KOBİA və USAİD biznes assosiasiyalara dəstək məqsədilə yeni təşəbbüs irəli sürüb - FOTO

KOBİA və USAİD biznes assosiasiyalara dəstək məqsədilə yeni təşəbbüs irəli sürüb - FOTOAzərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Azərbaycandakı missiyası ölkəmizdə fəaliyyət göstərən biznes və peşəkar assosiasiyalara dəstək üçün yeni təşəbbüs irəli sürüb.
Milli.Az xəbər verir ki, KOBİA-dan Trend-ə verilən məlumata görə, təşəbbüsün məqsədi dövlət, özəl və vətəndaş cəmiyyəti arasında birgə sosial-iqtisadi məqsədlərə dair tərəfdaşlığı inkişaf etdirmək, biznes tərəfdaşlığının və sahibkarların təşkilatlanmasının, bu sahədə biznes assosiasiyaların rolunu diqqətə çatdırmaqdır.
Bu məqsədlə fevralın 18-də Bakıda dövlət qurumlarının, beynəlxalq təşkilatların, biznes assosiasiyaların və vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə "Azərbaycanda biznes və peşəkar assosiasiyalara dəstək" mövzusunda Sammit keçirilib.
Tədbirdə çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov iqtisadiyyatın müxtəlif sahələrində təmsil olunan sahibkarların təşkilatlanması istiqamətində dövlət tərəfindən, o cümlədən Agentliyin gördüyü işlər, təşviqat tədbirləri, sahəvi assosiasiyaların və ictimai birliklərin yaradılmasına və inkişafına göstərilən dəstək barədə danışıb. Bildirilib ki, bu sahədə KOBİA və USAİD tərəfindən irəli sürülmüş təşəbbüs dövlət və özəl sektor üçün əhəmiyyətli olacaqdır.
USAİD-in Azərbaycandakı missiyasının direktoru Cey Sinqx qeyd edib ki, biznes assosiasiyalar onlara göstərilən texniki dəstəyi daha çox kiçik və orta sahibkarlara çatdıra bilər. Təşəbbüs çərçivəsində USAİD biznes assosiasiyalar, ictimai birliklər və QHT-lər tərəfindən assosiasiyaların gücləndirilməsi istiqamətində təqdim olunacaq layihələri dəyərləndirərək bir neçəsinə maliyyə dəstəyi göstərəcək. Bu çərçivədə həmçinin, biznes subyektləri, ictimai birliklər, biznes assosiasiyaları və QHT-lər arasında konsorsiumun yaradılması təşviq ediləcək.
Sammit çərçivəsində "Dünyada biznes və peşəkar assosiasiya modelləri və onların əhəmiyyəti", "Biznes və peşəkar assosiasiyaları daha səmərəli edən nədir?" kimi mövzularda panel müzakirələr də təşkil edilib. Panellərdə Azərbaycan, Türkiyə, Özbəkistan və ABŞ-dan olan mütəxəssislər mövzu ilə bağlı çıxış ediblər.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 18 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı

Sumqayıt şəhəri ərazisində yerləşən şirkətlərin birindən 1750 manat dəyərində naqil və digər metal qurğular oğurlanıb. xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən əvvəllər məhkum olunmuş F.Nəbiyev müəyyə

Kredit borcunu ödəyə bilməyənləri nə gözləyir? - Vəkildən açıqlama

Kredit öhdəliklərini vaxtında yerinə yetirə bilməyən vətəndaşlar bir sıra hüquqi və maliyyə problemləri ilə üzləşə bilərlər. İşsizlik, gəlirlərin azalması və gündəlik xərclərin artması bəzi vətəndaşların banklara olan borcların

PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır

Azərbaycanda yeni enerji saxlama layihəsi PAŞA Bankın maliyyə dəstəyi ilə reallaşacaq. Ümumi dəyəri 58,6 milyon ABŞ dolları olan layihənin maliyyələşdirilməsi üçün Bank 40 milyon ABŞ dolları ayıracaq. Layihə üzrə sazişi

"Crystal Group of Companies" ASC vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi

Son günlər bəzi media resurslarında "Crystal Group of Companies" ASC-nin külli miqdarda vergi borcunun olması ilə bağlı həqiqətə uyğun olmayan məlumatların yayılması şirkətin etirazına səbəb olub. "Crysta

Azərbaycanda ödəniş kartlarının sayı sürətlə artır - İqtisadçı səbəbləri açıqladı

Bu ilin avqust ayından Azərbaycanda kartdan-karta ("Card to card") köçürmə əməliyyatlarına limitlərin tətbiqi fonunda ölkədə ödəniş kartlarının sayındakı artım iki dəfədən çox sürətlənib. Azərbaycan Mərkəzi Bankını

Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?

Bəzən şirkətdəhamı problemdən xəbərdar olur. Bir nəfərdən başqa — baş direktor. Məsələn,satışlar azalır, müştərilər narazıdır, mühüm layihə gecikir, əməkdaşlararasında ciddi narazılıq yaranıb. Şöbə rəhbərləri vəziyyəti bilir

Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib

Azərbaycanın beynəlxalq sanksiya siyahısına yeni dəyişikliklər edilib. bu barədə Maliyyə Monitorinqi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, dəyişiklik "Hədəfli maliyyə sanksiyaları haqqında" qanunun 5.2-c


son xeberler azerbaycan xeberleri yeni xeberler son.xabar valyuta sonxeber.az krimnal xeber