Karantin rejimi nə vaxt bitəcək? - AÇIQLAMA

Karantin rejimi nə vaxt bitəcək? - AÇIQLAMAMəlum olduğu kimi, koronavirus infeksiyasına yoluxma hallarında son statistika əsasən ikirəqəmli göstəricilərlə müşahidə olunur. Həmçinin, pandemiyanın sərt qaydaları demək olar ki, tam aradan qaldırılıb. Ötən gün xarici nümayəndələrlə görüşündə Prezident İlham Əliyev də vəziyyətin normallaşdığını dilə gətirib. Ölkə başçısı bundan sonra ölkəmizə daha çox turist gələcəyinə əminliyini bildirib.
Qeyd edib ki, "COVID-19-la bağlı rəqəmlər artıq aşağı düşüb və vəziyyət əvvəlkinə qayıdıb".
Maraqlıdır ki, dövlət başçısının belə bir açıqlaması yaxın zamanlarda ölkəmizdə xüsusi karantin rejiminin tam ləğvinə mesaj ola bilərmi?
Bununla bağlı KONKRET.az-ın suallarını cavablandıran tibb elmləri doktoru, professor Adil Qeybullanın fikrincə, istənilən halda karantinlə bağlı situasiya bu cürdür:
"Əgər pandemiya sona çatsa və bununla bağlı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) raportu ortada olsa, artıq buna uyğun da tədbirlər görüləcək. Məlumdur ki, ölkəmizdə karantin qaydaları nə qədər sadələşdirilsə də, pandemiya hələ davam edir. Və biz artıq pandemiyanın sönən mərhələsindəyik. Baxmayaraq ki, yoluxma intervalı xeyli yüksəkdir, artıq virusun öldürücülük və ağırlaşma törətmə qabiliyyəti xeyli aşağı düşüb. Bu, pandemiyanın sona doğru yaxınlaşdığına işarədir. Amma biz bir aydan sonra nə baş verəcəyini də bilmirik. Və pandemiya göstərdi ki, zamanında görülən tədbirlər, xüsusilə preventiv tədbirlər çox böyük effekt verir. O baxımdan da biz lazım olan anda lazımi qərarları verməyi bacarmalıyıq.
Mən düşünürəm ki, pandemiyanın tam aradan qaldırılması ilə bağlı konkret bir situasiya ortada olsa, ona uyğun adekvat qərarlar veriləcək. Bu da o deməkdir ki, ölkəmizdə karantin rejiminin tam aradan qaldırılması an məsələsi ola bilməz. Çünki bu, təkcə hökumətin, siyasi rəhbərliyin qərarı deyil. Bu, ÜST-ün verdiyi qərarlara uyğun regional, yerli qərarlardır".
Məsələ ilə bağlı TƏBİB-in mətbuat katibi Zamirə Əbilova isə bildirib ki, ümumən həm dünyada, həm də ölkəmizdə COVİD-lə bağlı baş verən proseslər yaxından izlənilir, hər hansı dəyişiklik olduğu halda, uyğun qərarlar qəbul olunur:
"Hazırda ölkəmizdə virusa yoluxmada vəziyyət stabildir və ölüm sayı da qismən aşağıdır. Həmçinin, yoluxanların sayında yüksək dinamika müşahidə edilmir".
Ölkəmizdə karantin rejiminin nə zaman birdəfəlik aradan qaldırılacağına gəlincə, TƏBİB sözçüsü qeyd edib ki, ÜST tərəfindən bununla bağlı hər hansı qərar veriləcəyi təqdirdə dünyada pandemiyanı tam bitmiş hesab etmək olar. Amma təşkilat tərəfindən belə bir anons hələ ki, verilməyib.
Sevinc Paşayeva,
KONKRET.az

Sağlamlıq       Tarix: 05 oktyabr 2022
f Paylaş

Oxşar xəbərlər

Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaq

Xərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycand

Samuxda kütləvi zəhərlənmə

Samux rayonunda qidadan kütləvi zəhərlənmə hadisəsi baş verib. teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb. İlkin məlumata əsasən, zəhərlənmə əlamətləri ilə beş nəfər Gəncədə Abbas Səhhə

Yayda çimməyin ölümcül riskləri barədə XƏBƏRDARLIQ

"İsti avqust sularında bakteriya və göbələklər sürətlə çoxalır. Qulaq kanalında qalan su isə infeksiyaların yaranması üçün əlverişli şərait yarada bilər". -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionis

Yüksək hərarət, qusma, bağırsaq pozğunluğu: Dünyadakı dəhşətli virus Azərbaycana da çatır?

İtaliyada Ebola virusuna yoluxma ilə bağlı iki ehtimal olunan hal qeydə alınıb. KONKRET.azxəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, humanitar təşkilatlarda çalışan bir kişi və bi

İnfarktın qarşısını almaq üçün vacib QAYDALAR

"Mütəmadi testlər infarktın qarşısını almağa kömək edə bilər. Bunlara lipidoqrammanı (xolesterin və onun fraksiyalarının göstəricisi), eləcə də qanda qlükoza səviyyəsini nəzarətdə saxlamaq daxildir". -a istinadə

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır

Bu qidalar ishala səbəb ola bilər

Qəbizlik zamanı bağırsaqları hərəkətə gətirən qidalar tez-tez axtarılır. Liflə zəngin, bağırsaq hərəkətlərini sürətləndirən və həzm sistemini stimullaşdıran bəzi qidalar bu təsirə malikdir. KONKRET.azpravdaaz-a istinadə

Güclü istilər gəlir - Ekoloqdan xəbərdarlıq

Yay fəsli Azərbaycana daxil olsa da, hava şəraitinin hələ də yazı və ya payızı xatırlatması, üstəlik yaxın günlər üçün yağış və dolu xəbərdarlıqlarının verilməsi diqqət çəkir. İqlim dəyişikliyi fonunda bu cür kəskin hav

Çox yaşamaq istəsəniz

ABŞ-də aparılan bir araşdırmada pozitiv insanların daha çox ömür sürdüyü məlum olub. xəbər verir ki, təcrübədə onminlərlə qadın və kişilər 10 il boyunca izlənilib. Pozitiv insanların 11-15 il daha çox yaşadığı məlum olub


son xeberler yeni xeberler azerbaycan xeberleri sonxeberler cebheden xeberler sou biznes xəbərlər.com