İran İsraillə birbaşa qarşıdurmaya girir? - AÇIQLAMA
Yaxın Şərqdə – İsraillə "Hizbullah" arasında vəziyyət yenidən gərginləşib. İddialara görə, "Hizbullah"ın Beyrutdakı mərkəzi qərargahına endirilən hava zərbələri nəticəsində qruplaşmanın lideri Həsən Nəsrullah öldürülüb.
Görəsən, İranın dəstəklədiyi qüvvənin liderinin öldürülməsi adıçəkilən ölkənin birbaşa İsraillə qarşıdurmaya girməsinə səbəb ola bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a danışan siyasi şərhçi Tural İsmayılov vəziyyətin getdikcə qəlizləşdiyini bildirib:
"İsraillə Livan "Hizbullah"ı arasında vəziyyət hər zaman gərgin olub. Çünki sözügedən təşkilat İsraili özünə hər zaman təhlükə hesab edir. Rəsmi Təl-Əviv anlayır ki, qruplaşma da onların dövlət olaraq varlığını istəmir. Ona görə də gərginlik getdikcə dərinləşir. Hadisələrin gedişatı qəliz görünür. Bölgə ilə bağlı ümidverici nəsə baş vermir. Aydındır ki, "Hizbullah"ın, "Husilər"in, "Həmas"ın idealoji dəstəkçisi İrandır".
Ekspert İranın birbaşa əməliyyatlara qatılacağını düşünmür:
"İsrail İranın adıçəkilən qruplaşmaları dəstəklədiyinin fərqindədir. Rəsmi Təl-Əviv hazırda uğurlu əməliyyatlar keçirir. Ümumiyyətlə, onlar bu gərginliyə əvvəlcədən hazırlıq görüblər. "Həmas" rəhbərinin öldürülməsi, bundan başqa, kiber hücumlar buna nümunədir. İran özü də anlayır ki, İsraillə birbaşa qarşıdurmaya girmək bölgə üçün fəlakətlərə gətirib çıxaracaq. Ona görə də İranın İsraillə birbaşa aktiv döyüş əməliyyatlarına qatılacağını düşünmürəm".
Məlik Məlikov,
KONKRET.az

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
Xırdalanda 12 yaşlı qız itkin düşüb