İrakli Kobaxidze Ermənistana səfər etdi
Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Ermənistana səfəri başlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə Gürcüstan hökuməti məlumat yayıb.
Məlumata görə, hökumət başçısını İrəvanın Zvartnots Beynəlxalq Hava Limanında Ermənistan baş nazirinin müavini Tiqran Xaçatryan qarşılayıb.
Qeyd edilib ki, səfər çərçivəsində İ.Kobaxidze Ermənistanın baş naziri Nikol Paşinyanla təkbətək görüş keçirəcək. Həmçinin, iki ölkənin baş nazirlərinin rəhbərliyi ilə Gürcüstan-Ermənistan iqtisadi əməkdaşlığı üzrə hökumətlərarası komissiyanın iclası təşkil olunacaq.
İclas başa çatdıqdan sonra İ.Kobaxidze və N.Paşinyan media üçün birgə bəyanatlar verəcəklər.
Gürcüstan Baş nazirini müşayiət edən heyətin tərkibinə baş nazirin birinci müavini, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Levan Davitaşvili, xarici işlər naziri Maka Boçorişvili, regional inkişaf və infrastruktur naziri İrakli Karseladze, ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri David Sonqulaşvili, məcburi köçkünlər, əmək, səhiyyə və sosial müdafiə naziri Mixeil Sarcvelaadze və hökumət administrasiyasının rəhbəri Levan Jorjoliani daxildir./report
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
Türk lirəsi tarixi minimuma düşdü
Azərbaycanı IMF-nin rəhbər orqanında Kristof Baumann-Kesten təmsil edəcək
"Sabah"ın oyunu bu hakimlərə tapşırıldı
"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qaytarıla bilməyən kreditlər bağlanacaq
Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində "Məhsul bayramı" keçirildi - FOTOLAR
İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?
Azərbaycanda əsgər 14 yaşlı qıza görə həbs edildi
Kredit götürüb xaricə qaçsaq nə olar?
Batrakovun transfer qiyməti açıqlandı
9 ay hamilə olduğunu bilmədi, 5-ci uşağı dünyaya gətirdi