İnsanlar hansı yaşda işdən getməlidir? - Mütəxəssislər danışır

İnsanlar hansı yaşda işdən getməlidir? - Mütəxəssislər danışır"İnsanlar var ki, 90 yaşına qədər faydalılıq funksiyaları yüksək olur və cəmiyyətdə xeyli işlər görə bilir. İnsanlar da var ki, 50 yaşdan sonra sıradan çıxır. Buna fərdi olaraq yanaşılmalıdır".
Milli.Az xəbər verir ki, bu sözləri Lent.az-ın suallarını cavablayan professor, ekspert Adil Qeybulla deyib. O bildirib ki, ümumiyyətlə, insanın fiziki və ruhi sağlamlığı bir çox faktorlarla bağlıdır:
"Əsasən genetik faktor, eləcə də insanın keçirdiyi həyat tərzi, keçirdiyi xəstəliklər və s. sözügedən faktorlara aiddir.
Sadəcə olaraq yaşlı adamların əmək qabiliyyətləri tez aşağı düşür, onlar fiziki baxımdan elə də aktiv olmurlar və gənclər qədər çevik olmağı bacarmırlar".
A.Qeybulla qeyd edib ki, dünyanın müxtəlif ölkələrdə də yaş məsələsi nisbi götürülür:
"Məsələn, Ronald Reyqan 70 yaşına az qala Amerika Birləşmiş Ştatlarının prezidenti seçildi. Həmçinin Donald Tramp da 71 yaşında 2017-ci ildə prezident oldu.
Düşünürəm ki, bir insan öz əmək qabiliyyətini, intellektual imkanlarını saxlayırsa və kifayət qədər təcrübəyə malikdirsə, onun işləməsi lazımlıdır. Məsələn, siyasi, eləcə də dövlət əhəmiyyətli vəzifələrdə təcrübəli şəxslərdən istifadə edilməlidir ki, uğur qazanılsın. Ancaq çevik işlərdə mütləq üstünlük gənclərə verilməlidir".
Professor hesab edir ki, cəmiyyət elə bir formada qurulmalıdır ki, əmək qabiliyyətini itirmiş və ya itirməmiş şəxslər özünü cəmiyyətdə tapa bilməli, eyni zamanda hər birinin sosial müdafiəsi imkanları mövcud olmalıdır:
"Belə olan halda düşünürəm ki, cəmiyyətdə hər şey daha yaxşı olacaq və vəzifəyə gəlir mənbəyi kimi baxılmayacaq. Biz bu cür cəmiyyət qursaq, problemlər də olmaz".
Mövzu ilə əlaqədar saytımıza danışan psixoterapevt Mehriban Rzayeva bildirib ki, insanın şəxsiyyət vəsiqəsi yaşı ilə fiziki yaşı üst-üstə düşməyə bilər:
"Dünya şöhrətli rus alimi İvan Pavlov 80 yaşında işə velosipedlə gedib, gəlirdi və produktiv çalışırdı. Bəzən isə elə adamlar olur ki, 45 yaşı olsa da, onun psixi funksiyalarında zəiflik müşahidə olunur.
Bir sözlə, insanın həyat tərzində düzgün qidalanması, zərərli vərdişlərinin olmaması, aktiv fəaliyyət göstərməsi vəsiqə yaşının önəmli olmadığını bir növ sübut edir".
M.Rzayeva düşünür ki, intellektual, zehni işlə məşğul olan şəxslər işlədikcə onların təcrübəsi daha da artır və savadlı kadra çevrilirlər:
"Ancaq bəzi peşələr də olur ki, orada yaşlı təbəqənin yerinə cavanların işlə təmin edilməsi daha böyük uğurlar gətirə bilər.
Qeyd edim ki, hazırda ölkədə psixoloq ştatlarına çox az yer verilir. Məsələn, Amerikada, Avropada olan böyük şirkətlərdə mütləq psixoloqlar çalışır və işçilərin psixoloji vəziyyətləri ilə bağlı yardımçı olurlar. Ancaq bizdə bu təcrübədən istifadə olunmur. Zənnimcə, ilk olaraq dövlət müəssisələrində sözügedən təcrübədən istifadə edilməlidir. Daha sonra bunun effektliyi müşahidə edildikdən sonra isə özəl qurumlar da psixoloqların iş mühitində olmasından yararlanacaqlar".
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 09 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

