Kanak xalqının mübarizəsi mövzusunda görüş keçirilib
Sentyabrın 5-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Kanak xalqının müstəqillik uğrunda mübarizəsinə həsr olunmuş "Kanak xalqının mübarizəsi: beynəlxalq hüquq və dekolonizasiya perspektivləri" mövzusunda videokonfrans formatında görüş keçirilib.
Bu barədə KONKRET.az-a Bakı Təşəbbüs Qrupundan məlumat verilib.
Videokonfrans Kanak xalqının himni ilə başlayıb.
Videokonfransda Fransanın müstəmləkəsi olan müxtəlif dənizaşırı ərazilərindən – Kanaki (Yeni Kaledoniya), Korsika, Fransız Qvianası, Reyunyon, Maohi Nui (Fransız Polineziyası), Qvadelup və Martinikdən olan müstəqillik hərəkatlarının və siyasi partiyaların liderləri iştirak edərək, sözügedən ərazilərdə müstəqillik və öz müqəddəratını təyin etmə hüququ məsələlərini müzakirə etmişlər. Onlar öz təcrübə və fikirlərini bölüşərək, beynəlxalq həmrəylik və dəstək mexanizmlərinin gücləndirilməsinin vacibliyini vurğulamışlar. Bu cür görüşlər, dənizaşırı ərazilərdə mövcud olan kolonial və postkolonial problemlərin həllinə töhfə vermək və müstəqillik uğrunda mübarizəni daha effektiv təşkil etmək üçün önəmli platforma rolunu oynadığını iştirakçılar vurğulamışdır.
Videokonfrans zamanı Bujival Sazişindən sonrakı vəziyyət və müstəqilliyin elan olunması istiqamətində atılacaq zəruri addımlar iştirakçılar arasında geniş müzakirə olunmuşdur.
Kanak nümayəndələri bir daha Bujival Sazişini rədd etdiklərini bəyan edərək Fransa ilə sadəcə müstəqillik üzərində qurulmuş dialoqların aparılmasının tərəfdarı olduqlarını qeyd etdilər. Bakı Təşəbbüs Qrupu, Kanak və Sosialist Milli Azadlıq Cəbhəsi, Nazione, Qvadelupun Azadlığı üçün Xalq Birliyi, Qvadelup Beynəlxalq Təzminat Hərəkatı və Proqressiv Multıkultural Yeni Kaledoniya təşkilatlarının rəhbərləri bu məsələ ilə bağlı geniş müzakirələr aparmışlar. Görüşün sonunda BMT Baş Assambleyasının qarşıdan gələn sessiyası çərçivəsində birgə addımların atılmasına dair razılıq əldə edilmişdir.


Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib