Kərəviz şirəsi içdikdə orqanizmdə görün nələr baş verir
Pəhrizdə mühüm yeri olan kərəviz şirəsinin tərkibindəki 4 fitonutrient sağlamlıq üçün çox faydalıdır.
Məşhur doktor Erik Berq kərəviz şirəsinin faydalarından danışıb.
O, 4 təbii kimyəvi fitonutrientin bədənimizə necə təsir etdiyini izah edib.
Ən güclü təbii dərmanlardan biri hesab edilən kərəviz şirəsini 7 gün ərzində fasilə vermədən içmək tövsiyə edilir. Bu zaman orqanizmdə müəyyən dəyişiklikləri müşahidə etmək mümkün olur.
Erik Berq bildirir ki, qan axınını tənzimləməyə kömək edən kərəviz şirəsi tərkibindəki 3-n-butilftalid komponenti sayəsində insult nəticəsində yaranan zərərin bərpasında təsirlidir:
"Beyin xəstəlikləri riskini azaldır. Bundan əlavə, bədəndə laxtalanmanın qarşısını alır.
Mikrosirkulyasiyaya təsir edən bu komponentin faydalarını kərəviz şirəsindən istifadə etməklə əldə edə bilərsiniz. O, həmçinin antioksidant, antiinflamatuar xüsusiyyətlərə malikdir".
Doktor qeyd edir ki, bədəndə ödem olduğu zaman da 7 gün ərzində kərəviz şirəsi istehlak etmək lazımdır.
"Kərəviz şirəsi əzələləri rahatlaşdırır. Tərkibindəki apigenin ən çox araşdırılmış antioksidant təsirli komponentlərdən biridir. Cəfəri, soğan, portağal, kəklikotu və reyhanda da olur. Əzələ rahatlaşdırıcı xüsusiyyətlərə malik olan apigenin təzyiqi aşağı salaraq yuxu problemlərinə yaxşı təsir edir. Yuxu keyfiyyətinizi yaxşılaşdırmaq istəyirsinizsə, kərəviz şirəsi içməyi sınayın", – deyə E.Berq vurğulayıb.
O, kərəviz şirəsini yaddaş itkisi olan insanlara da tövsiyə edib.
Araşdırmalara görə, kərəviz şirəsinin hormonlara müəyyən təsirləri olduğu bildirilir. Dr. E.Berq də onun reproduktiv hormonlara xüsusi təsiri olan tərəvəz hesab edir. Kərəviz şirəsi hamilə qalmaq istəyən qadınlar üçün bir nömrəli içki hesab edilə bilər.
"Tərkibində olan kumarin turşusu mədədəki artıq turşuları zərərsizləşdirərək tez rahatlama təmin edə bilər. Mədə ağrıları, qaz, şişkinlik və həzmsizlikdən əziyyət çəkirsinizsə, bu xora əleyhinə təsirdən faydalana bilərsiniz", – deyə doktor bildirib.
Onun sözlərinə görə, qan şəkərini tarazlaşdırmağa kömək edən kərəviz şirəsi artrit kimi revmatik xəstəliklərə qarşı da təsirlidir. Xüsusilə iltihab əleyhinə təsiri ilə oynaq ağrılarının qarşısını ala bilir.
Berq vuğulayıb ki, kərəviz şirəsi səhərlər acqarına istehlak edilməlidir. Təzə, orqanik kərəviz seçmək və şirənin tərkibinə biraz limon əlavə etmək lazımdır.//Lent.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Çin və Mərkəzi Asiya ölkələri aviareyslərin sayını artırır: Yeni marşrutlar açılır
Arif Mirzəyev vəfat etdi
Rusiyalı səfir sui-qəsdin qurbanı olub? - Rəsmi açıqlama
Bakıda məşhur iş adamı avtomobilin altında qaldı: Komaya düşdü
Gəncədə evdə iki nəfərin meyiti aşkarlanıb
Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb
Dublindən Bakıya: Azərbaycanın Avropa siyasi məkanında artan rolu və fəal dialoq diplomatiyası
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
"900 manat maaş alır, sistemdə 400 manat göstərilir" – İşçiləri hansı təhlükə gözləyir?
Adi ipoteka kreditləşməsi üçün növbəti limitlər ayrılır
26 100 AZN ilkin ödənişlə mənzil sahibi olmaq üçün son fürsətlər
Dövlət Komitəsi Göy məscidin mərasim zalına erməni şairin adının verilməsinə etiraz edib
8 milyard manatlıq sosial islahat: 2027-ci ildə vətəndaşları nə gözləyir?
Leyla Əliyeva 'Qlobal Sıfır Tullantı Alyansı' çərçivəsində keçirilən yüksəksəviyyəli toplantıda iştirak edib
Cəlilabadda azyaşlı yüksək hərarətdən öldü