İlham Əliyevin sözü Ermənistan parlamentində Azərbaycan dilində səsləndirildi

İlham Əliyevin sözü Ermənistan parlamentində Azərbaycan dilində səsləndirildiErmənistan parlamentinin iclasında sərhədin Qazax-Tavuş istiqamətində demarkasiyası ilə bağlı qarşıdurma baş verib.
KONKRET.az xəbər verir ki, "Ermənistan" fraksiyasından olan deputat Artsvik Minasyan spiker Alen Simonyan başda olmaqla hakim fraksiyasının deputatlarını yalan danışmaqda ittiham edib.
Minasyan Simonyana xitabən, "siz "sərhədin bərpası" ifadəsini işlədirsiniz, zəhmət olmasa, izah edin: Ermənistanın hansısa qanununda "sərhədin bərpası" anlayışı varmı? Nə edirsən, götürüb təhvil verirsən. Niyə? Çünki kreslonu düşünürsən. Kreslondan yapışsan da, bir gün çıxarıla bilərsən. Onda kreslo qarışıq səni kənara atacaqlar, yerinə "milli kreslo" qoyulacaq".
"Ermənistan" fraksiyasının digər deputatı Aqvan Vardanyan iddia edib ki, Azərbaycanın tələblərini nə qədər yerinə yetirsələr, bir o qədər hörmətsizliyə məruz qalacaqlar: "Əliyev "Noldu, Paşinyan" deyirdi. Yenə eyni münasibət görəcəksiniz".
Hakim fraksiyadan olan vitse-spiker Ruben Rubinyan isə "Hərəkata müqəddəs adı verilib, müqəddəs hərəkatın lideri, övliya, onun sağ əlini öpəcəksiniz, elə deyilmi?" deyərək, erməni keşiş Baqratın rəhbərlik etdiyi müxalifətə lağ edib.
Aqvan Vardanyan pafoslu sözlərlə "Bu hərəkat həm də sizin xilasınız üçündür, bəzilərinizi saymasaq" deyə cavab verib.
Spiker Alen Simonyan çıxışında bildirib ki, müxalifətin nə deməsindən asılı olmayaraq, Tavuşun sərhədi müəyyən edilmiş kəndləri nümunəvi yaşayış məntəqələrinə çevriləcək.
"Ermənistan dövləti öz vətəndaşlarının heç birini incitməyəcək, onları evsiz qoymayacaq. Sizi inandırıram ki, bir neçə ildən sonra o kəndlər nümunəvi kəndlər olacaq və 2026-cı il seçkiləri zamanı "Vətdaş müqaviləsi" orada böyük səslə qalib gələcək", – Simonyan bildirib.
"Ermənistan" fraksiyasının deputatı, keşiş Baqratla birlikdə küçə yürüşü edən Qarnik Danielyan isə insanların Kirantsda qalmayacağını, oranı tərk edəcəyini deyib: "Çünki siz, 30 il ərzində təchiz edilmiş müdafiə xəttini Azərbaycana verdiniz".
Danielyan iddia edib ki, Ermənistan hakimiyyəti İlham Əliyevin göstərişləri ilə hərəkət edir. (Publika.az)

Siyasi       Tarix: 22 may 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək

Ermənistanın Avropa İttifaqına inteqrasiya istiqamətində atdığı addımlar regionda geosiyasi rəqabəti yenidən gündəmə gətirir. Baş nazir Nikol Paşinyanın ölkəsinin 2027–2028-ci illərdə Avropa İttifaqına tamhüquqlu üzvlük üçü

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

BÖYÜKLƏR ÜÇÜN NAĞIL: Amerika öz imperiyası olmadan niyə yaşaya bilməz?

Amerikalı populist-izolyasionistlərin seçkiqabağı çıxışlarını dinləmək bəzən absurd komediyaya baxmağa bənzəyir. MAGA şüarlı qırmızı papaq taxmış siyasətçi tribunaya çıxaraq son dərəcə sadə, lakin cəlbedici bir fikir irəl

ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei

ABŞ-ın aralıq seçkilərinin nəticələri Vaşinqtonun İrana qarşı düşmənçiliyini dəyişdirməyəcək. axaraz-a istinadən xəbər verir ki, bu barədə İranın ali rəhbəri Müctəba Xameneinin adından yayılan açıqlamada bildirilib. "Partiy

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı

Son zamanlar İran vətəndaşları və mediası tərəfindən Azərbaycan dövlətinin, xalqının və rəhbərliyinin ünvanına əsassız ittihamların, təhqiramiz ifadələrin, eləcə də qanunsuz çağırışların artdığı müşahidə olunur. Müxtəli

ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. xəbər verir ki, məktubda deyilir:. "Zati-aliləri. 8 Noyabr – Zəfər Günü münasibətilə Zati-aliniz

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara

Belçikanın baş naziri istefa verdi

Belçika Baş naziri Bart De Vever hökumətin istefasını Kral Filipə təqdim edib. axaraz-a istinadən xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb. Məlumata görə, istefaya 2027-ci il büdcəsi ilə bağlı koalisiya danışıqlarını


son xeberler azerbaycan xeberleri yeni xeberler xəbər idman xeberleri xeberler az son xeberler bugun 2026 azerbaycan