İrandan Ermənistana silah daşınır: 6 gündə 5 reys
İranın Teleqram kanallarında Tehranın Ermənistanı silahlandırmasına dair xəbərlərin sayı artıb. Rəsmi İrəvan bu xəbərləri nə təsdiq, nə də təkzib edir. Görünür, Tehran və İrəvan bu xəbərlər vasitəsilə Azərbaycana təzyiq etdiklərini düşünürlər.
KONKRET.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu özünün facebook hesabında yazıb. O, İrandan Ermənistana SEPAH-a məxsus hərbi yük təyyarəsi ilə PUA və digər silahlar daşınması barədə məlumatı şərh edib:
"Tehranın başqa bir təzyiq aləti İranın dini liderinin hərbi müşaviri Yəhya Səfəvinin "dünyanın müxtəlif yerlərdəki İsrail səfirlikləri artıq təhlükəsiz deyil" açıqlamasıdır. Əvvəlcə İran parlamentinin deputatı İsrailin Azərbaycandakı səfirliyini nişan göstərdi, ardınca bu açıqlamanın rəsmi təsdiqi gəldi", – o bildirib.
Qeyd edək ki, 29 mart-4 aprel tarixlərində İranın Sərab və Tehran şəhərlərindən SEPAH-a məxsus "Boinq" hərbi yük təyyarəsi İrəvana 5 dəfə reys həyata keçirib.

Metro və avtobusa tək ödəniş - Sistem nə vaxtdan işə düşüəcək?
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
"Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu
Dəfn pulu da artırılır
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi
Bu ölkə İranla sərhədə ordu yeritdi
İpoteka ilə hazır mənzil axtaranlar üçün hansı seçimlər var?
Təhsil xərclərinin artırılmasına çalışacağıq' - Sahil Babayev
Banka borcu olanlara bir yaxşı, bir pis xəbər – Yeni QAYDA
Nyu Cersi Trampa qarşı: Rus dizelini rədd etdi