İqor Krasnov: Rusiyada hər il ekoloji sahədə 300 minə yaxın qanun pozuntusu aşkar edilir
Rusiya prokurorları hər il ekoloji sahədə 300 minə qədər qanun pozuntusunun qarşısını alır, bu istiqamətdə 15 min cinayət işi üzrə hüquq-mühafizə orqanlarının işi əlaqələndirilir.
Bunu Rusiyanın Baş prokuroru İqor Krasnov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində Mavi Zonada keçirilən "İqlim dəyişikliyi ilə mübarizədə hüquq- mühafizə orqanlarının səfərbər olunması" adlı yüksək səviyyəli sessiyada deyib.
"Prokurorlar tərəfindən hər il ekoloji sahədə 300 minə qədər qanun pozuntusunun qarşısı alınır, meşə əkinlərinin qanunsuz kəsilməsi və məhv edilməsi, havanın, su hövzələrinin və yerin təkinin çirkləndirilməsi, həmçinin bioresursların qanunsuz hasilatı ilə bağlı 15 mindən çox cinayət işi üzrə cinayət təqibi və hüquq-mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi həyata keçirilir", - deyə o bildirib.
Onun sözlərinə görə, belə işlərdən 2 mindən çoxu nəzarət yoxlamalarının materialları əsasında başlanılıb.
///apa / azxeber.com
Turlar.az [newsid: 0-123300]

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
Türk lirəsi tarixi minimuma düşdü
"Sabah"ın oyunu bu hakimlərə tapşırıldı
"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?
İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?
Azərbaycanda əsgər 14 yaşlı qıza görə həbs edildi
Kredit götürüb xaricə qaçsaq nə olar?
Batrakovun transfer qiyməti açıqlandı
9 ay hamilə olduğunu bilmədi, 5-ci uşağı dünyaya gətirdi
Sərhəddə 40 ton dizel yanacağı müsadirə edildi
Keçən il 3 manat idi - Qiyməti kəskin düşdü
Müəmmalı ölüm: güllə yarası almış kişinin meyiti tapıldı
Qaytarıla bilməyən kreditlər bağlanacaq
Bu qış hansı geyimlər dəbdə olacaq? – 2026-2027-ci ilin əsas trendləri