İsti havada alkoqol qəbul edənləri gözləyən TƏHLÜKƏ
Rusiyalı psixiatr-narkoloq Aleksey Kazantsev isti havada spirtli içki qəbul etməyin zərərlərindən danışıb.
Milli.Az xəbər verir ki, mütəxəssis isti havada hətta kiçik dozada alkoqol qəbulundan intoksikasiyanın tez baş verdiyini deyib.
"İsti havalarda sərxoş vəziyyətdə olan bir şəxs sərinləməyə çalışır, dərinliklərini bilmədən bulaqlara, müxtəlif su obyektlərinə üz tutur, gücünü hesablamır".
Narkoloq isti havada spirtdən imtina etməyi və ya qazsız az alkoqollu içkilər seçməyi tövsiyə edib. Spirtli içki qəbul edərkən dam örtüyü və ya kölgə altında olmaq məsləhət görülür.
Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı spirtlə bağırsaq, süd vəzi, mədəaltı vəzi, qaraciyər, boğaz və ağız boşluğunun xərçəngi də daxil olmaqla müxtəlif onkoloji xəstəliklər arasında əlaqənin olduğunu bildirib. Spirtli içkilərdəki əsas kanserogen, hüceyrələrə zərər verən və zərərli çevrilmə riskini artıran etanoldur. Həm də qadınlarda süd vəzi xərçənginin inkişaf riskini artırır. Alkoqol və tütünün birləşməsi isə zərərli olma ehtimalını daha da artırır. (publika.az)
Milli.Az /news.milli.az
Xidmetler [newsid: 0-123300]

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