İrəvanda aksiya - Paşinyan nəyə nail olmaq istəyir?

İrəvanda aksiya - Paşinyan nəyə nail olmaq istəyir?Aprelin 5-də Ermənistanda parlamentin müxalif "Ermənistan" və "Şərəf duyuram" fraksiyalarının təşkilatçılığı ilə aksiya keçirilib.
Aksiya iştirakçılarının çağırışları içərisində iki mühüm istiqamət diqqət çəkir:
Birincisi, aksiya iştirakçıları Qarabağın Azərbaycanın tərkibində heç bir statusla olmaması ilə bağlı reavşist şüarlar səsləndiriblər. Bu, Ermənistanın növbəti işğalçılıq niyyətinin, qisasçı siyasətinin ifadəsidir. Aksiya iştirakçıları "nəyin bahasına olursa olsun" deyərək yenidən Azərbaycanla müharibə aparılmasını tələb ediblər. 44 günlük müharibə zamanı ordusu darmadağın edilən, iqtisadiyyatı tamamilə iflic hala düşən Ermənistanın yenidən müharibə istəməsi bir daha göstərir ki, Ermənistan hakimiyyəti mövcud situasiyanı düzgün dəyərləndirmir və Qarabağda, regionda və dünyada baş verən olaylardan doğru nəticə çıxara bilmir. Qəbul etmək istəmirlər ki, Qarabağ müharibəsi bitib və tezliklə Azərbaycan bütün Qarabağ ərazisində öz suverenliyini bərpa edəcək. Yeni müharibə tələbi isə marionet dövlət olan Ermənistanın xəritədən tamamilə silinməsi ilə nəticələnə bilər. Heç şübhəsiz, İrəvanın mərkəzində revanşist və işğalçı iddiaların səsləndirilməsi Paşinyan hakimiyyətinin özünü sığortalama cəhdidir. Paşinyan ermənilərin qisasçı şüarlarına rəvac verməklə Azərbaycanla sülh müqaviləsinin imzalanması istiqamətində aparılan danışıqları tormozlamaq istəyir.
İkincisi, Brüssel görüşü öncəsi askiyada "Ermənistan Nikolsuz", "Nikol satqındır", "Ermənistan, qalx" şüarları səsləndirilib. Bu, Paşinyanın özünün qurduğu bir süni səhnədir. Demək istəyir ki, sülh müqaviləsi imzalamağa hazıram, amma Ermənistanın da şərtləri nəzərə alınmalıdır. Ancaq bu tamamilə absurddur! Məğlub, kapitulyasiyaya imza atan Ermənistanın hansı şərtlərlə çıxış edə bilər? Sülh müqaviləsinin imzalanması ilə bağlı aparılan danışıqlarda şərtlərini diktə edə biləcək bir dövlət var – o da Azərbaycandır! Özünü ani , təhlükəli proseslərdən qorumağa çalışan Paşinyanın İrəvanın mərkəzində müxalif qüvvələrin əli ilə tamaşa qurması onun zaman udmaq cəhdidir. Ancaq Paşinyanın, bütövlükdə Ermənistanın başqa yolu, seçimi yoxdur. Ermənistan məcburən sülh müqaviləsinə də imza atacaq, iki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiya prosesi aparılacaq, Ermənistanın bundan sonra Azərbaycan torpaqlarına olan iddiaları, "Qarabağ xəstəliyi" tamamilə bloklanacaq. Əgər Ermənistan Azərbaycanın şərtləri altında sülh müqaviləsinə imza ataraq öhdəliklərinə sadiq qalacaqsa, o zaman müxtəlif regional layihələrdən də faydalan biləcəklər. Əks təqdirdə Ermənistan içərisində olduğu bataqlığın dibinə yuvarlanacaq, ölkədə sosial problemlər daha da dərinləşəcək və siyasi təlatümlər idarəolunmaz həddə çatacaq.
Ermənistan hakimiyyəti aksiyalar vasitəsilə həm də Serj Sarkisyan və Robert Koçaryanın qisasçı mövqüyini ifadə etmətə çalışır. 
Nəzərə almaq lazımdır ki, Paşinyan özünün məntiqsiz və daxili auditoriyaya hesablanmış addımları ilə ötən ilin dekabrında da çıxılmaz duruma düşmüşdü. Azərbaycan sülhpərvər, sivil dövlətdir, Ermənistan rəsmi Bakı ilə səmimi danışıqların aparılması üçün revanşist niyyətdən birdəfəlik əl çəkməli və mövcud şərtlər altında müqaviləyə imza atmalıdır.
Mühüm məqamlardan biri odur ki, Rusiya-Ukrayna müharibəsi fonunda İrəvanın tutduğu mövqe yaxın gələcəkdə Ermənistanı daha ağır şərtlərə doğru itələyəcək.
Samir Feyruzov /konkret.az

Siyasi       Tarix: 07 aprel 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

FAKTI' Cənubi Qafqazda sülhə görə yalnız Paşinyanın mükafatlandırılması barədə: 'Bu, absurddur

Bolqarıstanın "Faktı" nəşri Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasına töhfə verdiyinə görə Hessen mükafatının Ermənistan hökumətinin başçısı Nikol Paşinyana verilməsinin əsaslılığının şübhə altına alındığ

İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verdi

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı məktubu göndərib. Məktubda deyilir:. "Manqistau vilayətində keçirilən hərbi təlimlər zamanı hərbçilərin həlak olması barəd

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir

Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışını izləyiblər. Prezident və ailəsinin yarışdan fotolarını təqdi

Moskva itirir - Azərbaycan isə real güc əldə edir - Yeni xəritə

ABŞ və Ermənistan TRIPP layihəsinin praktiki reallaşdırılması üçün yeni institusional mexanizmlərin formalaşdırılmasını sürətləndirir. Layihə çərçivəsində yaradılacaq TRIPP Development Company şirkətində amerikan tərəfi

Siyasi şərhçi: "10 noyabr" Bəyanatının icrasında ciddi problemlər qalırdı

"İkinci Qarabağ müharibəsi nəticəsində  imzalanan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra Ermənistanın atdığı addımlar göstərirdi ki, razılaşmaların icrası ilə bağlı ciddi problemlər qalır. Bəyanatı

"Qısqanclıq kişi ilə qadın arasında olur" - Putin həmin görüşdən danışdı

Rusiya Prezidenti Vladimir Putin ÇXR Sədri Si Cinpinlə ABŞ Prezidenti Donald Trampın Vaşinqtondakı görüşünə qısqanclıqla yanaşmadığını bildirib. TASS-a istinadən xəbər verir ki, Rusiya dövlət başçısı bu cür hisslərin beynəlxal

Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti

FIA prezidenti Məhəmməd bin Sulayem Bakı Şəhər Halqasının (BŞH) unikal atmosferindən və fərqli xüsusiyyətlərindən danışıb. Bakı Şəhər Halqasından bildirilib ki, o, Bakıya səfərindən çox məmnun olduğunu söyləyib. "Bak


yeni xeberler azerbaycan xeberleri son xeberler butun xeberler xabarlar en son xeberleri sonxeberler