İran Azərbaycandan elektrik enerjisi almağa qərar verdi
İran ölkə daxilində davam edən elektrik kəsintiləri fonunda Azərbaycan, Türkmənistan və Ermənistandan enerji idxalına qərar verib.
"RİA Novosti"nin məlumatına görə, bu barədə çərşənbə günü İranın elektrik enerjisi sənayesinin rəsmi nümayəndəsi Mojtab Rəcəbi Məşhədi məlumat verib.
Onun sözlərinə görə, enerji ixracı demək olar ki, tamamilə dayandırılıb.
"Hazırda elektrik enerjisi Türkmənistan, Azərbaycan və Ermənistandan idxal olunur. Əfqanıstana cəmi 50 meqavat enerji ixrac edirik" - deyə o bildirib.
Bundan əvvəl İran mediası 1000 meqavat gücündə iki elektrik stansiyasında elektrik enerjisinin kəsilməsi barədə məlumat yaymışdı. Ölkənin hər yerində - dövlət idarələrində, yaşayış və sənaye obyektlərində elektrik enerjisi kəsilir. Xüsusilə, keçən həftə sonu İranda elektrik enerjisində kəsintilər olub, bunun gələn həftənin birinci yarısında yenidən baş verməsi mümkündür. Ölkə rəhbərliyi vətəndaşlardan xüsusilə günortadan sonra elektrik istehlakını mümkün qədər azaltmalarını istəyib.
Turlar.az [newsid: 0-123300]

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar