İmmuniteti təbii yolla necə gücləndirmək olar? - AÇIQLAMA

İmmuniteti təbii yolla necə gücləndirmək olar? - AÇIQLAMA"İmmun sistemini əsasən orqanik məhsulların istehlakı gücləndirir". 
KONKRET.az xəbər verir ki, bu fikirləri Demokrat.az-a açıqlamasında qida məsələləri üzrə mütəxəssis Ağa Salamov deyib. Ekspert qeyd edib ki, meyvələrin və tərəvəzlərin mövsümdə qəbul edilməsi daha məqsədəuyğundur: "Əgər biz payız və yaz aylarında yetişən meyvəni yayda yeyiriksə, o, bizim immunitetimizi gücləndirə bilməz. Buna görə də, həm tərəvəzləri, həm də meyvələri mövsümündə istehlak etməliyik. Bundan başqa, immun sistemini güclü saxlamaq üçün heç olmasa həftədə bir dəfə balıq məhsullarına üstünlük verilməlidir. Çünki balıqda olan D vitamini və omega 3 insanın immum sistemini gücləndirir".
Mütəxəssis bildirib ki, yay aylarında havalar isti olduğundan insanlar daha çox qazlı içkilərə üstünlük verirlər:
"Lakin belə içkilərdən, ümumiyyətlə rəngli qazlı içkilərdən uzaq durmaq lazımdır. Bunlar boş karbohidrad sayılır, çünki onların tərkibində şəkərdən başqa heç bir şey yoxdur. Orada nə mineral, nə də mikroelementlərə rast gəlmək mümkündür. Yəni, burada insan orqanizminə faydalı olan elementlər olmadığı üçün insan orqanizmi doymur, onu içdikcə içir və bu da təbii ki, immun sistemini zəiflədir. Çünki insanın orqanizmi bioloji bir sistemdir. Bioloji sistemdə bioloji olan hər bir şey yeyilməlidir. Biz əsasən təbiətdən axan suyu, yəni sadə saf su içməliyik. Yaxud da kompot içməliyik, kompotlarda da mövsümü meyvələr olmalıdır, liflərlə zəngin olan meyvənin təbii ki, orada şirəsi çıxır. Kompotun meyvəsi də liflərlə zəngin olduğu üçün bağırsaq florasına yüksək dərəcədə faydalıdır. Bağırsaqda həzm sistemini yaxşılaşdırdığına dəstək olur və bu da insanların immun sistemini gücləndirir".
A.Salamov əlavə edib ki, həftələrə bölmək şərtilə qırmızı ət məhsullarına üstünlük verilməlidir, çünki onlar B12 vitamini ilə zəngindirlər:
"Onların tərkibində əzələləri oksigenə daşıyan piqment var. Bu da təbii ki, infartkın qarşını alır, immun sistemi də gücləndirir. B12 vitamini insan orqanizmində sintez olunmadığı üçün onu qırmızı ət məhsullarından əldə etmək lazımdır. Əzələləri və xüsusilə ürəyi oksigen ilə təmin edən miyoglobin ,yəni ətə qırmızı rəngi verən pigmentdə insan orqanizmi üçün vacibdir və qırmızı ət məhsullarından əldə olunur. Ona görə də, həftədə iki dəfə qırmızı ət məhsulu, iki dəfə toyuq, iki dəfə də balıq yemək lazımdır. Əsasən də, yağlı balıqlara üstünlük verilməlidir ki, immun sistemi daha da bərpa olunsun".

Sağlamlıq       Tarix: 02 avqust 2022
f Paylaş

Oxşar xəbərlər

Dayanacaqlarda siqaret və enerji içkilərinin satışı: uşaqlar üçün təhlükə mənbəyi

İctimai nəqliyyat dayanacaqlarında siqaret, elektron siqaret və enerji içkilərinin satışının geniş yayılması azyaşlıların bu məhsullara daha asan çıxış əldə etməsi ilə bağlı narahatlıqları artırır. Xüsusilə məktəb yaşlı uşaqları

ÜST-dən xəbərdarlıq: "Görünməmiş sürətlə yayılır"

"Açıq deməliyik ki, epidemiya hələ də nəzarət altında deyil. Böyük bir üstünlüklə başladı və biz hələ də onun qarşısını almağa çalışırıq". KONKRET.azqafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyy

Qızılca ilə bağlı son vəziyyət açıqlandı

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. KONKRET.azxəbər verir ki

Çox işləmək piylənməyə səbəb olur

Kvinslend Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, iş saatlarının azaldılması təkcə stressi deyil, ümumilikdə sağlamlığa da müsbət təsir edir. xəbər verir ki, onlarla ölkədən toplanan məlumatların təhlil

Samuxda 9 nəfərdə qarayara aşkarlandı - RƏSMİ

Samuxda xəstə heyvanla təmasda olan 9 nəfər yoluxucu xəstəliklər şöbəsində izolyasiya edilib. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan Səhiyyə Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Tibbi Ərazi Bölmələrin

Bu əməliyyat pulsuz edilə bilər - Sığorta ilə bağlı vacib açıqlama

Burun çəpərinin əyriliyi (septum deviasiyası) təkcə estetik deyil, həm də sağlamlıq baxımından ciddi narahatlıqlara səbəb olan problemlərdən biridir. Nəfəsalma çətinliyi, tez-tez təkrarlanan sinus iltihabları, xorultu v

Bu yazını ürək xəstələri oxusun

Gecə boyunca necə yatdığımızı çox vaxt fərq etmirik. Lakin yan, arxası üstə və ya üzüaşağı yatmaq təkcə rahatlıq məsələsi deyil. Bu seçim mədədə turşuluğun artmasından boyun ağrısına, xoruldamaqdan yuxuda nəfəs almaya qədə

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. KONKRET.azxəbər verir ki, bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyula

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır


son xeberler azerbaycan xeberleri yeni xeberler qarabag sonxəbərlər cəbhədən son vəziyyət butun xeberler