İsa Qəmbər: Faciəyə görə Rusiyanın məsuliyyət daşıdığı birmənalı şəkildə aydındır
"Təyyarə qəzasına görə Rusiya birbaşa məsuliyyət daşıyır".
KONKRET.az xəbər verir ki, bunu Müsavat Partiyasının başqanı İsa Qəmbər Amerikanın Səsinə bildirib.
"Artıq aydındır, təsdiq olunur ki, AZAL-ın təyyarəsi Rusiya HHM sisteminin açdığı atəş nəticəsində zədələnib. İdarəetmə sıradan çıxıb, təyyarə qəzaya uğrayıb və onlarla insan, o cümlədən Azərbaycanın, Rusiyanın, Qazaxıstanın, Qırğızıstanın vətəndaşları cinayət nəticəsində həlak olub. Rusiya HHM sisteminin açdığı atəş nəticəsində bu hadisənin baş verməsi ilə yanaşı bir sıra məqamlar var ki, onlar da kifayət qədər aydındır.
Azərbaycan höküməti rəsmən Rusiyaya qarşı ciddi addımlar atmalı və Rusiyanın bu cinayətkar addımlarının qarşısının alınmasına, Rusiyanın rəsmən üzr istəməsinə və təzminat ödəməsinə nail olmalıdır. Əvvəla, Rusiya niyə müharibə zonasında hava məkanından istifadə edir? İkincisi, nəyə görə Qroznı ətrafında hava döyüşlərinin getməsi barədə ora yaxınlaşan təyyarələrə məlumat verilmir? Daha sonra təyyarə nəyə görə atəş nəticəsində zədələnəndən sonra Qroznı hava alanına ən yaxın hava alanına enməsinə razılıq verilmir? Bütün bunlar aydın şəkildə hadisənin Rusiyanın Ukraynaya qarşı başladığı cinayətkar savaşın nəticəsi olub. Tamamilə aydındır. Burada mübahisəlik, diskusiyalıq məqam yoxdur.
Sadəcə, daha dəhşətli mövzu var ki, bir sıra ekspertlərin fikrinə görə, Rusiyanın idarəetmə sistemləri qəsdən AZAL-ın təyyarəsini Xəzər dənizi istiqamətinə Qazaxıstan ərazisinə yönəldiblər və hesab edirlər ki, təyyarə dənizə düşərsə o zaman bu cinayətin izlərini gizlədə bilərlər. Bu çox ciddi ehtimaldır. Bu da ciddi şəkildə araşdırılmalıdır. Amma bütövlükdə bu böyük faciəyəyə görə, Rusiyanın məsuliyyət daşıdığı birmənalı şəkildə aydındır.
Biz hesab edirik ki, Azərbaycan höküməti rəsmən Rusiyaya qarşı ciddi addımlar atmalı və Rusiyanın bu cinayətkar addımlarının qarşısının alınmasına, Rusiyanın rəsmən üzr istəməsinə və təzminat ödəməsinə nail olmalıdır", – İ.Qəmbər bildirib.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
Türk lirəsi tarixi minimuma düşdü
Azərbaycanı IMF-nin rəhbər orqanında Kristof Baumann-Kesten təmsil edəcək
"Sabah"ın oyunu bu hakimlərə tapşırıldı
"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qaytarıla bilməyən kreditlər bağlanacaq
Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində "Məhsul bayramı" keçirildi - FOTOLAR
İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?
Azərbaycanda əsgər 14 yaşlı qıza görə həbs edildi
Kredit götürüb xaricə qaçsaq nə olar?
Batrakovun transfer qiyməti açıqlandı
9 ay hamilə olduğunu bilmədi, 5-ci uşağı dünyaya gətirdi