İnsan ömrünü azaldan qida və içkilər - SİYAHI

İnsan ömrünü azaldan qida və içkilər - SİYAHIMütəxəssislər sağlamlıq üçün zərərli olan və ömrü qısaltma riski daşıyan bəzi qida və içkilərin adını açıqlayıb. Araşdırmalara görə, xüsusilə işlənmiş qidalar və yüksək şəkər tərkibli içkilər ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
KONKRET.az həmin qidaları sizə təqdim edir:
İşlənmiş ət məhsulları
Sosiska, kolbasa və digər işlənmiş ət məhsulları yüksək səviyyədə duz, konservant və zərərli maddələr ehtiva edir. Bunların davamlı istehlakı ürək-damar xəstəlikləri və xərçəng riskini artırır.
Şəkərli qazlı içkilər
Gündəlik həyatda geniş istifadə edilən qazlı içkilər yüksək miqdarda şəkər ehtiva edir. Bu içkilər piylənmə, şəkərli diabet və ürək problemlərinə səbəb ola bilər.
Trans yağlarla zəngin qidalar
Çips, fast food və paketli şirniyyatlarda rast gəlinən trans yağlar qan damarlarını zədələyir və ürək xəstəlikləri riskini artırır.
Ağ çörək və şirniyyatlar
Ağ unla hazırlanan məhsullar qanda şəkərin sürətlə yüksəlməsinə səbəb olur. Bu, zamanla insulin müqavimətinə və 2-ci tip şəkərli diabetə yol aça bilər.
Alkoqollu içkilər
Həddindən artıq alkoqol qəbulu qaraciyər, ürək və hətta beyin funksiyalarına ciddi təsir göstərir. Uzun müddətli istifadəsi ömür müddətini azalda bilər.
Mütəxəssislər sağlam qidalanmağa diqqət etməyi, təzə meyvə-tərəvəz, tam taxıl məhsulları və bol su istehlak etməyi tövsiyə edir. Sağlam qida seçimləri ömrü uzatmaq və həyat keyfiyyətini artırmaq üçün vacibdir.//Milli.az

Sağlamlıq       Tarix: 14 dekabr 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Qızılca ilə bağlı son vəziyyət açıqlandı

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. KONKRET.azxəbər verir ki

ÜST-dən xəbərdarlıq: "Görünməmiş sürətlə yayılır"

"Açıq deməliyik ki, epidemiya hələ də nəzarət altında deyil. Böyük bir üstünlüklə başladı və biz hələ də onun qarşısını almağa çalışırıq". KONKRET.azqafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyy

Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaq

Xərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycand

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır

Kəsim yerlərindən alınan ətdən qarayara xəstəliyi keçə bilərmi?

Samux rayonu üzrə qeydə alınan qarayara hadisəsi bu xəstəliyin kəsim yerlərindən alınan ətlərdən keçə biləcəyi və təhlükəsizlik məsələlərini gündəmə gətirib. KONKRET.azxəbər verir ki, mövzu ilə bağlı -a açıqlama verən qid

Bu qidalar ishala səbəb ola bilər

Qəbizlik zamanı bağırsaqları hərəkətə gətirən qidalar tez-tez axtarılır. Liflə zəngin, bağırsaq hərəkətlərini sürətləndirən və həzm sistemini stimullaşdıran bəzi qidalar bu təsirə malikdir. KONKRET.azpravdaaz-a istinadə

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb. Bu barədə   İspaniya Səhiyyə Nazirliyinin "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir. Qurumun məlumatına görə, ötən gün aparılan test nəticəsind

Ödemi azaltmağa kömək edən bitki çayları - Hansı daha FAYDALIDIR?

Bədəndə mayenin normadan artıq toplanması nəticəsində yaranan ödem bir çox insanın qarşılaşdığı problemlərdən biridir. xəbər verir ki, xüsusilə isti havalarda, uzun müddət hərəkətsiz qalanda və ya duzlu qidaların həddində

Ölkəmizdə Hantavirus yayılıb? - RƏSMİ

Bir sıra Avropa ölkələrində Hantavirus təhlükəsi ilə bağlı izolizasiya tədbirləri görülüb. Hətta qonşu ölkələrin bir neçə vətəndaşı da virus səbəbilə karantinə alınıb. Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Virusa yoluxm


son xeberler azerbaycan xeberleri yeni xeberler xəbər cəbhədən canlı sonxəbər son xəbərlər