Ürəyiniz sağlam, ömrünüz uzun olsun - Alimlər çarəni tapdı

Yaponiyalı alimlər ürək funksiyalarının yaşla bağlı zəifləməsini ləngidə və hətta qismən bərpa edə bilən yeni maddə aşkarlayıblar. KONKRET.azxəbər verir ki, tədqiqat Gakushuin Universiteti professoru Şigeru Yanaqi rəhbərliy

Bu yazını ürək xəstələri oxusun

Gecə boyunca necə yatdığımızı çox vaxt fərq etmirik. Lakin yan, arxası üstə və ya üzüaşağı yatmaq təkcə rahatlıq məsələsi deyil. Bu seçim mədədə turşuluğun artmasından boyun ağrısına, xoruldamaqdan yuxuda nəfəs almaya qədə

COVID-19-dan ölənlərin sayı 7 milyonu keçdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, indiyədək dünya üzrə COVID-19-dan ölənlərin sayı 7 milyon 115 min 86 nəfərə çatıb. KONKRET.aztrend-ə istinadən xəbər verir ki, ÜST-nin məlumatına əsasən, qlobal miqyasd

Qriplə əlaqədar epidemioloji vəziyyət

"Hazırda, qrip və kəskin respirator virus infeksiyaları ilə əlaqədar epidemioloji vəziyyət stabil və nəzarətolunandır". bildirir ki, bunu APA-nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti

Yayda ən çox 3-4 dəfə kabab yeyə bilərsiniz - SƏBƏB

Əti açıq odda qızartmaqla kabab şəklində yemək orqanizmə zərərlidir. Ona görə də kababı yayda ən çox üç dəfə – ayda bir dəfə yesəniz, sağlamlığınıza zərər verməz. KONKRET. -a istinadən xəbər verir ki, bu fikri Perm Mill

Xərçəng riskini azaldan orqan - Alimlərdən yeni kəşf

Tibb dünyasında uzun illərdir yetişkinlərdə funksiyasını itirdiyi düşünülən və bəzən cərrahi yolla çıxarılan timus vəzinin əslində immun sistemini gücləndirərək xərçənglə mübarizədə və ürək sağlamlığında önəmli rol oynadığ

Müalicəsi olmayan və gizli yayılan mərəz – Hantavirus COVID-i geridə qoyacaqmı?

"MV Hondius" kruiz gəmisi ətrafında vəziyyət gərgin olaraq qalır: səkkiz nəfər xəstələnib, beş nəfərin And virusuna (təhlükəli hantavirus növü) yoluxduğu laboratoriyada təsdiqlənib. Yoluxanlardan üçü gəmidən kənard

Ekspertdən xəbərdarlıq: Rütubətli havada BUNLARI EDİN

Yağışlı və rütubətli hava şəraiti mövsümi xəstəliklərin artmasına, immun sisteminin zəifləməsinə və orqanizmin ümumi müqavimətinin aşağı düşməsinə səbəb olur. Belə dövrlərdə düzgün qidalanma təkcə sağlam qalmaq üçün deyil

Yüksək hərarət, qusma, bağırsaq pozğunluğu: Dünyadakı dəhşətli virus Azərbaycana da çatır?

İtaliyada Ebola virusuna yoluxma ilə bağlı iki ehtimal olunan hal qeydə alınıb. KONKRET.azxəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, humanitar təşkilatlarda çalışan bir kişi və bi


azerbaycan xeberleri yeni xeberler son xeberler ən son xəbərlər bugün son.xeberler cəbhədən son xəbərlər son xəbərlər azərbaycanda