"İrana qarşı müharibəyə hazırlıq gedir" - Brüssel görüşünün ŞOK DETALLARI 

"Rusiya hesab edir ki, Ermənistanın baş naziri, ABŞ dövlət katibi və Avropa Komissiyasının rəhbəri arasında görüş İrana qarşı yönəlib".
KONKRET.az xəbər verir ki, bu sözləri rusiyalı ictimai xadim, politoloq Vladimir Lepexin deyib.
O bildirib ki, Ermənistanın baş naziri, ABŞ dövlət katibi və Avropa Komissiyası rəhbərinin görüşü İrəvanın Qərb oyunlarına qarışmasının mərhələlərindən biridir.
"Rusiya nəhayət nə baş verdiyini anladı", – deyə Lepexin bildirib.
Onun sözlərinə görə, Rusiyada uzun müddət Paşinyanın Qərbə doğru addımlarının təsadüf olduğunu düşünürdülər.
"İndi nəhayət aydın oldu ki, İrana qarşı müharibəyə hazırlıq gedir. Ermənistan İrana qarşı müharibə üçün tramplin olur. Bu görüşlər vəsvəsə xarakteri daşıyır. Avrointeqrasiya, NATO-nun müdafiəsi, Ermənistanın sivil dövlətlər ailəsinə qəbulu ilə bağlı vədlər verilir. Əslində Ermənistandan sadəcə olaraq Qərb qüvvələrinin maraqları üçün istifadə olunur", – deyə politoloq qeyd edib.
Onun fikrincə, Ermənistan bundan daxildə və Cənubi Qafqazda vəziyyətin əlavə destabilləşdirilməsindən başqa heç nə qazanmayacaq.
Lepexin hesab edir ki, İrana yaxınlaşmağın yeganə yolu Ermənistandan keçir.
O qeyd edib ki, son üç ildə Rusiya faktiki olaraq Cənubi Qafqazdan sıxışdırılıb və indi növbə İrandadır.
"Rusiyanın Cənubi Qafqazla bağlı mövqeyi yoxdur və heç nə edə bilməz. Əgər Rusiyanın xarici siyasəti milli maraqların prioritetinə doğru dəyişərsə, o, Cənubi Qafqaza qayıtmağa cəhd edə bilər, amma indi yox", – deyə Lepexin bildirib.
O vurğulayıb ki, Qərb hazırda bir neçə istiqamətdə, o cümlədən fələstinlilərin İsraildən təmizlənməsi ilə Böyük İsrail layihəsinin həyata keçirilməsi yolu ilə genişlənir.
İkinci vəzifə İrana yaxınlaşmaq və təsirini minimuma endirmək üçün onu hərbi əməliyyatlara təhrik etmək və ola bilsin ki, bir faktor kimi İranı məğlub edib məhv etməkdir.
Rusiyaya gəldikdə isə, ikinci mərhələdə – Rusiyanın NATO ilə, ola bilsin ki, Baltikyanı regionda, Polşada, Rumıniyada qarşıdurmaya cəlb edilməsi planlaşdırılır.
Cənubi Qafqaza gəlincə, prioritet vəzifə region ölkələrini (Ermənistan, Azərbaycan, Türkiyə) İranla qarşıdurmaya cəlb etməkdir. NATO Ermənistan vasitəsilə regiona nüfuz etməli və İranı təxribata çəkməlidir.
Günel Mikayılova,
KONKRET.az

Siyasi       Tarix: 06 aprel 2024
f Paylaş

Oxşar xəbərlər

Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi

İranın Ermənistandakı səfirliyinin rəsmi sosial media hesabında İrəvanın Göy məscidi haqqında videomaterial yayımlanıb. xəbər verir ki, paylaşımda tarixi faktlar birtərəfli və təhrif olunmuş şəkildə çatdırılıb. Göy məscidi

Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsi və strukturu təsdiq edilib. Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin Aparatını

Müxalifət Netanyahuya qarşı birləşir – Mühüm görüş

İsraildə müxalifət blokuna daxil olan partiyaların liderləri – Qadi Ayzenkot, Naftali Bennett, Yair Lapid, Aviqdor Liberman və Yair Qolan Knessetə seçkilərdən sonra ilk dəfə görüş keçirəcəklər. KONKRET.azxəbər verir ki, b

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İtaliyanın xarici işlər naziri Antonio Tayani noyabrın sonunda Azərbaycana səfər edəcək. KONKRET.azxəbər verir ki, bu barədə Report-a diplomatik mənbə bildirib. Məlumata görə, XİN rəhbəri səfər çərçivəsində Azərbaycanın rəsm

Ramiz Mehdiyevin qızından atası haqda etiraf: Həmin sənəd…

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqda və məhkəmə prosesində onun ailə üzvləri də dindiriliblər. -ya istinadən xəbər verir ki, Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva ifadəsind

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırır. Son günlər Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı sosial şəbəkələrdə müxtəlif müzakirələ

BÖYÜKLƏR ÜÇÜN NAĞIL: Amerika öz imperiyası olmadan niyə yaşaya bilməz?

Amerikalı populist-izolyasionistlərin seçkiqabağı çıxışlarını dinləmək bəzən absurd komediyaya baxmağa bənzəyir. MAGA şüarlı qırmızı papaq taxmış siyasətçi tribunaya çıxaraq son dərəcə sadə, lakin cəlbedici bir fikir irəl

Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı

AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə başlayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib


son xeberler yeni xeberler azerbaycan xeberleri valyuta mezenesi son xabarlar apa.az xeberler son xeber az