İcma Mirzoyanın bəyanatını qınadı

İcma Mirzoyanın bəyanatını qınadıErmənistanın xarici işlər naziri Ararat Mirzoyanın Qədim Sivilizasiyalar Forumunda verdiyi bəyanatı kəskin şəkildə qınayır və rədd edirik.
KONKRET.azxəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının bəyanatında yer alıb.
Bəyanatda, həmçinin qeyd olunur: "Böhtanla dolu bu bəyanat həm də Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını hələ də davam etdirdiyini göstərir. Ermənistan XİN başçısının "Dağlıq Qarabağ" ifadəsini işlətməsi, ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü ancaq sözdə tanıdığını nümayiş etdirir.
Ermənistanın həm öz ərazisində, həm də vaxtilə işğal etdiyi Azərbaycan torpaqlarında Azərbaycan mədəni irsini tamamilə və sistematik şəkildə məhv etdiyini nəzərə alsaq, bu ölkənin hazırda mədəni irs məsələsi ətrafında spekulyasiya aparması riyakarlığın təzahürüdür.
Ermənistan XİN rəhbərinin UNESCO missiyasının göndərilməsi çağırışına gəlincə, vurğulamalıyıq ki, belə bir missiya Azərbaycana deyil, məhz Ermənistana göndərilməlidir. Təəssüf ki, Ermənistanın imtinası səbəbindən hələ də bu ölkəyə UNESCO missiyası baş tutmamışdır.
Biz Ermənistandan Azərbaycanın ərazi bütövlüyünə hörmət etməyi, Ermənistandakı Azərbaycan xalqının mədəni irsinin vəziyyətinin qiymətləndirilməsi üçün UNESCO missiyasının bu ölkəyə göndərilməsinə razılıq verməyi və dağıdılmış Azərbaycan abidələrinin bərpası, qorunması və mühafizəsi üçün zəruri tədbirlər görməyi tələb edirik".
Qeyd edək ki, Qədim Sivilizasiyalar Forumunda Mirzoyan Azərbaycanda "erməni mədəni irsi"nin guya təhlükə altında olduğunu iddia edərək, təxribat xarakterli bəyanat səsləndirdiib.

Siyasi       Tarix: 26 sentyabr 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Ramiz Mehdiyevin qızından atası haqda etiraf: Həmin sənəd…

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqda və məhkəmə prosesində onun ailə üzvləri də dindiriliblər. -ya istinadən xəbər verir ki, Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva ifadəsind

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Estoniya Azərbaycanla energetika, təhsil, rəqəmsallaşma və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Tallində iki ölkə arasınd

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək

Son zamanlarda Türkiyə ilə Azərbaycan arasında nifaq yaratmağa çalışanlar haqqında bu gərginliyə səbəb olan ilk işarələr göründüyü andan – təxminən bir aydır ictimaiyyəti məlumatlandırmağa, xəbərdar etməyə və atılmalı ola

Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi

İranın Ermənistandakı səfirliyinin rəsmi sosial media hesabında İrəvanın Göy məscidi haqqında videomaterial yayımlanıb. xəbər verir ki, paylaşımda tarixi faktlar birtərəfli və təhrif olunmuş şəkildə çatdırılıb. Göy məscidi

BÖYÜKLƏR ÜÇÜN NAĞIL: Amerika öz imperiyası olmadan niyə yaşaya bilməz?

Amerikalı populist-izolyasionistlərin seçkiqabağı çıxışlarını dinləmək bəzən absurd komediyaya baxmağa bənzəyir. MAGA şüarlı qırmızı papaq taxmış siyasətçi tribunaya çıxaraq son dərəcə sadə, lakin cəlbedici bir fikir irəl

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeber.az cəbhədən yeni xəbərlər havanın temperaturu sou biznes