İcma: Aİ-nin Ermənistandakı missiyasının fəaliyyətinə haqq qazandıran qeyri-konstruktiv bəyanatını pisləyirik

İcma: Aİ-nin Ermənistandakı missiyasının fəaliyyətinə haqq qazandıran qeyri-konstruktiv bəyanatını pisləyirikAvropa İttifaqının (Aİ) rəsmi nümayəndəsi Peter Stanonun Ermənistanın silahlandırılmasına və Avropa İttifaqının Ermənistandakı missiyasının (EUMA) fəaliyyətinə haqq qazandıran qeyri-konstruktiv bəyanatını qətiyyətlə pisləyirik.
KONKRET.azxəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının bəyanatında yer alıb.
Bildirilib ki, sərhəd məsələlərini əhatə edən bir missiya olan EUMA-nın digər sərhəd ölkəsi ilə koordinasiya edilmədən genişləndirilməsi və mandatının uzadılması qeyri-dost addımıdır:
"Bundan əlavə, missiya etnik azərbaycanlılara qarşı ayrı-seçkilik, qərəz və etinasızlıq nümayiş etdirib. Belə ki, missiyanın mandatında münaqişənin sərhəd bölgələrində yaşayan insanların vəziyyətinə təsirini araşdırmaq məsələsinin qeyd edilməsinə və dəfələrlə müvafiq müraciətlər göndərməyimizə baxmayaraq, EUMA müntəzəm patrul etdiyi Ermənistanın sərhəd bölgələrindən qovulmuş azərbaycanlıların taleyinə biganə qalmışdır. Hərbiləşdirmə məsələsinə gəldikdə isə, vurğulayaq ki, həm Aİ, həm də onun üzv dövlətləri, ilk növbədə Fransa, Ermənistanın genişmiqyaslı silahlandırılmasını həyata keçirir. Aİ-nin "Avropa Sülh Fondu" vasitəsilə və digər yollarla etdiyi hərbi, maliyyə, inkişaf və iqtisadi yardımlar Ermənistanın Azərbaycanda on milyardlarla ABŞ dolları məbləğində dağıntılara səbəb olmuş təcavüzkar hərəkətlərinin mükafatlandırılması və onun Azərbaycana qarşı yeni hücumlara təhrik edilməsi kimi qiymətləndirilməlidir. Aİ-nin Azərbaycana mina təmizlənməsi ilə bağlı etdiyi cüzi miqdarda yardım isə Ermənistanın hərbiləşdirilməsinə edilən yardımın balansı kimi qələmə verilə bilməz".
Vurğulanıb ki, Ermənistan azacıq da olsa hərbi üstünlük hiss edən kimi, hərbi təcavüzə əl atır:
"Bu baxımdan, revanşist meyllərin güclü olduğu və təcavüzkar tarixçəyə malik Ermənistanın silahlandırılması suveren seçim kimi qiymətləndirilə və Azərbaycanın qanuni müdafiə tədbirləri ilə müqayisə oluna bilməz. Buna görə də biz Aİ-dən geosiyasi ayırıcı xətləri regiona gətirməməyi, Ermənistanın militarizmini gücləndirməyə son qoymasını və əvəzində Ermənistanın təcavüzünün dağıdıcı nəticələrinin aradan qaldırılması üçün Azərbaycana yardım göstərməsini tələb edirik".

Siyasi       Tarix: 28 sentyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Ramiz Mehdiyevin qızından atası haqda etiraf: Həmin sənəd…

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqda və məhkəmə prosesində onun ailə üzvləri də dindiriliblər. -ya istinadən xəbər verir ki, Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva ifadəsind

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Estoniya Azərbaycanla energetika, təhsil, rəqəmsallaşma və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Tallində iki ölkə arasınd

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək

Son zamanlarda Türkiyə ilə Azərbaycan arasında nifaq yaratmağa çalışanlar haqqında bu gərginliyə səbəb olan ilk işarələr göründüyü andan – təxminən bir aydır ictimaiyyəti məlumatlandırmağa, xəbərdar etməyə və atılmalı ola

Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi

İranın Ermənistandakı səfirliyinin rəsmi sosial media hesabında İrəvanın Göy məscidi haqqında videomaterial yayımlanıb. xəbər verir ki, paylaşımda tarixi faktlar birtərəfli və təhrif olunmuş şəkildə çatdırılıb. Göy məscidi

BÖYÜKLƏR ÜÇÜN NAĞIL: Amerika öz imperiyası olmadan niyə yaşaya bilməz?

Amerikalı populist-izolyasionistlərin seçkiqabağı çıxışlarını dinləmək bəzən absurd komediyaya baxmağa bənzəyir. MAGA şüarlı qırmızı papaq taxmış siyasətçi tribunaya çıxaraq son dərəcə sadə, lakin cəlbedici bir fikir irəl

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeber.az cəbhədən yeni xəbərlər havanın temperaturu sou biznes