İsrail Prezidenti İlham Əliyevi təbrik etdi

İsrail Prezidenti İlham Əliyevi təbrik etdiİsrail Dövlətinin Prezidenti İsxak Hersoqdan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
azxeber.com xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri.
Ölkəniz və xalqınız üçün əlamətdar gün olan Müstəqillik Günü münasibətilə İsrail Dövləti və xalqı adından Sizə və Azərbaycan vətəndaşlarına səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.
Xalqlarımız arasında uzun illərdir davam edən dostluq ildən-ilə dərinləşmiş və mühüm əhəmiyyət kəsb edən strateji tərəfdaşlığa çevrilmişdir. Ölkələrimiz arasındakı əlaqələr Azərbaycan xalqı ilə yəhudi xalqı arasında əsrlər boyu davam edən möhkəm təməl üzərində qurulan dostluq münasibətlərinə əsaslanır. Bizim tarixi əlaqələrimiz bu gün qarşılıqlı hörmət, etimad və səmimi münasibətlərə əsaslanan tərəfdaşlığa çevrilib və bu, genişlənməkdə, möhkəmlənməkdə davam edir.
İqtisadi, siyasi, təhlükəsizlik sahələrində ikitərəfli dialoqumuz və əməkdaşlığımız yeni zirvələrə yüksəlib və əminəm ki, bu əlaqələrimiz gələcəkdə də inkişaf edəcəkdir. İsraildə xeyli sayda Azərbaycan yəhudiləri yaşayır və bizim cəmiyyətimizin bu şərəfli üzvləri xalqlarımızı birləşdirən canlı körpü rolunu oynayır.
Keçən il bir sıra səmərəli müzakirələr aparmaq üçün gözəl ölkənizə səfər etmək Mixal və mənim üçün xüsusi şərəf oldu. Mən Sizin və birinci xanımın bizim nümayəndə heyətimizə göstərdiyiniz səmimi qonaqpərvərliyə görə dərin minnətdarlığımı bildirirəm.
Biz xalqlarımız arasında möhkəm dostluq münasibətlərini yüksək qiymətləndiririk. Mən vəzifədə olduğum müddətdə əlaqələrimizi daha da genişləndirməyə sadiqliyimi bildirirəm. İmkanlar genişdir və ikitərəfli əlaqələrimizi möhkəmləndirməyə davam etmək üçün xalqlarımızın xoş niyyəti var.
Fürsətdən istifadə edərək, COP29-da iştirak etmək üçün dəvətə görə Sizə minnətdarlığımı bildirirəm. İqlim dəyişikliyi ilə bağlı məsələlərin həlli yollarının tapılmasına yönəlmiş bu mühüm beynəlxalq toplantıya ev sahibliyi etməyə hazırlaşdığınız vaxtda Sizə uğurlar arzulayıram. Mən şəxsən bu ilin sonunda bu mühüm tədbirdə iştirakı səbirsizliklə gözləyirəm.
Bir daha Sizə, birinci xanıma və bütün Azərbaycan xalqına sülh və rifah arzulamaqdan şərəf duyuram.
Hörmətlə və ən xoş arzularla".

Siyasi       Tarix: 27 may 2024
f Paylaş

Oxşar xəbərlər

Qalibaf Azərbaycandadır - FOTO

İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf Azərbaycana işgüzar səfərə gəlib. Milli Məclisdən -a verilən məlumata görə, səfər çərçivəsində İran İslam Şurası Məclisinin sədri Bakıda keçiriləcə

İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovla danışdı

Prezident İlham Əliyevlə Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov arasında telefon danışığı olub. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb

Livan və İsrail arasında danışıqların beşinci raundu başladı

ABŞ-nin dəstəyi ilə Vaşinqtonda Livan və İsrail arasında danışıqların beşinci raundu başlayıb. xəbər verir ki, bu barədə "Al Jazeera" məlumat yayıb. Daha əvvəl Livan Prezidenti Cozef Aun bildirib ki, dialoqun car

Hikmət Hacıyev NATO-nun xüsusi nümayəndəsi ilə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamilton görüşüb. xəbər verir ki

Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü ilə bağlı paylaşım olunub. paylaşımı təqdim edir:

Ermənistan parlamentinin yeni sədri o olacaq

Ermənistan parlamentinin spikeri vəzifəsinə rəsmi namizəd müəyyənləşib. xəbər verir ki, baş nazir Nikol Paşinyan iyunun 25-də "Mülki müqavilə" partiyasının idarə heyətinin iclasından sonra jurnalistlərə açıqlamasınd

İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Azərbaycandadır

İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf Azərbaycana işgüzar səfərə gəlib. KONKRET.azxəbər verir ki, Milli Məclisdən verilən məlumata görə, səfər çərçivəsində İran İslam Şurası Məclisini

Ərdoğan: NATO sammitində Trampla təkbətək görüş ehtimalı yüksəkdir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ lideri Donald Tramp arasında təkbətək görüş planlaşdırılır. Bu barədə Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib. "NATO sammitində Donald Trampla təkbətə

Trampın keçmiş köməkçisindən ŞOK ETİRAF - Həbs edilə bilər

ABŞ prezidenti Donald Trampın kəskin tənqidçisi, Ağ Evin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton məxfi sənədlərlə bağlı cinayət işi üzrə günahını etiraf edib. xəbər verir ki, cümə günü Merilend ştatının federa


son xeberler yeni xeberler azerbaycan xeberleri en yeni xeberler xeberler az maraqlı xəbərlər son xeberler bugun 2026 muharibe