagirdlərinə təhqir kimi qəbul edilib.
Mənbə: TRT Haber
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA