KOBİA pandemiyadan zərər çəkmiş sahibkarların məlumatlandırılması üçün onlayn tədbirlərə başlayıb

KOBİA pandemiyadan zərər çəkmiş sahibkarların məlumatlandırılması üçün onlayn tədbirlərə başlayıbAzərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi tədbirləri barədə sahibkarların məlumatlandırılması üçün onlayn maarifləndirmə tədbirlərinə başlayıb.
Milli.Az xəbər verir ki, KOBİA-dan Trend-ə bildirilib ki, ilk belə onlayn tədbir pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin dövlət tərəfindən ödənilməsi mövzusuna həsr olunub. Onlayn tədbir çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin və KOBİA-nın nümayəndələri pandemiyadan zərər çəkmiş sahibkarlıq subyektlərinin muzdlu işçilərinə əməkhaqqının ödənilməsi prosesi barədə məlumat verib, sahibkarları maraqlandıran sualları cavablandırıblar.
Onlayn tədbir KOBİA-nın "Facebook" səhifəsi () üzərindən birbaşa yayımlanıb.
Məlumat verilib ki, pandemiyanın zərər vurduğu fəaliyyət sahələrində çalışan 300 min muzdlu işçinin (əmək müqaviləsi olan) əmək haqlarının müəyyən hissəsinin ödənilməsi üçün sahibkarlara dövlət tərəfindən 215 milyon manat maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulur. Qeydiyyatda olan bütün vergi ödəyiciləri İnternet Vergi İdarəsindəki (www.e-taxes.gov.az) şəxsi kabinetində "Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı" bölməsindən "Əmək ödənişləri üzrə müraciət" alt bölməsinə daxil olmaqla müraciət formasını elektron qaydada doldurmalıdır. Sistem tərəfindən uyğunsuzluq aşkar edilmədikdə qısa müddət ərzində işçilərə ödənilməli olan əməkhaqqının və ona müvafiq sosial sığorta haqlarının müəyyən hissəsi işəgötürənlərin bank hesablarına köçürülür. Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi zamanı ölkə üzrə orta aylıq əməkhaqqı (712 manat) əsas götürülür. Vergi ödəyicilərinə ödəmələr aprel və may ayları daxil olmaqla 2 mərhələdə aparılacaq.
Aprelin 16-da, saat 15.00-da isə koronavirus pandemiyasından zərər çəkmiş fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi barədə onlayn tədbir təşkil olunacaqdır. Sahibkarlar qeyd olunan saatda KOBİA-nın "Facebook" səhifəsinə qoşulmaqla onlayn tədbiri izləyə və onları maraqlandıran sualları verə bilərlər.
Qeyd: KOBİA ölkə üzrə xüsusu karantin rejiminin elan edildiyi 24 mart tarixindən etibarən kiçik və orta sahibkarlara onlayn xidmətlər göstərir (012 404-04-01, 131 Çağrı Mərkəzi, [email protected] və s.), pandemiyadan zərər çəkmiş sahibkarları Azərbaycan hökuməti tərəfindən görülən tədbirlər barədə məlumatlandırır, onları maraqlandıran sualları cavablandırır.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 16 aprel 2020
f Paylaş

Oxşar xəbərlər

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

Uşaqlar üçün "Kreativ sahibkar" proqramı başlayır

"Leonardo Art School" və "MiniBoss Business School" 8-13 yaş arasıuşaqlar "Kreativ sahibkar — yaradıcılıqdan biznesə" birgə təhsil proqramınınbaşladığını elan etdilər. Kreativ sahibkar — uşaqları

Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?

Bəzən şirkətdəhamı problemdən xəbərdar olur. Bir nəfərdən başqa — baş direktor. Məsələn,satışlar azalır, müştərilər narazıdır, mühüm layihə gecikir, əməkdaşlararasında ciddi narazılıq yaranıb. Şöbə rəhbərləri vəziyyəti bilir

"Crystal Group of Companies" ASC vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi

Son günlər bəzi media resurslarında "Crystal Group of Companies" ASC-nin külli miqdarda vergi borcunun olması ilə bağlı həqiqətə uyğun olmayan məlumatların yayılması şirkətin etirazına səbəb olub. "Crysta

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

Kredit borcunu ödəyə bilməyənləri nə gözləyir? - Vəkildən açıqlama

Kredit öhdəliklərini vaxtında yerinə yetirə bilməyən vətəndaşlar bir sıra hüquqi və maliyyə problemləri ilə üzləşə bilərlər. İşsizlik, gəlirlərin azalması və gündəlik xərclərin artması bəzi vətəndaşların banklara olan borcların

Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı

Müasir dövrdə nağd puldan istifadə getdikcə azalır, rəqəmsal ödənişlər və bank kartları isə gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilir. Bank kartları sürətli və rahat ödəniş imkanı yaratsa da, vətəndaşların maliyy


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən canlı sou xeberler son xeberler az cəbhədən xəbərlər