KİV: Ermənistan müxalifəti referendum keçirilməsini tələb edir
"Aprelin 9-da Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası məsələsi ilə bağlı Ermənistan parlamentinin qapalı iclası kifayət qədər qızğın keçib və xarici işlər naziri Ararat Mirzoyan baş nazir Nikol Paşinyanın təklif etdiyi tezisləri inadla müdafiə edib".
KONKRET.az xəbər verir ki, bunu Ermənistanın "Joqovurd" qəzeti yazıb.
"Baş nazirin müavini Mher Qriqoryan müzakirələrdə daha konstruktiv olub, parlament müxalifətinin yenidən təşəbbüslə çıxış edəcəyi təqdirdə belə bir görüşdə iştirak etməyə hazır olduğunu bildirib. Mirzoyan və Qriqoryanın cavablarından məlum olub ki, reallıqda Ermənistan hakimiyyəti sərhədin delimitasiyası ilə bağlı işlərin nə vaxt başlayacağı və hansı kartların əsas götürüləcəyi hələ dəqiq bilimir", – nəşr yazır.
"Joqovurd"un xəbərinə görə, parlament müxalifəti bəyan edib ki, 1993-cü il sentyabrın 24-də yaradılmış təmas xətti delimitasiya və demarkasiya üçün əsas götürülməlidir.
"Bundan əlavə, müxalifət bəyan edib ki, heç bir halda heç bir ərazi referendum olmadan Azərbaycana verilməməlidir. Ararat Mirzoyan və Mher Qriqoryanın qaldırılan suallara cavabları qeyri-müəyyən olub", – "Joqovurd" qeyd edir.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Metro və avtobusa tək ödəniş - Sistem nə vaxtdan işə düşüəcək?
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
"Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu
Dəfn pulu da artırılır
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi
Bu ölkə İranla sərhədə ordu yeritdi
BÖYÜKLƏR ÜÇÜN NAĞIL: Amerika öz imperiyası olmadan niyə yaşaya bilməz?
İpoteka ilə hazır mənzil axtaranlar üçün hansı seçimlər var?
Təhsil xərclərinin artırılmasına çalışacağıq' - Sahil Babayev
Banka borcu olanlara bir yaxşı, bir pis xəbər – Yeni QAYDA
Nyu Cersi Trampa qarşı: Rus dizelini rədd etdi