"KOB Dostu" şəbəkəsi genişləndiriləcək - FOTO
2019-cu ildə ölkənin 10 şəhər və rayonunda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) KOB dostları fəaliyyətə başlayıb. Hazırda KOBİA-nın sahibkarlara əsas dəstək mexanizmlərindən olan KOB dostlarının sayı 21-dir.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, KOB dostları tərəfindən ötən il KOB-ların qarşılaşdığı məsələlərin və təkliflərinin dövlət-sahibkar əməkdaşlıq platformasında müzakirə edilməsi üçün 14 şəhər və rayonda 34 görüş keçirilib, 450-yə yaxın səyyar xidmət təşkil olunub.
Ötən il Agentliyə "KOB Dostu" şəbəkəsi vasitəsilə 1500-dən çox müraciət daxil olub. Bu müraciətlərin 34%-i maliyyə resurslarına çıxış, 33%-i hüquqi yardım və məsləhət xidmətlərinin göstərilməsi, 18%-i hüquqların müdafiəsi, 15%-i isə maarifləndirmə məsələlərini əhatə edib. Müraciətlərlə bağlı aidiyyəti dövlət qurumlari ilə birlikdə müvafiq tədbirlər görülüb.
2020-ci ildə "KOB Dostu" şəbəkəsinin genişləndirilməsi və ölkənin daha bir neçə şəhər və rayonunda KOB dostlarının fəaliyyətə başlaması nəzərdə tutulur.
Qeyd edək ki, 2018-ci ildən etibarən formalaşmaqda olan "KOB Dostu" şəbəkəsi tərəfindən KOB-lara biznesin qurulması, mövcud sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, potensial investisiya layihələrinin müəyyənləşdirilməsi və KOB-lar vasitəsilə həyata keçirilməsi, KOB-ların maraqlarının müdafiəsi, dövlət dəstək mexanizmləri barədə maarifləndirmə və digər istiqamətlərdə dəstək və xidmətlər göstərilir.
Milli.Az /news.milli.az

Ararat Mirzoyandan ŞOK AÇIQLAMA: "Sülh müqaviləsindən əvvəl bunu edə bilərik"
Tokayev Türkiyəyə gedir
Türkiyədə Azərbaycana dair paylaşımlar edən şəxslər saxlanıldı
Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür - Dövlət Bağçalı
Borca görə qətlə yetirilən Xəyalənin FOTOSU
Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib