İmran Xanın istefası Pakistan-Azərbaycan münasibətlərinə necə təsir edəcək? - ÖZƏL

İmran Xanın istefası Pakistan-Azərbaycan münasibətlərinə necə təsir edəcək? - ÖZƏLPakistanda Nazirlər Kabinetinin buraxılmasından sonra bu gün Baş nazir İmran Xan da istefa verib. Pakistan hökumətinin məlumatına görə, o, yeni Baş nazir təyin olunanadək vəzifəsini icra edəcək.
Bəs görəsən, İmran Xanın istefası Pakistan-Azərbaycan münasibətlərinə necə təsir edəcək?
Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Turan Rzayev bildirib ki, İmran Xanın istefa verməsi əslində planlı bir hadisədir:
"Çünki bir müddət öncə parlamentdə İmran Xana qarşı etimadsızlıq səsverməsi keçirildi və Baş nazir bu səsverməni tanımadığını bildirdi. Həmin səsvermənin keçirilməsi isə İmran Xanın bir müddət öncə Rusiyaya səfər etməsi ilə bağlı idi. Səfər çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə ətraflı görüşlər keçirildi, hərbi sənayedən tutmuş, iqtisadi əməkdaşlığa qədər bir çox məsələlər müzakirə edildi. Görünür, Pakistan-Rusiya yaxınlaşması ABŞ başda olmaqla Qərbi narahat edir. Rusiyanı sıxışdırmaq istəyən bu qüvvələr Pakistan və digər dövlətlərin Rusiyanın yanında olmasını istəmir. Pakistanın Baş naziri prestijli şəxsdir. Pakistan Prezidenti ilə İmran Xan arasında müəyyən danışıqlar olub. Bu danışıqlardan sonra hökumət istefaya göndərildi.İmran Xan parlamentin daxilində olan müxalif qüvvələri hakimiyyətinə təhdid olaraq görür. Çünki bu qüvvələr ABŞ-la iş birliyi aparır. Həmin qüvvələri sıradan çıxarmaq üçün o, belə bir addım atmalı oldu".
İmran Xanın istefası Pakistan-Azərbaycan münasibətlərinə necə təsir edəcək? - ÖZƏLPolitoloqun fikrincə yeni hökumətin formalaşması münasibətlərimizə mənfi təsir etməyəcək:
"İmran Xan 90 gün hakimiyyətdə olacaq. Bu müddətdə o, öz vəzifəsini icra edəcək. Hesab edirəm ki, o, yenidən Baş nazir seçiləcək. Lakin başqa bir şəxs Baş nazir olsa belə, Pakistanın xarici siyasətində ciddi dəyişiklik olmayacaq. Çünki Pakistanın bəzi ölkələrə qarşı konkret siyasi kursu mövcuddur. Məsələn, Çin, Hindistan, Türkiyə, Azərbaycan, ABŞ kimi ölkələr buna misal ola bilər. Pakistanın bu dövlətlərə qarşı xarici siyasətdə mövqeyinin dəyişməsi ehtimal edilmir. Son dövrlərdə Pakistan, Türkiyə və Azərbaycan arasında iqtisadi, siyasi və hərbi sahəni əhatə edən yeni əməkdaşlıq formatı yaranıb və əlaqələr hazırda ən üst səviyyədədir. Yeni hökumətin bu münasibətləri pozmaq ehtimalı çox aşağıdır. Bu mənada İmran Xandan sonra qərbmeylli qüvvələr hakimiyyətə gəlsə belə, münasibətlərimizə xüsusi təsir edəcəyini düşünmürəm. Çünki üç ölkənin xarici siyasətdəki maraqları bir-biri ilə örtüşür. Nəzərə almaq lazımdır ki, Pakistanın yerləşdiyi region kifayət qədər təhlükəlidir. Çin, Hindistan, Əfqanıstan kimi faktorlara görə, Pakistan hər zaman etibarlı tərəfdaşlara ittifaqlara ehtiyac duyur. Bu gün dünyada öz sözünü deyən Türkiyə və diplomatik sferada tanınan və enerji resursları ilə zəngin Azərbaycandan yaxşı müttəfiq ola bilməz".
Şəbnəm Mehdizadə,
KONKRET.az

Siyasi       Tarix: 05 aprel 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

FAKTI' Cənubi Qafqazda sülhə görə yalnız Paşinyanın mükafatlandırılması barədə: 'Bu, absurddur

Bolqarıstanın "Faktı" nəşri Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasına töhfə verdiyinə görə Hessen mükafatının Ermənistan hökumətinin başçısı Nikol Paşinyana verilməsinin əsaslılığının şübhə altına alındığ

İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verdi

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı məktubu göndərib. Məktubda deyilir:. "Manqistau vilayətində keçirilən hərbi təlimlər zamanı hərbçilərin həlak olması barəd

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir

Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışını izləyiblər. Prezident və ailəsinin yarışdan fotolarını təqdi

Moskva itirir - Azərbaycan isə real güc əldə edir - Yeni xəritə

ABŞ və Ermənistan TRIPP layihəsinin praktiki reallaşdırılması üçün yeni institusional mexanizmlərin formalaşdırılmasını sürətləndirir. Layihə çərçivəsində yaradılacaq TRIPP Development Company şirkətində amerikan tərəfi

Siyasi şərhçi: "10 noyabr" Bəyanatının icrasında ciddi problemlər qalırdı

"İkinci Qarabağ müharibəsi nəticəsində  imzalanan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra Ermənistanın atdığı addımlar göstərirdi ki, razılaşmaların icrası ilə bağlı ciddi problemlər qalır. Bəyanatı

"Qısqanclıq kişi ilə qadın arasında olur" - Putin həmin görüşdən danışdı

Rusiya Prezidenti Vladimir Putin ÇXR Sədri Si Cinpinlə ABŞ Prezidenti Donald Trampın Vaşinqtondakı görüşünə qısqanclıqla yanaşmadığını bildirib. TASS-a istinadən xəbər verir ki, Rusiya dövlət başçısı bu cür hisslərin beynəlxal

Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti

FIA prezidenti Məhəmməd bin Sulayem Bakı Şəhər Halqasının (BŞH) unikal atmosferindən və fərqli xüsusiyyətlərindən danışıb. Bakı Şəhər Halqasından bildirilib ki, o, Bakıya səfərindən çox məmnun olduğunu söyləyib. "Bak


yeni xeberler azerbaycan xeberleri son xeberler butun xeberler xabarlar en son xeberleri sonxeberler