İran-İsrail müharibəsi başlayır – Azərbaycan ilk bu addımı atacaq
İranla İsrail arasında gərginlik getdikcə artır. Tərəflər müharibə ərəfəsindədirlər. İran Hərbi Hava Qüvvələri zərbə aviasiyasını, İsrail tərəfi isə hava hücumundan müdafiə sistemlərini yüksək döyüş hazırlığı vəziyyətinə gətirib.
KONKRET.azxəbər verir ki,İran-İsrail gərginliyinin artan templə davam etdiyi bir zamanda region ölkələri məsələyə mövqelərini bildirirlər. Belə ki, Misir bu gərginlik fonunda tərəfsiz olduğunu açıqlayıb, həm Tehrana, həm də Təl-Əvivə xəbərdarlıq edib. Mümkündür ki, bənzər yanaşmanı Səudiyyə Ərəbistanı və İordaniya da açıqlayacaq. İndiki məqamda əsas sual budur: Azərbaycanın mövqeyi necə olacaq?
Rəsmi Bakı ehtimal İran-İsrail müharibəsi və ya toqquşması halında bitərəf qalacaq. Hava və quru sərhədini hər iki ölkəyə bağlaması da istisna deyil.
İsrail Azərbaycanın strateji hərbi-iqtisadi tərəfdaşıdır. İki ölkə arasında yüksək səviyyədə əlaqələr var. Amma bu əlaqələr təmənnasız deyil, tərəflərin qarşılıqlı maraqları çərçivəsindədir. Azərbaycanın İsrail-İran gərginliyində tərəfsiz qalması İsrailin də maraqlarına uyğundur. Rəsmi Təl-Əviv Cənubi Qafqazdakı tərəfdaşının İranla gərginlik içərisində olmasını istəmir. Çünki güclü bir Azərbaycan onsuz da İran üçün regionda kifayət qədər ciddi problemdir.
İrana gəldikdə isə İran ənənəvi olaraq Bakının Təl-Əvivə dəstək verəcəyini düşünəcək. Hətta bu məqsədlə sərhəddə əlavə qüvvələr də cəmləyə bilər. Lakin İran bunu tədbir üçün edəcək. Yəni o da yaxşı bilir ki, Bakı Tehrana qarşı hər hansı neqativ addım atmaz.
Azərbaycan münaqişələrin dinc və beynəlxalq hüquq çərçivəsində həllindən yanadır. Rəsmi Bakı indiki məqamda tərəfləri uzlaşdırmaq, gərginliyi azaltmaq üçün vasitəçilik missiyasını təqdim edə bilər. Bunun xaricində hər hansı bir tərəfi tutması mümkün deyil./ Globalinfo.az
Xidmetler [newsid: 0-123300]

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Xırdalanda 12 yaşlı qız itkin düşüb
2027-ci ildə minlərlə ailənin həyatını dəyişəcək qərar